"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 8-11-2017, 14:02
Tampliyer: intiqam mələyi


Nottinqemli Uilyam 1: intiqam mələyi
Nottinqem, İngiltərə

- Bu lənətə gəlmiş yağış görəsən nə vaxt qurtaracaq?!

- Həmişə ilin bu vaxtında yağışlar olur və çox güman ki bir neçə gündən sonra onlar qurtaracaq. Sakitləşin, Robert. Siz bu gün iclasda düzəlişlər və vergilər haqda gözəl çıxış etdiniz. Siz bu kəndliləri və avam camaatı müdafiə edənlərin ağzını yumdunuz.

- Təşəkkür edirəm, Ralf. Bizim qardaşlarımız olan Lordlar və Baronlar deyəsən unudublar ki, avam camaata nə qədər çox azadlıq versək, onlar hakimiyyəti bir o qədər tez əllərinə almaq istəyəcəklər.

Və onlar da guya xalqın nümayəndəsidirlər. Onlar bilmirlər ki, bu onların həyatındakı sonuncu gəzintiləridir. Bəlkə də onlar qılıncın və pulun hesabına Roma Papasından, indulgensiya və bahalı hədiyyələr almaqla isə Kraldan xilas ola bildilər, amma bizdən xilas ola bilməzlər. Zülmətdə ikən biz həqiqətə və ədalətə xidmət edirik. Elə düşünməyin ki, biz fanat və ya muzdlu qatillərik. Əsla yox. Qanun susanda və heç kim onu yerinə yetirə bilməyəndə, biz zülmətdən gələrək ədaləti bərqərar edirik və sonra gözdən itirik. Biz – ədalət mələkləriyik, sadə insanların müdafiəçiləriyik. Bizi hakimiyyət və var-dövlət maraqlandırmır, bizi haqq-ədalət, xeyirxahlıq ilə zülm arasındakı tarazlıq narahat edir. Çünki dünyadakı bütün zülmün qarşısını almaq mümkün deyil. Biz, zalımlara, qəddarlara və qatillərə qarşı mübarizə aparırıq, bu iki nəfər kimi. Mən bir aya yaxındır ki onları izləyirəm. Baron Ralf – onu yalnız kef düşündürür, amma özünü mömin rahib kimi aparır. Deyəsən o unudub ki, o öz kefi xatirinə 16 yaşlı qızı oğurlayıb və bir həftə ərzində onu alçaldıb və zavallı qızı intihar həddinə gətirib və ya o unudub ki, onun bir sıra cinayətlərindən sonra bir insan meydana çıxmışdı və iddia qaldıran tərəfin xeyrinə ifadə verməyə hazır idi, Ralf həmin şəxsi və ailəsini zəhərlədi. İndi isə Qraf Robertdən bəhs edək – bu artıq aysberqin zirvəsidir. Hündür və boylu-buxunlu, qara saçlı və düzgün üz cizgiləri olan biri idi. Hamı onu namuslu insan, kasıbları və kilsəni müdafiə edən, kafirlərlə mübarizə aparan, əsl nümunə götürüləcək biri kimi tanıyırdı. Əslində isə o, cani, Allahsız, uşaq qatıli idi. Mənim müəllimim mənə öyrədirdi ki, hansısa bir insana nə qədər nifrət etsəniz də, hisslərin ağıldan üstün olmasına imkan vermək olmaz. Lakin bu yerdə ancaq bir güclü hiss – nifrət yaranır ki, onunla bacarmaq mümkün deyil. Həm onun məhv etdiyi ailənin, həm də onun şikəst, yetim etdiyi insanların intiqamını almaq arzusu. O, bütün şəhərin məhvində günahkardır, o buna görə bu gün və burada cavab verəcəkdir. Qraf, adamın heç dili də gəlmir onu belə adlandırsın, özünün siyasi karyerasının başlanğıcında ondakı zülmü görən bir nəfəri məhv etmiş, siyasi karyerada onun qarşısını kəsmiş və onu qubernator kimi İngiltərənin cənubundakı kiçik bir şəhərə göndərmişdi. Bu adam mənim babam idi, o, namuslu insan, bizim nəslimizin parlaq nümayəndəsi idi. O fikirləşirdi ki, Robert həqiqət yolunu kəsməkdən əl çəkəcək, amma yox. On il əvvəl o bizim şəhərə hücum etdi və əgər təhlükə barədə babamı xəbərdar etmək üçün gələn mənim müəllimim olmasaydı mən də öləcəkdim. O gün nə baş verdiyini xatırlamaq çətindir. O çatan kimi, şəhərə Robertin qoşunları gəldilər. Qaçmağa yer yox idi, kimisə köməyə çağırmaq da mümkün deyildi, şəhər mühasirəyə alınmışdı. Yalnız bir yol qalmışdı, döyüşmək. Vidalaşanda babam və anam məni qucaqladılar və biz cənab Conla zirzəmilərdən keçərək qaçdıq. Biz oralarda bir neçə saat var-gəl etdik və biz ordan çıxanda şəhərdən çox uzaqda olduğumuzu başa düşdük. Zirzəmidən çıxış təpəlikdə idi və orada köhnə bir kilsə var idi. Biz ordan çıxan kimi acınacaqlı səhnənin şahidi olduq. Şəhər alovun içində idi, katapultalar öz işini görmüşdü. Ətrafda qoşunlar görünmürdü, demək ki onlar artıq şəhərdə idilər. Cənab Con əlini mənim çiynimə qoyaraq dedi:

