Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist


4-02-2023, 20:19
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Üzü Zəngəzura, yolumuz açıq olsun!

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.

Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.

Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Butov.az
Fotolar Ramin Abdullayevindir
23-11-2022, 08:54
“TARİXİN ZƏFƏR YOLU” kitabının təqdimatı keçirilib


28 saylı Laçın məktəbində Subut Mehdiyevin “TARİXİN ZƏFƏR YOLU” kitabının təqdimatı keçirildi

Bu gün Xətai rayonunda yerləşən 28 saylı Laçın rayon məktəbində yazıçı-jurnalist Subut Mehtiyevin “Tarixin zəfər yolu “kitabının təqdimatı oldu. Bu “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində oxucuların ixtiyarına verilən növbəti kitab idi.Tədbirin orta məktəbdə keçirilməyi kitabın məzmun və qayəsinin nə qədər əhəmiyyətli olmasından xəbər verirdi. Zəfər tarixi haqqında yazılan kitabların məqsəd və məramı gənc nəsllərə vətən sevgisinin aşılanmasıdır. Tədbirin təhsil müəssisəində keçirilməsi zəfəri qazanan şəhid və qazilərimizin şərəfli döyüş yolunun məktəbdə gənclərə təbliğ olunmasının vacibliyini ortaya qoyur.

28 saylı Laçın rayon məktəbinin tərbiyəvi işlər üzrə direktor müavini Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq mahiyyəti barədə geniş məlumat verdi. Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı, sonra isə dövlət himni səsləndirildi. Daha sonra kitabın müəllifi Subut Mehdiyevə söz verildi. Müəllif iştirakçılara kitab haqqında məlumat verərək qeyd etdi ki, biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətənpərvərliyin tərənnümü, ölkəmizin müdafiəsində qəhrəmancasına həlak olmuş ŞƏHİDLƏRİN, həmçinin qazilərin keçdiyi şərəfli döyüş yolu barədə vətənpərvərlik nümunələrinin gənc nəsillərə çatdırılması, vətənin müdafiəsində qəhrəmanlıqlara imza atmış döyüşçülərin döyüş yolunun təbliği istiqamətindəki çağırışlarına qoşularaq, yazıçı–jurnalist Səhər Manafova ilə “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinə başladıq. “Zəfər Tarixinin Qəhrəmanları”, “Zəfər Tarixinin Qəhrəmanları-Qax Şəhidləri” və “Tarixin Zəfər yolu” kitablarının nəşr olunduğunu bildirdi. O, qeyd etmişdir ki, “Tarixin Zəfər Yolu” kitabında Müzəffər Ordumuzun inkişaf tarixi və bu istiqamətdə görülən işlər, müasir silahlarla silahlanma barədə məlumatlar ətraflı şəkildə təhlil olunmuşdur.

Müəllifin sözlərinə görə, bu layihədə Azərbaycan Ordusunun inkişaf tarixi və Müzəffər Ali baş komandan İlham Əliyevin apardığı uğurlu və balanslaşdırılmış siyasət, bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə barədə də məlumatlar yer alıb. Bu kitabda vətənpərvərlik nümunələrinə geniş yer ayrılmışdır. Onun sözlərinə görə, “Tarixin Zəfər Yolu” kitabında Ali Baş Komandan İlham Əliyev Laçının Qarabağın açarı olduğu və strateji əhəmiyyəti, mineral su ehtiyyatları, təbiətinin ekoloji faydalılığı barədə tarixi çıxışı yer alır. Kitabda eyni zamanda tarixçi alim Şikar Qasımovun Laçının tarixi barədə geniş araşdırma yazısı öz əksini tapır. Tarixdə adı fəxarətlə çəkilən tarixi şəxsiyyətlər barədə də məlumatların olması bu kitabın nə qədər maraqlı və oxunaqlı olmasını bir daha təsdiq edir. Daha mühüm və vacib məqamlardan biri də odur ki, kitabda millət vəkili Mahir Abbasın Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olmuş Laçının region və Qarabağ, bütövlükdə isə Azərbaycan üçün hansı iqtisadi yükü daşıması barədə ətraflı yazısı vardır. Həmçinin Babək Aslanovun rəhbərliyi altında cəmlənmiş 30 nəfər bələdçi-kəşfiyyatçı kimi minlərlə gənclərə örnək ola biləcək qəhrəmanların fədakarlığı barədə məlumatlar kitabda qeyd edilmişdir. Kitabda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən savaşında döyüşmüş bir neçə qəhrəman döyüşçü haqqında da geniş və ətraflı məlumatlar var. Eyni zamanda Birinci Qarabağ savaşında canlarını fəda etmiş 305 nəfər şəhid, 44 günlük Vətən savaşında şəhid olmuş 15 hərbçi və 4 nəfər mülki şəhid barədə də geniş məlumatlar bu kitabda verilir. Kitabın ərsəyə gəlməsində müasir dövrün diqtə elədiyi yeni üsullardan da istifadə olunmuşdur. Belə ki, Şəhidlər barədə çəkilmiş videolar mantaj olunaraq “Əsgərtv” adlı yotube kanalında yerləşdirilmiş, k-kodları isə məqalələrin başlığında verilmişdir.

