“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 19-03-2020, 12:34
ÜSYAN (hekayə) - Kamal Aken yazır



İstanbulun soyuq küçələri ilk dəfə idi ki, bizi hürküdür, təslim etməklə hədələyirdi bizi. Günəş bütün simamızı çılpaqlığı ilə insanlara göstərdiyi üçün gündüzləri əsla sevməzdik, gecələr isə bizi daim qoruyur, uzun ətəklərinin altında gizlədirdi.


Biz gecədən buz bağlamış dar yollarla qaçır, gizlənmək üçün uyğun yer axtarırdıq. Daş döşənmiş bu dar küçələrin məni hara apardığının fərqində belə deyildim, amma tək bildiyim bu idi ki, bu gecə sağ qalmalıydım. Ayağım hər dəfə sürüşəndə mən yıxılmamış onunla qurduğumuz xəyalların yıxıldığını hiss edirdim. İndiki zamanda solçu olmaq ölümlə şahmat oynamağa bənzəyir, hər an əli silahlı və sinəsində bizi qorumaq üçün nişan asmış biriləri içəri daxil olub vəzirini vura və şahını isə cibinə ata bilərdi.

1970-ci illərdən sonra vəziyyət daha da kəskinləşmişdi, bəlkə də mənim çılğın vaxtlarım - gəncliyim həmin dövrlərə düşdüyü üçün həqiqətləri bədənimə saplanmış bıçaq kimi hiss edə bilirdim, sanki kimsə gəlib acımasızca bütün gerçəkləri qulağıma pıçıldamış və kənardan baxaraq gülümsəyirdi.

Universiteti bitirməyimə hələ bir ilim qalmışdı, biz üç nəfər idik, İstanbuldakı universitetlərdə kiçik aksiyalar keçirir, tələbələri də bu aksiyalara cəlb etməyə çalışırdıq və bir müddət sonra anladıq ki, əlimizdə bayraq və üzərində şüarlar yazılmış lövhələri qaldırıb qışqıraraq heç nəyə nail ola bilməyəcəyik, biz azadlığımız üçün hər yola əl atmağa hazır, itirməyə heç nəyi qalmayan üç gənc idik...

Mən yazıçıyam, artıq üç ildən çoxdur ki, müxtəlif imzalarla insanları oyatmağa çalışır, onlara həqiqətləri demək istəyirəm, onlar isə mənə “vətən xaini” damğası vurub təslim edə biləcək qədər acımasızdılar. Mən onların toz basmış gözlərini silmək istəyirəm, onlar isə mənə üz döndərir, həqiqətlərdən qaçmağa çalışırlar.

Hər şey gözümün qarşısında baş verdi, mən pəncərənin sınmış şüşəsindən hər şeyin şahidi olmuşdum. Bəzi həqiqətlər bahalı zərzibalar ilə gizlədilirsə, biz yalnız o həqiqətləri sınıq pəncərələrdən, ya da köhnə qapı arakəsməsindən görə bilərik. Sinəsində nişan olan, əli silahlılar mənim evdə olduğumu öyrənib yaşadığım məhəlləni mühasirəyə almışdılar, qardaşım onların gəldiyini görüb əlində ot yabası ilə onları yubatmağa çalışırdı ki, mən arxa pəncərədən qaçım. O əlində ot yabası ilə qapının qarşısını kəsirdi, bizim verdiyimiz vergi ilə maaş alan əli silahlılar bizim evimizə atəş açdılar, qardaşımın yerə uzanmış qanlı bədənini gördüyümdə böyümüşdüm mən, anlamışdım ki, bu əclaflara atalarını öldürməyi belə tapşırsalar gözlərini qırpmadan əllərini silaha atardılar, onlar elə bilirdi ki, vətən anlayışı hakimiyyətə tabe olmaq, ona boyun əyməkdən ibarətdir.
Mən qardaşımı elə orada da qan içində qoyub qaçmağa məcbur olmuşdum, geri qayıda bilməzdim, çünki qardaşım mənim indandığım bu yolun uğurunda canından olmuşdu, mən isə bunun qarşılığında sağ qalmalı, onun boş yerə ölmədiyini göstərməli idim insanlara. Onun gözlərindəki “qaç canını qurtar” hayqırışları hələ də yadımdan çıxmır, onlara olan nifrətimi daha da artırırdı.