- Oğul, biz bunun qisasını alacağıq. Haqq-ədalət bərqərar olacaq və sən evinə qayıdacaqsan.

- Mənim evim də, doğmalarım da yoxdur.

-Sən yaşamalısan, Uilyam. Zülmətdə ikən biz həqiqətə və ədalətə xidmət edirik.

Con məni öz doğma oğlu kimi böyütdü. O, bildiyi hər şeyi mənə öyrətmişdi və mən bu günkü günə hazır idim.

********
- Siz əsəbi olmusunuz, mənim dostum.

- Rolf, siz eşitmisiniz bir neçə həftə əvvəl nə baş verib?

- Siz yolda ser Tomasa quldurların basqınını deyirsiniz?

- Yox, mənim dostum, onlar heç də quldurlar deyildilər. Quldurlar döyüşlərdə bərkimiş cəngavərləri öldürə bilməzdilər və Tomas özü də gözəl döyüşçü idi. Sizə elə gəlmir ki, həddindən artıq sakitlikdir?

- Xeyr. Mənim fikrimcə, yağışlı axşamda lap yerinə düşdü. Yaxşı, bəs onda sizin fikrinizcə ser Tomasa kim hücum edib?

- Ehtimal edirəm, lakin yenə də buna inanmaq istəmirəm. Onlar çoxdan itib yox olublar. Yox, həddindən artıq sakitlikdir. Mən az mühafizəçi götürmüşəm.

- Hər ehtimala qarşı silahınızı hazır vəziyyətdə tutun.

- Necə əmr edərsiniz, cənab!

- Robert, sakitləşin! Sizdə sadəcə paranoyadır.

- Siz məni başa düşməzsiniz, Rolf və ya sadəcə başa düşmək istəmirsiniz. O nədir elə? Siz ikiniz küncdə nə olduğunu yoxlayın.

- Oldu, cənab!

- Siz hamınız, silahlarınızı döyüş üçün hazırlayın!

- Niyə bu uzun çəkdi? Ey sizinləyəm, orda nə var?

- Budur o, Robert, sakitləşin. İkinci keşikçi hardadır?

- Mənim cənabım, orada...

Keşikçi yerə yıxıldı.

- Mən haqlı idim.

- Mən onlara sağ təslim olmaram.

- Siz hamınız Qrafı qoruyun – Lord Robertin mühafizəsinin başçısı Henrinin səsi sakitliyi pozdu.

-Onlar hardadır?

- Bilmirəm.

-Bəlkə geriyə qayıdaq?

- Bizi arxadan vurmaları üçün, Rolf?

- Hə nə oldu, qorxaqlar! Bəlkə ortaya çıxasınız yoxsa qorxursunuz ki biz sizin görünüşünüzdən gülməkdən ölərik?

- Sonda zarafat etmək istədim, Qraf! Sən hər şeyə görə, bütün günahlarına görə cavab verəcəksən.

- Ortaya çıx və döyüş, cəllad!

