Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 15-12-2014, 12:03
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı, mayor Əliyar Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Qəhrəmanlarımızın xatirəsi unudulmur

AzərTAc xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmilərinin, Azərbaycanın Milli qəhrəmanlarının, şəhidin döyüş dostlarının və ailə üzvlərinin iştirak etdikləri tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov igid hərbçinin mənalı ömür yolundan, qəhrəmanlığından, torpaqlarımız uğrunda apardığı uğurlu əməliyyatlardan söhbət açıb.
O.Səmədov Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından danışıb, Milli qəhrəmanların həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Fondun icraçı direktoru rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətinin əsas istiqamətlərini diqqətə çatdırıb.
İgid komandirin silahdaşları, Müdafiə Nazirliyinin şöbə müdirləri polkovnik Vaqif Dərgahlı, polkovnik-leytenant Sadiq Paşayev, Milli Qəhrəman Vahid Quliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, yazıçı-publisist Hacı Nərimanoğlu və başqaları respublikamızda yaradılmış ilk könüllü batalyonlarından birinin komandiri, cəsur partizan Ə.Əliyevin qəhrəmanlığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, xalqımızın igid oğlu Ə.Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq.
Əfsanəvi döyüşçü Ə.Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) fərqlənmə diplomu ilə bitirmişdi, hərbi xidmətdə Ordu çempionu olmuşdu, klassik güləş üzrə dəfələrlə Azərbaycan və SSRİ çempionu, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Qubadlı şöbəsinin sədri, respublikamızda Milli İdman Oyunlarının təşkilinin təşəbbüskarı və təşkilatçılarından olmuşdu, pəhləvanın səkkiz yetirməsi respublika və SSRİ, biri Olimpiya çempionudur.
Tədbirdə Ə.Əliyevin nəvəsi Cavidan babası haqqında yazılmış şeiri söyləyib.
Milli Qəhrəmanın oğlu, ön cəbhədəki hərbi hissələrdən birinin taqım komandiri, mayor Emil Əliyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonda Ə.Əliyevin döyüş şücaətini əks etdirən sənədli film nümayiş olunub.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!