“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 25-07-2014, 19:45

 

Tarixçi alimdən Dərbəndlə bağlı SOS

Dilavər Əzimli: “Dərbənd rayonuna qarşı təhlükə Azərbaycana qarşı təhlükədir”

Tarixçi alim Dilavər Əzimli Moderator.az-a açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Bu günlərdə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Dərbənd rayonunun azərbaycanlı rəhbəri Qurban Qurbanovun tezliklə istefaya göndəriləcəyini elan edib. “Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinə olacaq” - deyə Abdulatipov vurğulayıb. Dərbənd rayonunun (Dərbənd şəhəri də daxil olmaqla) Bələdiyyə Şurasının rəhbəri olan Qurban Qurbanov bu rayona 1998-ci ildən başçılıq edir. O, həmin postda atası Səid Qurbanovu əvəz edib. Səid Qurbanov 25 il Dərbəndə başçılıq edib. Səid Qurbanovu Azərbaycanda çoxları tanıyır. Şeyx nəslindən olan bu şəxsiyyət uzun illər Rusiyanın Dərbəndə qarşı genosid planının qarşısını almışdır. Onun vəfatından sonra əlinə fürsət düşən Rusiya Dərbənd şəhərinin etnik tərkibini dəyişmək uğrunda hücuma keçmişdir. Bu gün artıq buna nail olmuşdur. Dərbənd şəhərində Azərbaycan türklərinin faiz göstəricisi əvvəllər yüksək olduğu halda indi aşağı düşmüşdür. Şəhərdə ləzgilərin sayı Azərbaycan türklərindən bir qədər üstündür. Moskva bununla da ləzgi-türk qarşıdurması yaratmaq planını yenidən gündəmə gətirib. Eyni zamanda, ləzgilərlə avarları üz-üzə qoyur. Vaxtilə ləzgilərin kompakt halında yaşadıqları Məhərrəmkənd və Qasımkənd və digər ərazilərinə avarları yerləşdirir. Bu gün Moskvanın Dağıstanda söykəndiyi əsas fiqur Ramazan Abdulatipovdur. Rusiya xüsusi xidmət orqanlarının fəal üzvü olan bu şəxs etnik münaqişələr törətmək üzrə mütəxəssis sayılır. Moskva bilir ki, ona növbəti zərbə Dağıstandan gələcək. Bir zamanlar mən Dağıstan haqqında yazanda onu “Rusiyanın cəhənnəm dərəsi” adlandırmışdım. Artıq Rusiya bu cəhənnəm dərəsinə yuvarlanmaqdadır. Rusiya bu ərazilərdə əsrlərlə etnik təmizləmələr aparmış, bölgənin çoxsaylı əhalisi olan türklərin buradan köçüb getməsini ustalıqla həyata keçirmişdir. Bu gün Dağıstanda Rusiyanın planlarının həyata keçməsinə qarşı duran ən ciddi fiqur Qurban Qurbanovdur. Son illər Dağıstanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dağıstan həmişə Azərbaycanın tərkib hissəsi olmuşdur. Bu gün bu ərazi Rusiyanın tərkibində olsa da, xalq özünü Azərbaycandan ayrı saymır. Bunu tarixi ənənələr də sübut edir. Vaxtilə Dağlı Respublikası Azərbaycan Cümhuriyyətinə birləşmək üçün qərar qəbul etmişdi. İndi də onlar bütün əlaqələrini daha çox Azərbaycanla qururlar. Bu işdə Qurban Qurbanovun fəaliyyəti əvəzsizdir. Bu insana dəfələrlə terror düzəldiblər. Allah həmişə onu qoruyub. Bu gün onu çıxarıb yerinə Ramazan tipli bir azərbaycanlı gətirə bilərlər. Hesab edirəm ki, biz bu məsələdə səylərimizi gücləndirməliyik. Azərbaycan dövləti Rusiya ilə əlaqələrindən istifadə edib bunun qarşısını almağa çalışmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin bu məsələni həll etmək üçün əlində müəyyən üstünlüklər var. Bundan istifadə edib Rusiyaya təsir etməlidir. Əks halda, biz Dərbənd rayonunu da itirə bilərik. Bu rayonun 60 faizindən çoxu Azərbaycan türküdür. Buraya kumık, noqay, qaraçay və digər türk xalqlarını da əlavə etsək, say daha da artacaq. Bu gün bütün mətbuat bu məsələdən yazmalıdır. Dərbənd rayonuna qarşı təhlükə Azərbaycana qarşı təhlükədir. Biz Dağıstan xalqlarını buna qarşı həmrəyliyə çağırmalıyıq. Çünki orada Azərbaycan türkünün sıxışdırılması ləzginin, avarın, darginin, kumıkın və digərlərinin də sıxışdırılması deməkdir. Bu xalqlar Rusiyanın apardığı siyasətə qarşı birləşməlidirlər. Onsuz da Dağıstan Rusiyadan ayrılacaq! Bu qaçılmazdır! Bu baxımdan biz Rusiyanın apardığı etnik təmizləmə siyasətini ifşa etməliyik!”

 

Seymur Əliyev

 



Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!