-Mən sən deyiləm ki, arxadan vurum.

- Və yaddan çıxarma, baxmayaraq ki, sən məni öz adımla çağırmaqdan qorxursan, lakin onu deyəcəksən « Zülmətdə ikən biz həqiqətə və ədalətə xidmət edirik»

- Yox! Bu ki...

Bu, Rolfun deyə bildiyi son söz oldu, arbaletden atılan ox ona sancıldı. Qaranlıqdan mən, ölüm mələyi çıxdım. Ağ libasda və sifətimin başlıqla bağlı olduğu vəziyyətdə
- Hər şeyin hesabını verməyin vaxtı gəldi, Qraf

- Nəyi gözləyirsiniz, axmaqlar, öldürün onu!

Mənim üzərimə iki mühafizəçi hücum etdi. Onlardan birinə xəncər ataraq oldürdüm. Talançı ilə daha çətin oldu. O, balta ilə üzərimə atıldı. Onun zərbələrini dəf edərək çiyninə zərbə endirdim, lakin o geri çəkilmədi. O, dalbadal vururdu, büdrəyəndə mən sağa çəkildim və qılıncı onun yan tərəfinə sancdım.O, sanki qovularaq gücdən salınmış bir kəl kimi ağrıdan qışqıraraq yerə yıxıldı. Indi yalnız iki nəfər qalmışdı – Con və onun mühafizəsinin başçısı. Mən onlara tərəf döndüm. Onlar dayanmışdılar və baxırdılar.

- Nəyi gözləyirsən, Henri, öldür onu.

O mənim üstümə hücum etdi. Mən, öldürdüyüm döyüşçüyə hələ də saplanmış qılınca toxunmadım. Mən sadəcə onun üzərinə getdim. Henri qılıncı ilə üzümə zərbə vurmaq istədi.

Mən geriyə çəkildim, dizimlə onun qarnına vurdum və gizlətdiyim tiyəni onun ayağının vətərinə sancdım.

- Ax səni...

Mən onu öldürmədim.Yerə tulladım və öz hədəfimə tərəf getdim. Lord dayanmışdı və hərəkət etmirdi. O,vahimə içində donub qalmışdı, onun ən yaxşı adamlarını bir nəfər öldürmüşdü.

- Hə nədir, Qraf?Döyüşəcəyik ya siz ancaq zəif və məzlumları öldürə bilirsiniz?

-Sən buna görə mənə cavab verəcəksən.

O qınından qılıncını çıxardı.

- Hücum etmək növbəsi sənindir, cəllad.

Henri qılıncını yerdən qaldıraraq Qraf Robertə tərəf yönəldi.Mən düz onun qılıncına tərəf hərəkət etdim, sonra birdən sağa çəkildim, tiyə yanımdan keçdi. Robert geri çevrildi, amma artıq mən onun arxasında idim. O geri dönüb zərbə vurdu, onun zərbəsi azacıq sağ qolumun dirsəyinə toxundu.Con daha böyük həvəslə hücum etməyə başladı. Mən dizim üstə yıxıldım, qılınc başımın üstündən keçdi. Yenidən ayağa qalxaraq irəli atıldım, tiyə onun çiynini azacıq sıyırmışdı. O asanlıqla təslim olmaq istəmirdi, onun gözlərində qorxu yox idi. Qraf sanki küncə sıxışdırılmış bir heyvan kimi idi, onun itirəcəyi heç bir şey yox idi. İki addım sağa çəkilərək ona yan tərəfdən zərbə endirdim, zərbə güclü idi, lakin omənim hücumumu dəf etməyə imkan tapa bildi. Bir müddət biz növbə ilə bir-birimizə hücum etdik, sonra isə o yalnız müdafiə olunmağa başladı. Mənim bütün hücumlarımın qarşısı alınırdı, elə bil ki, o mənim bütün növbəti addımlarımı bilirdi, mənim hər bir zərbəmi dəf edirdi.Mən başa düşdüm ki, o mənim yorulmağımı istəyir, bu zaman ağlıma ona hiylə qurmaq fikri gəldi.Geriyə çəkilərək mən elə göstərdim ki, sanki nəfəsim kəsilir.Robert irəli atıldı vəyuxarıdan aşağı zərbə endirdi. Mən sağa əyildim, qılınc mənim yanımdan keçdi və bu zaman gizlətdiyim tiyəni onun qarnına sancaraq ona ölümcül zərbəni vurdum. O, yerə yıxıldı.Yağış hələ də sanki vedrədən tökülmüşcəsinə yağırdı.Mən dayanmışdım və ölməkdə olan Qrafa baxırdım. Ona tərəf əyilib gözlərinə baxanda mən nə qorxu, nə də rəhm diləyən baxışlar gördüm. O,mənə baxdı və dedi:

-Sən kimsən?

