Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                       
11-04-2024, 15:44
Kobaxidze Almaniyaya rəsmi səfərə getdi


Kobaxidze Almaniyaya rəsmi səfərə getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, İrakli Kobaxidze aprelin 12-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək. İrakli Kobaxidze və Olaf Şolts arasında təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayer və Almaniya Bundestaqının sədri Berbel Bass ilə də görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası, Cənubi Qafqaz regionundakı vəziyyət diqqət mərkəzində olacaq.
11-04-2024, 14:24
Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi


Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi

Ukraynanın Baş naziri Denis Şmiqal Slovakiyaya səfər edib.
Bu barədə Baş nazir Şmiqalın "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
"Gündəlikdə enerji logistika ticarət sahəsində əməkdaşlıq və Ukrayna Prezidentinin Sülh Formuluna dəstəyin müzakirəsi dayanır", - o bildirib.
Şmiqalın sözlərinə görə, məsləhətləşmələr nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
11-04-2024, 12:33
Hindistan Ermənistana hərbi attaşe təyin etdi


Hindistan Ermənistana hərbi attaşe təyin etdi

Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe
təyin edib.
Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir və bu ölkələrin sırasında Ermənistan da var.
Agentliyin xəbərinə görə, Dehlinin attaşe təyin etdiyi ölkələrin bəziləri Hindistan hərbi nümayəndələrini ilk dəfə qəbul edəcək. Qeyd olunub ki, Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə xüsusi diqqət yetirilir.
Agentliyin mənbəsi bildirib ki, Hindistan silahlarının ixrac olunduğu ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe yaradılır və Ermənistana da ilk dəfə olaraq hərbi attaşe təyin edilib. Hindistan artıq Ermənistanla Pinaka stansiyaları, “Akaş” qısa mənzilli zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılığa gəlib.
Cibuti, Fil Dişi Sahili, Mozambik, Polşa, Tanzaniya, Filippin və Efiopiyaya da yeni hərbi nümayəndələr göndəriləcək.
10-04-2024, 23:41
Odessa bombalandı: 4 nəfər öldü


Odessa bombalandı: 4 nəfər öldü

Aprelin 10-da axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Nəticədə 4 nəfər ölüb.
Bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
“Rusların axşam saatlarında Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq - 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır. Həkimlər mümkün olan hər şeyi edirlər”, - deyə Kiper əlavə edib.
Onun sözlərinə görə, Odessa bölgəsinə “İskəndər-M” ballistik raketləri ilə hücum olunub. Nəticədə Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib.
10-04-2024, 22:25
Ermənistanda Rusiya kanalları bağlana bilər


Ermənistanda Rusiya kanalları bağlana bilər

Ermənistan Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bunu Ermənistan yüksək texnologiyalı sənaye naziri Mxitar Hayrapetyan bildirib.
O qeyd edib ki, Ermənistan növbəti həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırır.
"Pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - nazir parlamentdə qeyd edib.
Hayrapetyanın sözlərinə görə, qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.
10-04-2024, 21:38
Britaniya və Ukrayna arasında yeni saziş imzalandı


Britaniya və Ukrayna arasında yeni saziş imzalandı

Böyük Britaniya və Ukrayna müdafiə və sənaye əməkdaşlığına dair yeni saziş imzalayıblar.
Saziş Böyük Britaniyanın Ukraynaya ən böyük ticarət missiyası zamanı Kiyevdə imzalanıb. Britaniyanın 29 şirkətindən ibarət nümayəndə heyəti öz təcrübələri haqqında danışmaq və əməkdaşlıq imkanları tapmaq üçün bu ölkəyə səfər edib.
Sazişə görə Böyük Britaniyanın bəzi ən böyük müdafiə şirkətləri Ukrayna Silahlı Qüvvələri və Ukrayna şirkətləri arasında strateji hərbi təmir obyektlərinin yaradılmasından tutmuş, mülki infrastrukturun yenidən qurulmasına və kiberhücumlardan müdafiə texnologiyasının tətbiqinə qədər onlarla layihə üzərində əməkdaşlıq edə bilərlər.
“BAE Systems” Böyük Britaniyanın Ukraynaya bağışladığı “L119” yedəkli silahların Ukraynada təmiri və saxlanması üçün Britaniyanın Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
10-04-2024, 20:02
HƏMAS liderinin üç oğlu, iki nəvəsi öldürüldü


