UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 24-12-2017, 18:21
"İstedad əngəl tanımır" layihəsinin növbəti tədbiri keçirilib


Butov.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyilə "İstedad əngəl tanımır" layihəsi çərçivəsində dekabrın 22 - də Binəqədi rayon gənclər evində gənclərin rəsm və musiqi ifası üzrə müsabiqəsi gerçəkləşdi. Layihənin eksperti Rada Abbas (Əngəlsiz Dünya Birliyinin Azərbaycan təmsilçisi) çıxışı, Təmamət Şirinova motivasiya təlimi ilə tədbir başladı.


Müsabiqədə gənc xüsusilə fiziki məhdudiyyəti olan rəssam,musiqi ifası üzrə iştirakçılar,münsiflər heyəti və qonaqlar iştirak etdi. Tedbir 2 mərhələli şəkildə baş tutdu. 1ci mərhələdə rəsmlər gənclərin özləri tərəfindən münsiflərə bir-bir təqdim olundu.10 bal sistemi üzrə qiymətləndirib 1ci yer Ramin Səfərov,2ci yer Ziya Ağayev,3cü yer Sürəyya Dadaşova qalib oldu. Qaliblər və digər fəal iştirakçılar diplom və hədiyyələrlə qiymətləndirildi.

Rəsm üzrə münsiflər heyəti: Pərvin Əfəndi(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında beynəlxalq əlaqələr üzrə koordinator),Eldəniz Babayev(Rəssamlar İttifaqının üzvü,Bakı rəsm qalereyasının rəhbəri),Esmiralda Tağızadə(Rəssamlar İttifaqının üzvü),Esmira Alışova(1 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzində dərnək rəhbəri),Xanım Quliyeva(rəsm üzrə müəllim).

Həmçinin müsabiqə çərçivəsində gənclər peşəkar rəssam münsiflərlə ünsiyyətdə oldu,münsiflər gələcəkdə iştirakçıların peşəkarlığının artmasında dəstək verəcəklərini qeyd etdilər.

2ci mərhələdə musiqi ifası üzrə gənclər öz mahnı ifalarını və musiqi alətində ifalarını təqdim etdilər. Münsiflər Samirə Əliyeva(Azərbaycan Mədəniyyət və İncəsənət universitetində müəllim,kanon ifaçısı),Babək Şuşalı (Heydər Əliyev fondunun dəstəyilə 4cü muğam müsabiqəsinin qalibi,xanəndə),Azadə Taleh( Qafqaz Media İB sədri),Elşən Cəfərzadə(müğənni) tərəfindən dinlənib,qiymətləndirildi. Ballar üst üstə düşdüyündən 1ci yer üzrə 2 qalib,Aysel Əlizadə(vokal ifaçısı),Suma Tapdıqova(gənc xanəndə) qalib seçildi. 2ci yer Elşən Qasımov(muğam ifaçısı)3cü yer Oktaq Quliyev(qarmon ifaçısı seçildi. Qaliblər və digər iştirakçılar hədiyyə və diplomla təltif olundular.

KİV nümayəndələri,Azad Azərbaycan tv "Həyat" proqramına gənclərin çıxışları ilə bağlı çəkiliş etdi.

Butov.az


"İstedad əngəl tanımır" layihəsinin növbəti tədbiri keçirilib


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!