Doğrusu, bilmirəm kimdən başlayım, kimdən qurtarım. Molla Vəli Vidadidənmi başlayım, ya Molla Pənah Vaqifdənmi? Yoxsa Səməd Vurğundan? Ya Seyidovlar nəslinin ulu babası Hacı Mahmud Əfəndidən (1835 – 1896) danışım, bilmirəm. Bu dəfəki səfərim Qazaxadır, artilleriya general-leytenantı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini Əliağa Şıxlinskinin (1865-1943) yurduna. Başqa adla, "Artilleri Allahı"nın elinə.