Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 6-06-2016, 15:36
Məhəmməd Əli cümə günü dəfn ediləcək


Cənazə mərasimində keçmiş ABŞ prezidenti Bill Clintonun, komediya ustası Billy Crystalin və idman yazarı Bryant Gumbelin çıxış edəcəyi gözlənilir.
74 yaşında vəfat edən boks əfsanəsi Məhəmməd Əli cümə günü torpağa tapşırılacaq. Cənazə mərasimi Əlinin doğulduğu yer olan Kentucky əyalətinin Lousville şəhərində keçiriləcək. Boksçunun ailəsi Məhəmməd Əliyə vəda etmək istəyən hər kəsin mərasimə dəvətli olduğunu bildirib.

Cənazə mərasimində keçmiş ABŞ prezidenti Bill Clintonun, komediya ustası Billy Crystalin və idman yazarı Bryant Gumbelin çıxış edəcəyi gözlənilir.


Məhəmməd Əli cümə günü dəfn ediləcək


Xatırladaq ki, parkinson xəstəsi olan əfsanə idmançı, ötən həftənin çərşənbə günü xəstəxanaya aparılmışdı. Məhəmməd Əli 1964-cü ildə amerikalı boksçu Sonny Listona qalib gələrək dünya çempionluğunu qazanmışdı. Əli daha sonra 3 dəfə dünya çempionu olmuşdu. 1981-ci ildə boksa əlvida deyən Əli, keçirdiyi 61 boks görüşündən 56-sı qalib olaraq başa vurmuşdu.

"Sports Illustrated" tərəfindən "Yüz ilin idmançısı", BBC tərəfindən "Yüz ilin idman adamı" seçilən Əli, sadəcə ringdəki bacarığı ilə deyil, həm də açıqlamaları və atdığı addımlarla insanların yaddaşında qalıb.

İnsan haqları müdafiəçisi və şair olar Əli, "necə xatırlanmaq istəyərsiniz?" sualına "Xalqını heç vaxt satmayan bir insan olaraq. Amma əgər bu mənim üçün çoxdursa sadəcə yaxşı bir boksçu olaraq" deyə cavab vermişdi.

Məşhur boksçu 22 yaşında ilk dəfə dünya çempionu olduqdan sonra müsəlman olmuş və "köləlik adım" dediyi Cassius Marcellus Clay adını, dəyişdirərək özünə Məhəmməd Əli adını götürmüşdür.


Bizimyol.info


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!