Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 18-11-2019, 07:06
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib
Noyabrın 16-da “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib. Butov.az-a verilən məlumata görə, İctimai Birliyin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev gündəlikdə duran məsələlər barədə məlumat verib, ötən müddətdə Birliyin fəaliyyətindən danışıb. Qeyd edilib ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Dərbəndin inkişafı, Azərbaycan-Dağıstan əlaqələrinin daha da gücləndirilməsi istiqamətində yorulmadan çalışan qurumun üzvləri Prezident İlham Əliyevin yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyirlər.
Nurulla Əliyev Dərbənd şəhərinin tanınmış ziyalı hərbçisi, Azərbaycan hərb tarixinin görkəmli nümayəndəsi, general-leytenant Balakişi bəy Ərəblinskinin (1828-1902) fəaliyyəti, xüsusilə 50 illik hərbi xidmət illərində rus ordusunda keçdiyi döyüş yolundan danışıb.
Tarixçi-tədqiqatçi Rauf Həsənov məlumat verib ki, qüsursuz xidmət edən Balakişi bəy Ərəblinski gənc yaşlarında polkovnik-leytenant rütbəsindən briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilib. Sonralar diviziya komandiri olan B.Ərəblinski əlli illik xidməti dövründə rus ordusunun keçirdiyi bütün döyüş əməliyyatlarında iştirak edib. O, Vilaqoşı qalası uğrunda ağır döyüşlərdə mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs Stanislav” ordeni ilə təltif olunub. B.Ərəblinski Rusiya-Türkiyə müharibəsində göstərdiyi igidliyə görə üstündə adı yazılmış qılınc və “Müqəddəs Anna” ordeni ilə təltif olunub. Hərbi hissələrə bacarıqla komandanlıq etdiyinə və göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verilib. B.Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu olub. 1896-cı ildə general-leytenant rütbəsi ilə istefaya çıxaraq Dərbənddə məskunlaşan B.Ərəblinski ömrünün sonunadək orada yaşayıb. B.Ərəblinskinin şərəfinə Dərbənd yaxınlığındakı kənd və stansiya indi də onun adını daşıyır. O, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qayınatası olub. Tağıyevlərin evində generala xüsusi hörmət bəsləndiyini Azərbaycan Milli Tarix Muzeyində olan rəsm əsəri də göstərir. Ərəblinskilər nəslindən bir neçə hərbçi, o cümlədən hazırda Azərbaycan ordusunda polkovnik hərbi rütbəsi ilə xidmət edən Şərif Ərəblinski yetişib.
Tədbirdə general-leytenant Balakişi Ərəblinskinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
İctimai Birliyin üzvləri, Balakişi Ərəblinskinin ailə üzvlərindən Akif Ərəblinski və başqaları yerli əhali arasında gözəl insani keyfiyyətləri ilə hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin fəaliyyətindən danışıblar. Çıxışlarda B.Ərəblinskinin Dərbənd şəhərində xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Generalın qohumları tədbirin təşkilatçilarına və Birliyin üzvlərinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında işıq üzü görmüş “Azərbaycan və Qafqaz-Xəzər bölgəsi İkinci Dünya müharibəsində” kitabının təqdimatı olub.
Nəşrin müəlliflərindən olan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elmi şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyev məlumat verib ki, əsər İkinci Dünya müharibəsinin başlamasının 80 illiyinə və Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyinə və bu Qələbədə azərbaycanlıların xüsusi roluna həsr edilib. Kitab Azərbaycanın mülki ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbələri üçün nəzərdə tutulub.
Kitabın həmmüəlliflərindən olan Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova İkinci Dünya müharibəsinin başlamasının səbəbləri, son zamanlar bəzi Qərb ölkələrində bu dövrə aid tarixi faktların saxtalaşdırılması cəhdlərindən danışıb. O, azərbaycanlıların müharibədə göstərdikləri qəhrəmanlıqdan, ölkəmizin Qələbənin qazanılmasına əvəzsiz töhfələrindən bəhs edib.
Daha sonra Nurulla Əliyev müəllifi olduğu və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin hazırladığı “Поколения в лицах. Род Гаджи Джафара из Дербента” kitabının təqdimatı olub. Diqqətə çatdırıb ki, nəşrdə dərbəndli Hacı Cəfər nəslinin nümayəndələrindən bəhs edilir. Kitabda Hacı Cəfərin ailəsi haqqında arxiv və sənədli materiallar əsasında avtobioqrafik məlumat təqdim edilib.
“Qaçaq Gülsüm və Stalin” kitabının təqdimatı zamanı yazıçı-publisist Vilayəddin Quliyev deyib ki, XIX əsrin sonunda Şimalı Azərbaycanda kəndli hərəkatının görkəmli nümayəndəsi olan Qaçaq Gülsüm 1863-cü ildə Şamxor mahalının Sərxan kəndində anadan olub. O, qadın qiyafəsini dəyişib və 22 il ərzində kişi geyimində “Qaçaq Suleyman” ləqəbi ilə Qafqazda, İranda və Türkiyədə erməni daşnaklarının xalqımızın başına gətirdikləri dözülməz faciələrə qarşı mübarizə aparıb.
Tədbirdə Azərbaycan - Dağıstan əlaqələrinin inkişafına töhfə vermək məqsədilə bir sıra təkliflər səsləndirilib, müzakirə edilib.
İclasda “Dərbənd” Xeyriyyə İctimai Birliyi ilə Azərbaycan Vətəndaş Hərəkatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin, xalqların milli-mənəvi, mədəni dəyərlərinin qorunub saxlanılması, tolerantlıq ənənələrinin təbliği sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib

[media=https://video.azertag.az/site/video/81024]


Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!