-Mən başlığımı çıxardım və onun gözlərinə baxdım:

- Mən, Haroldun nəvəsi və Marinin oğlu Uilyamam, sizin on iləvvəl yerlə bir etdiyiniz Nottinqemin yaxınlığındakı şəhərdənəm. Və o balaca oğlanam ki, bütün zülmkarlıqlarınıza görə sizdən qisas almaq üçün xilas edildi.

-Sənin gözlərin ananın gözləri kimidir.

-Siz bunu haradan bilirsiniz?

- Mən sənin atanam, Uilyam.

- Bu ola bilməz.

- Amma bu belədir. Mən hakimiyyət istəyirdim, amma mən sənin ananı sevirdim. Harold mənim Franklarla əlaqələrimi öyrəndikdən sonramənimüəllimlə birlikdə başqa şəhərə göndərdi və ananla boşanmamıza nail oldu, mən təhqir olunmağımla barışa bilmirdim. İntiqam hissi ilə alışıb yanaraq mən danimarkalı muzdlularla ittifaq bağladım və şəhəri ələ keçirdim.Daha sonra onlar qarət etdikləri ilə evlərinə qayıdandamənim əsgərlərim onları dərədə gözləyirdilər və asanlıqla onların axırına çıxdılar və beləcə mən qəhrəman oldum.

- Mənim doğmalarıma nə oldu?

- Harold şəhərin mərkəzi hissəsini müdafiə edərkən muzdlular onu öldürdü, sənin anan isə itkin düşdü. Elə bir gün olmadı ki, mən buna görə peşman olmayım, Uilyam. Əgər bacararsansa mənibağışla.

- Siz on il əvvəl bizi hakimiyyətə dəyişməklə öz seçiminizi etmisiniz. Tansı sizi mühakimə etsin.

- Mən sevirdim, oğul, amma nifrət üstün gəldi, onları öldürməklə mən qəlbimin bir hissəsini məhv etdim. Mənə hakimiyyət verildi, amma ailəmdən və vicdandan məhrum olundum, mələk simasında şeytana çevrildim.

-Şeytan ruhu elə-belə ala bilməz. İnsan qəlbində işıq və ümidlə doğulur, o bu qəlbi heç nədən ələ keçirə bilməz. Sizin isə, Qraf, qəlbinizdə qaranlıqdan bir parça var.
- Oğul, heç vaxt ehtirasların sənə qalib gəlməsinə imkan verməvə əgər bacararsansa bağışla.
Bu, Robertin dediyi son sözlər oldu. O öldü.

-Rahat yat. Mən onun gözlərini yumdum, başlığımı geyindim və hələ də ayağını tutaraq döşəmədə oturan Henriyə tərəf yönəldim.

- İndi də növbə mənimdir?

-Yox, sən yaşayacaqsan, sənin günahın yalnız ona xidmət etməyindədir, amma sən heç bir şeydə iştirak etməmisən.Yaşa və qalanlara çatdır ki, kimsə qanundan üstün olduğunu düşünərsə, biz gələcəyik.

Mən onu orada tək qoyub qaranlıqda gözdən itdim.

********
-Necə oldu?

- Düşünüldüyü kimi, müəllim.

- Amma sən nəyə görəsə narahatsan.

- Siz bilirdiniz ki, o mənim atamdır?

- O sizə xəyanət etdikdən sonra atan olaraq adlandırılmır, Uilyam. Ehtiraslar ona qalib gəldi, sənin atan olan adam öldü, onun yerinə şeytan ortaya çıxdı, hansını ki sən öldürdün.Robert hakimiyyət və şan-şöhrət istəyirdi, onun içindəki şeytan qalib gəldi.