Daha sonra söz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxış çıxış edərək kitabın əhəmiyyətindən danışmışdır .
Millət vəkili Müşfiq Məmmədli geniş çıxış edərək tarixdə qalan böyük şəxsiyyətlərin xalqına yönəlik xidmətlərindən danışdı. Millət vəkili qeyd etdi ki, tarixi zəfərin əhəmiyyəti bu gün çox böyükdür, Bu şanlı zəfər xalqımızın milli kimliyini özünə qaytardı. O, kitabın müəllifinə də təşəkkürünü bildirərrək belə vacib layihələrin əhəmiyyətinin böyük olduğunu bir daha öz çıxışında vurğulamışdır.

” Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli, Laçın rayon icra hakimiyyəti başçının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova öz çıxışlarında bu gün şanlı zəfərimizin əldə olunmasında Azərbaycan ordusunun keçdiyi tarixi və şərəfli döyüş yolundan söhbət açmış və bu şərəfli tarixin yaşadılması baxımından kitabın nə dərəcədə əhəmiyyətli olmasını vurğulamışdı. Daha sonra Səhər Manafova çıxış edərək layihənin yaranma zərurətindən və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək “Tarixin Zəfər yolu” kitabının əhəmiyyəti barədə söylənilən fikirlərə əlavə edərək bildirdi ki, zəfər tariximizin təbliği baxımından kitab gələcək nəsillərə ən gözəl hədiyyədir.
Sonda 28 saylı Laçın rayon orta məktəbinin direktoru Nofəl İsmayılov çıxış edərək Subut müəllimə yaradıclılq uğurları arzuladı və bu kimi tədbirlərin tezliklə Laçında təşkil olunmağını arzu etdi.
Tədbirin sonunda müharibə iştirakçıları və qazilərə fəxri diplomlar verildi , xatirə şəkilləri çəkildi.


Yaqut Zeynalova
9-11-2022, 13:00
Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

2020-ci il sentyabrın 27-si başlayan və 44 gün davam edən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tariximizin parlaq səhifəsinə çevrilmiş İkinci Qarabağ müharibəsinin nəticələrini dünya ölkələri fərqli cür qarşıladılar. Müharibə bitdikdən sonra isə Azərbaycanın mövqeyinin dəyişməyəcəyi açıq şəkildə bildirilsə də, status məsələsi əsas müzakirə mövzusuna çevrildi. Son zamanlarda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır”-deyə səsləndirdiyi fikir mübahisələrə səbəb olub. Bu mövzu barədə münasibətini öyrənmək üçün Ağ Partiyasının sədri Tural Abbaslıya müraciət etdik:
O bildirdi ki, Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanılması fikri Rusiya prezidenti Vladimir Putinin ortalığa atdığı ideya olub:
“Bu, əslində hazırkı vəziyyətdə qalib Azərbaycanın növbəti addımlarının qarşısını almağa yönəlib. Aydındır ki, Azərbaycan artıq 44 günlük müharibədə güclü tərəf olduğunu sübut edib. Bir tərəfin əzici üstünlüyü, qalibiyyəti digər tərəfi reallıqlarla barışmağa və təslim olmağa məcbur edir. Lakin hazırda Ermənistan süni şəkildə oyunda saxlanılır, yəni bəzi ölkələr başda Rusiya, sonra Fransa və nisbətən ABŞ olmaqla Ermənistanın bu prosesdən məğlub kimi çıxmasının qarşısını almağa çalışırlar. Dərinə endikdə bu ölkələrin niyyəti qətiyyən Ermənistan xalqına olan sevgi deyil. Həmin ölkələr Cənubi Qafqazda təsir imkanlarını saxlamaq üçün konfliktin sonlanmasını istəmir, çünki münaqişə bitsə həm Azərbaycana, həm də Ermənistana təsir etmək mümkün olmayacaq. Bu, regionda qalmaq istəyən Rusiyaya və regiona daxil olmağa çalışan ABŞ və Avropaya sərf etmir.”
Tural Abbaslının fikrincə, statusun gələcək nəsillərə saxlanılması fikri olduqca absurddur:
“Məsələni bu gün həll etməsək, gələcək nəsillərə daha ağır formada çata bilər. Bu fikrin səslənməsinin tək səbəbi Azərbaycanın qalib olmasıdır. Azərbaycan sona qədər bu məsələlərin bitdiyini bəyan etməlidir və edir. Prezident İlham Əliyev Vladimir Putinlə görüşdən öncə keçirilən brifinqdə mətbuata verdiyi açıqlamada da qeyd etdi ki, Qarabağ problemi artıq tarixdir və biz bu barədə danışılmasının tərəfdarı deyilik. Bu, status eləcə də Azərbaycanın erməni vətəndaşlarına veriləcək heç bir ayrıcalıqdan söhbət gedə bilməz deməkdir. Çünki Azərbaycanda kifayət qədər etnik millətlər var. Hər birinə ayrı-ayrı status verməklə dövlətçilik ənənəsini pozmaq olmaz. Bu baxımdan Azərbaycan öz mövqeyində möhkəm durur. Nəzərə alsaq ki, beynəlxalq aləmdə də Rusiya, Fransa, ABŞ və s. ölkələrin qarşısında tək deyilik. Türkiyə kimi dünya gücünə çevrilməkdə olan müttəfiqimiz var.”
Partiya sədri həmçinin bildirdi ki, Azərbaycan bu və ya digər məsələləri həll etmək gücünə malikdir:
“Növbəti mərhələdə tələbimiz Zəngəzur olmalıdır. Zəngəzur Azərbaycanın tarixi torpağı olmaqla bərabər Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında əlaqə yaradan, Sovet dönəmində xalqın iradəsi nəzərə alınmadan qoparılan torpaq parçamızdır. Bununla da ədalət yerini tapmalı və ölkəmiz bütövləşməlidir».