HƏMAS liderinin üç oğlu, iki nəvəsi öldürüldü

İsrail ordusu Qəzza zolağında HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyənin ailə üzvlərinin olduğu avtomobilə zərbə endirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumatı Haniyənin özü də təsdiq edib.
Məlumata görə, HƏMAS liderinin üç oğlu - Hazem, Amir və Mohammadin içində olduğu avtomobil Qəzzanın Əl-Şati düşərgəsində partladılıb və hər üçü ölüb. HƏMAS mediası bildirib ki, Haniyənin iki nəvəsi də hücumda həlak olub, üçüncüsü isə yaralanıb.
"Tələblərimiz aydın və konkretdir və biz onlara güzəştə getməyəcəyik. Düşmən danışıqların kulminasiya nöqtəsində və hərəkatın cavabını göndərməmişdən əvvəl oğullarımın hədəfə alınmasının HƏMAS-ı mövqeyini dəyişməyə sövq edəcəyini düşünsə, aldanacaq", - o qeyd edib.
Haniyənin böyük oğlu "Facebook" səhifəsində üç qardaşının öldürüldüyünü təsdiqləyib.
10-04-2024, 20:02
HƏMAS liderinin üç oğlu, iki nəvəsi öldürüldü


HƏMAS liderinin üç oğlu, iki nəvəsi öldürüldü

İsrail ordusu Qəzza zolağında HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyənin ailə üzvlərinin olduğu avtomobilə zərbə endirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumatı Haniyənin özü də təsdiq edib.
Məlumata görə, HƏMAS liderinin üç oğlu - Hazem, Amir və Mohammadin içində olduğu avtomobil Qəzzanın Əl-Şati düşərgəsində partladılıb və hər üçü ölüb. HƏMAS mediası bildirib ki, Haniyənin iki nəvəsi də hücumda həlak olub, üçüncüsü isə yaralanıb.
"Tələblərimiz aydın və konkretdir və biz onlara güzəştə getməyəcəyik. Düşmən danışıqların kulminasiya nöqtəsində və hərəkatın cavabını göndərməmişdən əvvəl oğullarımın hədəfə alınmasının HƏMAS-ı mövqeyini dəyişməyə sövq edəcəyini düşünsə, aldanacaq", - o qeyd edib.
Haniyənin böyük oğlu "Facebook" səhifəsində üç qardaşının öldürüldüyünü təsdiqləyib.
10-04-2024, 18:25
Türkiyə və İran Prezidentləri telefon danışığı apardı


Türkiyə və İran Prezidentləri telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Liderlər beynəlxalq müstəvidə baş verən siyasi proseslər barədə fikir mübadiləsi aparıblar.
10-04-2024, 18:00
Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edir


Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edir

Rusiya prezidenti Vladimir Putin aprelin 11-12-də Moskvaya işgüzar səfər edəcək Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Belarusun teleqram kanallarının məlumatına görə, prezidentlər gələcək ikitərəfli əməkdaşlığın əsas məsələlərini, o cümlədən yanvarın 29-da Sankt-Peterburqda keçirilmiş İttifaq Dövləti Ali Dövlət Şurasının sessiyasının qərarlarının icrası prosesini müzakirə etmək niyyətindədirlər.
Bundan əlavə, Lukaşenko administrasiyasına yaxın kanalın məlumatına görə, Rusiya və Belarus liderləri aprelin 12-də Kosmonavtika Günü münasibətilə birgə tədbirlər keçirməyi planlaşdırırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!