O, öldüyündə mən onun gözlərində işığın parıltısını gördüm.

-Onun tövbəsini qəbul etdikdən sonra sən onu ağrıdan azad etdin və bununla da ona əvvəl kim olduğunu və sonradan kimə çevrildiyini xatırlatdın. Robertin ruhu bu dünyanı sakitlik içində tərk etdi.

- O dedi ki, mühasirədən sonra anamın meyitini tapmadılar. O sağ qala bilərdi?

- O mühasirədən sağ çıxmaq demək olar ki mümkün deyildi.

Bir neçə saat ərzində yaşatdığım bütün ümidlərim puç oldu, mən anamın sağ qaldığını və onu tapacağımı düşünürdüm. Müəllim haqlıdır, o mühasirədə heç kim sağ qala bilməzdi. - Mən saman çöpündən yapışmışdım, müəllim.

-Ruhdan düşmə. Hətta qaranlıqda da ümid yaşayır. Ürəyin sənə nə deyir, oğlum?

- Mən hiss edirəm ki, o sağdır, haradasa yaxındadır. Amma bəlkə də bu, içimdə yaşatmaq istədiyim bir xülyadır.

- Hətta qaranlıqda da ümid yaşayır.Əgər o sağdırsa, biz onu tapacağıq.Mən sənə söz verirəm, indi isə biz gizlənməliyik.

- İndi nə olacaq, müəllim?

- Sən Henrini sağ buraxdın, bu düzgün addım idi, çünki onun tək günahı şeytanı qoruması idi. O, sənin üzünü görmürdü, amma yəqin ki, sizin Robertlə olan söhbətinizi eşidib. Mən Romaya gedirəm, sən isə səlibçilərlə birlikdə Müqəddəs Torpağa yollanacaqsan. Genuyadan üzərək gələn Tamplierlərə qoşul. Sən mükəmməl səviyyədə Frank dilini bilirsən, özünü Xristin ordusuna qoşulmaq istəyən frank zadəganı kimi təqdim et. Müqəddəs Torpağa çatanda daha bir şeytanı, Rene de Şatinyonu izlə, onu təkrar cəhənnəmə göndərmək lazımdır.

- Necə buyurursunuz, müəllim.

Dan yeri söküləndə mən Nottinqemdən Londona yola düşdüm. Orada limandanzəvvar və səlibçilər Fransaya, oradan da Xrist ordusunun əsas qüvvələrinin toplaşdığı Genuyaya yollanırdılar. Vidalaşanda Con məni qucaqladı və mənə məktub verərək dedi:

-Özünü hazır hiss etdiyin zaman onu oxu, bu məktubu Harold mənə on il əvvəl, biz şəhəri tərk etmədən qabaq vermişdi.

********
Səfərimiz bir neçə həftə çəkdi. Genuyaya çatan kimi mən dərhal səlibçilərin toplaşdığı limana yollandım,Dijon şəhərindən olan Anri özünü təqdim etdi,məni yeni gəlmişcəngavər qardaş kimi Tamplierlərin dəstəsinə göndərdilər.

- Xoş gəlmisiniz, Anri qardaş. Mən Liondan Reneyəm, bu isə mənim əmim oğlu Jozefdir. -Sizinlə tanış olmaq mənim üçün şərəfdir.

- Qarşılıqlıdır

-Dincəlin, Rene, sübh tezdən biz Genuyanı tərk edəcəyik vəMüqəddəs Torpağa yollanacağıq. Əgər Tanrı lütf edərsə, bir neçə aydan sonra biz artıq Akrada olacağıq.
-Hər şey Allahın əlindədir.

Dan yeri söküləndə Genuyanı tərk etdik və gəmi ilə səfərə yollandıq.Mən gəminin burun hissəsində dayanıb uzaqlara baxırdım. Mən öz ailəmi rüsvay etməyəcəm və Müqəddəs Torpaqdan qəhrəman kimi geri qayıdacam.Rene de Şatinyon, tövbəsini qəbul edəcəyim növbəti adam sənsən.

Nottinqemli Uilyam1: intiqam mələyi Tampliyer hekayəsinin bir hissəsidir


Tamerlan İldırım


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!