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi



25-10-2022, 21:08
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!


“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!

Cəbrayıl rayonunun Qumlaq icra nümayəndəliyinə daxil olan kəndləri bir araya gətirib mikroşəhər salmaq olar. Zəngəzura gedən dəmiryolu xətti üstündə Cəbrayıl rayonu ərazisindəki Qumlaq stansiyasının təməli qoyuldu. Hesab edirəm ki, Qumlaq icra nümayəndəliyinə daxil olan bütün kəndlərin bu əraziyə köçürülməsi və onların bazasında Qumlaq stansiyası əvəzinə XUDAFƏRİN adlı yeni mikroşəhər stansiyasının salınması çox düzgün olardı. Ermənilərin darmadağın etdikləri Xudafərin kəndinin xarabalıqlarını isə gələcək nəsl və turistlər üçün (burada yerləşən Xudafərin körpüləri də daxil) tarixi muzeyə çevirməliyik. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, ərazi əhəmiyyətli turizm komplekslərinin yaradılmasından ötrü əla şəraitə malik olub, tarixi-mədəni və təbiət abidələri ilə zəngindir.

Qeyd etmək lazımdır ki, Qumlaq icra nümayəndəliyinə daxil olan 5 kənd "Xudafərin" SES və "Qız Qalası" hidroqovşağının inşası səbəbi ilə əlaqədar Araz çayının altında qalacaq. Ona görə də həmin kəndlərin başqa əraziyə (təxminən Diridağ silsiləsinin arxa üzünə, Horadiz-Cəbrayıl-Ağalı dəmiryol xəttinin ətrafına) köçürülməsi zərurəti ortaya çıxır.
Fikrimizcə, ərazidə "XUDAFƏRİN" adlı şəhərin salınması, həm sosial-iqtisadi, həm də siyasi baxımdan faydalı ola bilər. Nəzərə alsaq ki, Qumlaq stansiyası həm tarixi Xudafərin körpülərinə yaxındır, həm də digər tərəfdən Şərqi Zəngəzurun (Azərbaycan Respublikasının ərazisi) Qərbi Zəngəzura (hazırda Ermənistan Respublikasının ərazisi) və Güney Azərbaycana (hazırda İran İslam Respublikasının ərazisi) çıxışı ilkin olaraq burdan başlanır. Şərqi Zəngəzurla Qarabağın orta xəttində belə bir şəhərin salınması iqtisadi cəhətdən də çox əlverişlidir. Bu təklif qəbul olunacağı təqdirdə işğaldan azad edilmiş yaxın bölgələrdə bərpa işləri ilə bağlı yeni yaradılacaq çoxsaylı infrastrukturların, sosial obyektlərin inşasında, enerji və kommunikasiya xətlərinin və kənd təsərrüfatı sahəsində aqrosənaye komplekslərinin yaradılması və inkişaf etdirilməsi üçün kifayət qədər məhsuldar qüvvələrə ehtiyac olacaq. Onların müxtəlif çeşidli əmək sahələrinə cəlb olunması, yaşayış yerləri ilə təmin edilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması yeni salınacaq "XUDAFƏRİN" Şəhər-Stansiyasının inkişafına zaman keçdikcə ciddi təsir göstərəcək.