Gündüzləri müxtəlif imzalarla yazdığım kitabları satmaqla məşğul olurdum, onlar hər dəfə fərqli imzalarda eyni ruhu gördükdə bu kitabların eyni yazı makinasında yazıldığını anlayırdılar, elə bir rejimdə yaşayırdıq ki, mənlə bərabər bütün əqidə yoldaşlarım eyni imza altında yaza bilmirdilər, amma oxuyan hər kəs anlayırdı ki, bu mətnin sahibi Nazim Hikmətdir, Əziz Nesin yoxsa bir başqası.
Gecələr isə həmin kitabları yazı makinasının arxasında yazıya almaqla məşğul olurdum, bəzən olurdu ki, bir fikri vərəqlərə sığdıra bilmədiyimdən əlimdə boya ilə İstanbulun küçələrindəki divarlara köçürürdüm, yenə divar yazarkən polisin fit səsinə ayılıb qaçmağa başlamışdım, başa düşə bilmirdim ki, divar yazmağa görə niyə həbs etmək istəsinlər ki, məni? Ən çox da divarlarda yazılan “Kommunistlər Moskvaya” şüarlarını silib yerlərinə sadəcə “azadlıq” yazırdım, çünki mən yaxşı anlayırdım sistem nə olur-olsun, əsas məsələ insanın daxilindəki azadlıqdı. Azad olmaq istəyən birini həbs etmək istəyənlər vardı ölkəmdə, quldurluqla məşğul olan insanlar rahat şəkildə keçdiyi küçələrdən biz qorxaraq keçirdik, çünki biz hamının gözündə bizim alnımızdakı “cinayətkar”, “quldur” sözləri daha qabarıq görünürdü, günahımız isə sadəcə azad yaşamaq istəyi idi.

Biz üç nəfər idik, atışmaların birində Yılmaz bizi qorumaq üçün özünü qurban vermişdi, mən və Samit isə bu gecəki təqiblərdən qurtulmağa çalışırdıq, odur ki, izi itirmək üçün hərəmiz ayrı-ayrı istiqamətlərdə qaçmaq qərarına gəlmişdik.

Mən bu gecə həbs olunmamalı idim, heç olmasa bu gecə sağ qalmalı, sabahın iyrənc gün işıqları ilə üz-üzə qalmalı idim. Qarşıdakı döngədən zibil qutuları olduğunu bilirdim, tək məqsədim oraya yetişib ara sakitləşənə qədər həmin zibil qutularından birininin içində gözləmək idi.

Səhər açılanda ilk işim onunla vidalaşmaq, ona yazdığım vida məktubunu ona vermək olacaqdı. Polis təqiblərinə görə xeyli müddət olardı ki, onunla görüşmürdüm, görüş təyin etdiyimiz günlərdə isə azı yarım saat gecikirdim. Mən artıq missiyamı bitirmiş, bu azadlıq hərəkatında boynuma düşən öhdəliyimi ağırlığı ilə yerinə yetirmişdim. Sabah təslim olmaq günü idi, bir gün mütləq azad olacağımızı bilirəm, əminəm ki, bir gün mütləq bu küçədəki baqqalın qarşısından qorxaraq keçməyəcəm. Əlimdəki məktubda isə onunla qurduğumuz xəyalların mütləq bir gün həyata keçəcəyindən söz açmışam.

“...mən dünyaya azad olmaq üçün gəlmişəm, qollarımda qandal, boynumda zəncirlə heç vaxt xoşbəxt ola bilməyəcəyik, mən sabah gedirəm, amma mütləq bir gün qayıdacağam...”.

Mən məktubda onun məni bağışlaması üçün yalvarmış, gələcəkdə onu tapacağıma dair söz vermişdim. İndi isə qaçıb gizlənməli, sabah özümü ona yetirməli idim.
Kürəyimdən axan maye aşağılara doğru irəlilədikcə daha da soyuyur, gözümdəki qaraltı isə daha da böyüyürdü. Sanki dizlərim məni ayaq üstündə saxlamaq iqtidarında deyildi, mən qarşımdakı zibil qutularını görürdüm, amma onlara doğru irəliləməyə gücüm qalmamışdı. Diz qapaqlarımın yerə toxunduğunu hiss edirəm, kürəyimdəki maye isə daha da soyuyur və mən əsməyə başlayıram. Sanki kiçik bir metal kürəyimdə hərəkət edir və bütün bədənimin soyumasına səbəb olurdu. Əlimdəki məktuba baxıb gülümsədim, sanki bu mənim sonum idi.
Var-gücümlə sıxmağa çalışdığım barmaqlarım arasından məktub yerə düşdü, onu saxlamağa taqətim qalmamamışdı, bağışla, sevgilim, deyəsən yenə gecikdim...
Kamal Aken


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!