Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 12-01-2018, 19:01
Mən sabah intihar edəcəm


“Bəzən, o qədər çarəsiz olarsan, hardan başlayacağını bilməzsən, bütün olaylar üst-üstə gələr. Son ümidin yenidən başlamaq olar”.

Həyatın hazırladığı burulğanında, hədəfə Məni aldığı bu dönəmlərində, yaşadığım şeylər azmış kimi, bir də üstəgəl ard-arda sayları çoxalan intihar xəbərləri. Özü də yaxın tanışların, yoldaşların. Bəlkə də, doğru olanını Onlar etdilər deyə çox düşündüm. İntihar etmək üçün o qədər səbəblər tapdım ki, gənc bir xanımın qaldıra bilməyəcəyi və yaşamağa layiq olmayacağı qədər əsaslı səbəblər.
Devizi, ” Etsə-etsə bu dünyanı sevgi xilas edəcək ” – deyib, insanları, həyatı, yaşamağı, baxdığı hər neməti sevən bir xanım, niyə bunları yaşasın ki?
Bu qədər “illərlə çarpışıb döyüşən” xanım, intihar edə bilməyəcək qədərmi cəsarətsizdir?
Düşündüm. Bəlkə də, intihar etmək ən cəsarətlilərin bacara biləcəyi bir işdir.
Yoox…. Bu cavab ola bilməz.
Əslində, Mən hər gün intihar edirəm, amma heç kim bilmir.
Dayandım.
İllədir başıma gələnləri bir gündə dərk etdim elə bil.
Mən, intihar edəcək qədər “vəfasız” deyiləm.
Öyrəndim ki, sevdikləri uğruna yaşamaq, uğrunda ölməkdən daha çətindi. Həyatda elə ağrılar var ki, ölüm ondan gözəldir.
Bəli, Mən yenidən başlayacam, ona görə ki, həyat məni duyğulara büküb yüksəkliklərə qaldırdı və heç gözləmədiyim anda, qəflətən yerə çırpdı (Bura çox səbəblər, çox olaylar və çox kəslər daxildir). Mən heç kəsi qınamıram, həyata nifrət bəsləyib onu günahlandırmıram, heç taleyin mənə yazdığı qismət oyununda vasitəçi olan insanlardan da küsmürəm. Buna haqqım da çatmır. Həyat özü ilə birliktə Onları da mənə dərs vermək üçün, nələrsə qazandırmaq üçün gətirmişdi. Bu qanununa davam edib, yenə də qaydasına əməl edəcəyini bilirəm. Həyat öz qanunlarına sərtdir, Mən öz duyğularıma. Necə ki, dünən sabah və bu gün gecə olduğu kimi, sabah da intihar edəcəm. Və yenə də heç kəs bilməyəcək.
Hər gün, yenidən.
Bu dərslərin nəticəsidir bəlkə də “yenidən” başlama bacarığım.
Mən, indi həyata “Yenidən” demək üçün hazırlaşıram.
“Yenidən “.
Çünki, başqa yollarım yoxdur. Hər aldığım nəfəsdə, tamamladığım ildə, elə bağlamışam ki, geriyə gedən və sonu təslimə gedib çıxan bütün yolları, o qapılara toxunmağa belə utanıram. Özümü zərrə də düşünmürəm. Özüm cəhənnəmə, vicdanıma and içirəm ki, Mən insanların ümidini öldürməkdən utanıram. Hər dəfə yeni cəhdlərimlə, ən azı, bu qədər məhdudiyyətlərə rəğmən həyatdan bərk-bərk yapışmağımla, yaşamağı bacarmağım mümkün olduğunu göstərməklə, Onlara güc vermişəm. Yaşamın, insan ömrünün, sevib-sevilməyin, öz həyatını gözəlləşdirməyin heç bir əngəl tanımadığını sübut etmişəm. İnsanı zəif göstərən bütün duyğularımı içimdə boğmuşam. Sona doğru yaxınlaşdığımı hiss edib tükəndiyimdə, hər kəsdən uzaqlaşıb, qaranlıq künclərə qısılıram. Gecələrlə qucaq-qucağa sarılıb, içim sökülənə qədər ağlayıram. Çölümə zər-ziba bürüyüb, daxilən ilmə-ilmə süzülürəm. Hər gün ölümsüz intiharlar edirəm, amma yaşayıram. Bir müddət sonra ayağa qalxıb, təbəssümlərimi yanaqlarıma taxıram. Gəlib Onlara həyatın necə də gözəl olduğunu söyləyirəm. Mən, bütün gülüşlərimi son damlasına kimi paylamışam insanlara. Sizə görə bu yalan sayılar bəlkə də, amma mən o “yalan”larla neçə-neçə insanlara həyat vermişəm. Onları düşüncələrindən sürükləyib, boz dumanlı burulğanda boğulmaqdan qurtarmağa çalışmışam. Bəlkə də, Mənim etdiyim bir sərçənin yanğını söndürməyə cəhd etməsi və buna davam etməsinə bənzəyir, amma mən dimdiyimdə daşıdığım suyun qüdrətinə bələdəm. Mən buna davam edəcəm. Çünki, insanların məhv olacağından qorxuram. Çünki, güvənin olmadığına əmin olacaqlarından, adamların yalanlarla doğulub, öldüyünə inanmaqlarından və heç nəyin, heç kəsə ümidin olmadığına görə yaşamın əhəmiyyətsiz olmağını qəbul etməklərindən qorxuram. Başa düşürsən, qorxuram. Özümü unutmuşam.
Mən, Onlara söz vermişəm. Onlar mənə inanır.!

Mətanət Qüdsi
10.01.2018


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!