Yuxarıda qeyd edtiyimiz kimi, biz bu inamdayıq ki, ərazinin ekoturizm potensialını da bura əlavə etsək, belə bir şəhərin tikintisi ölkəmizin gələcəyi üçün perspektiv imkanlara yol aça bilər.
Bütün hallarda dövlətimizə bu sahədə apardığı bərpa və quruculuq işlərində uğurlar arzulayırıq!

Sayğılarımla: Yusif DİRİLİ (Mahmudov)
Tarix üzrə fəlsəfə doktoru

5-10-2022, 06:34
CƏBRAYILSIZ YURD HƏSRƏTİM...


VAQİF RÜSTƏMOV

CƏBRAYILSIZ YURD HƏSRƏTİM...
(elegiya)

Müharibə! Müharibə bəşər cəmiyyətinin fəlakətinə çevrilmiş qorxunc kabusdur! İnsanın insan tərəfindən məhvi! Vəhşət doğuran milyonlarla insanın qətliamı! Elindən, obasından didərgin düşmüş, aclıq və səfalətlə üzləşən məhrumiyyətli insanlar. Bütün bunlar insanın insan üzərində tətbiq etdiyi ölüm aktlarıdır!
Bəşər cəmiyyətinin yaranışından dövrümüzə qədər baş verən müharibələr haqqında dəqiq məlumatlar yoxdur. Ancaq onu bilirəm ki, ötən əsrin 30-cu illərində Avropada Hitler faşizminin dünyanı lərzəyə salan vəhşətli ideyası ikinci dünya müharibəsi adı altında 60 milyon insanın ölümünə səbəb olmuşdur. Və bir o qədər də insan yurdsuz, didərgin qalmışdır.
Fəlakətli dünya müharibəsi xalqlar dostluğunu stimul seçən SSRİ dövlətini də öz caynağına almışdır!
Sovet dönəmində tarixdə Böyük Vətən Müharibəsi adı altında xalqların övladlarını zorən bu müharibənin ön və arxa cəbhəsinə sürükləyib səfərbər edilənlər içərisində Azərbaycan məmləkətinin də 650000 nəfər dinc sakini vardı. Amansız müharibədə döyüşən həmyerlilərimizin əksəri həlak olmuş və digərləri şikəst vəziyyətdə tərxis olunub evlərinə qayıtmışlar. Və böyük bir isminin isə namə-lum adı altında tarixdən silindiyini heç vaxt unutmaq olmaz!..
Müharibə sovet ittifaqının varlığına son qoymaq iddiası ilə başlanılmışdır. Ölüm saçan döyüşlərə cəlb edilmiş Azərbaycan güclü dövlət, cəsur xalq kimi tarixdə öz imzasını atmış, qəhramanlıq səlnaməsi yazmışdır. Yeraltı, yerüstü resrusları və uşaqdan-böyüyə hamılıqla cəbhəni təmin edən bu qədim diyarın əhalisinin müharibənin taleyində xidmətləri danılmazdır. Əfsuslar olsun ki, Azərbaycanın paytaxtı Bakı şəhəri bu günədək hələ də qəhraman şəhər statusunu almamışdır.
Dünya tarixşünaslığında müharibədə qələbə əzminin meyarı sayılan Azərbaycan dövlətinin ön və arxa cəbhədə iştirakı xüsusi qeyd edilir. Müharibənin ik illərində döyüşə göndərilən həmyerlilərimiz başdan-başa silahlanmış güclü faşist ordusu ilə üzləşməli olmuşlar. Faşist hərbi strategiyasının güclü qüvvələrinin qurbanına çevrilmiş yüz minlərlə sovet əsgəri ilk aylarda da təslim edilərək alman əsir düşərgələrinə göndə- rilirdi.
Əsirlər içərisində sovet məkanından olan müxtəlif xalqların nümayəndələri yaxşı bilirdilər ki, geriyə yol, qayıdış yoxdur! Geriyə qayıdanlar ya Sibir meşələrinin katorqalarında əzablı işgəncələrə məruz qalıb məv ediləcək, ya da vətən xaini damğası vurulub amansızlıqla güllələnəcəklər.
Əsir düşərgələrində milyonlardan biri kimi əzablı işgəncələrlə üzləşən gənc zabit, əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan İsmayılov Səxavət Abı oğlu da belə bir fəlakətin gözləntisini yaxşı bilirdi...!
Unutmayaq! Unudulmayaq!
Acı taleyi ilə hər zaman barışan Səxavət bəy, məhrumiyyətli anlarda da dözüm, səbir, təmkin nümayiş etdirib əsirlikdən tezliklə xilas olmaq haqqında düşünürdü. Hər an ötən günlərin acılı-ağrılı xatirələrini yada salan qəhramanımız doğma
yurdunda, Daşkəsən kəndində bolşevizmin tüğyan etdiyi repressiv qaydaları, qondarma kolxoz quruculuğunun acı fəsadlarını və heç bir günahı olmadan həbs edilən neçə-neçə repressiya qurbanlarının taleyini yada salır qəlbən acıyırdı.
Uşaqlıq illərindən müəllim olmaq arzusu ilə Daşkəsən kəndində 7 illik təhsil alan, sonra Cəbrayıl rayonunda Maksim Qorki adına orta məktəbdə davam etdirib əla qiymətlərlə qurtaran Səxavət Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin məzunu olur. O, ali təhsil aldıqdan sonra təyinatla Cəbrayıl rayonuna göndərilir və oxuduğu məktəbdə öz ixtisası üzrə müəllim işləyir. Çox keçmir ki, müəllim kollektivinin göstərdiyi etimadını doğruldaraq işlədiyi məktəbin direktoru kimi fəaliyyətini davam etdirir.
İkinci dünya müharibəsi illərində alman - faşist ordusunun SSRİ məkanına hücumu ilə yerlərdə cəbhəyə kütləvi səfər- bərlik başlanır. Ağır günlərdə Azərbaycanın bütün bölgələrində, eləcə də Cəbrayıl rayonunda, o cümlədən Maksim Qorki adına orta məktəbdə də kişi müəllimləri cəbhəyə çağrılır. Səxavət müəllim səfərbərlikdən müvəqqəti azad olsa da (bronlu mütəxəsis kimi), müəllim yoldaşlarının elliklə cəbhəyə göndərilmə-sindən narahat hisslər keçirir. Və hərbi komissarlığa gedib ön cəbhəyə, döyüşə göndərilməsini tələb edir. Nəhayət onun tələbləri qəbul edilir, könüllü surətdə cəbhə-yə yollanır.
Cəbhə yollarında...
Gürcüstanda yüksək çinli zabit heyətində hərbi təlim keçib Rusiyada, Ukrayinada sovet qoşun bölməsində döyüşən Səxavət İsmayılovun xidmət etdiyi hərbi hissə alman ordusu tərəfindən mühasirəyə alınır, bütün heyət əsir düşür. Əsir düşərgələrində işgəncə, ağır fiziki işlər, aclıqla üzləşən Səxavət müəllim zabit kimi əsir yoldaşları ilə birlikdə qurtulmaq üçün yollar arayır, planlı şəkildə əməliyyat hazırlayaraq gizli təşkilatlanmada fəaliyyət göstərir. Böyük bir dəstə ilə, xüsusən də azərbaycanlılardan ibarət əsirlərlə birlikdə düşərgədən qaçmağa nail olur. Avropanın bir çox dövlətlərində - Rumıniya, Çexoslova- kiya, İsveç, Norveç və başqa ölkələrdə ağır, fiziki işlərlə məşqul olur.
Səxavətin ən böyük istəyi qardaş Türkiyə dövlətinə keçmək idi. O yaxşı bilirdi
ki, geriyə, vətənə yolu bağlıdır. Geri qayıdarsa, xalq düşməni kimi dərhal güllələnəcək, ya da həbs edilib Sibir meşələrində sürgünə göndərilib məhv ediləcəkdir. Sözsüz ki, Avropa ölkələrindən fərqli olaraq sovetlər ölkəsi əsir düşənləri qəbul etmirdi. Və bir gün Səxavətin Türkiyəyə keçmək istəyi həqiqətə çevrilir. O, əsir yoldaşları ilə Türkiyəyə gəlir, iş adamı kimi qısa zaman kəsiyində fəaliyyət göstərir. Səxavət bəy o dövrün tələblərinə uyğun olaraq ismini dəyişib Hasan İsmayıllı adı ilə tanınır. Eyni zamanda yoldaşlarının inamı və etibarı sayəsində Türkiyədə Dostluq və Kultur Mərkəzini təsis edib fəaliyyətə başlayır...

Azərbaycanın elm, incəsənət xadimlərinin Türkiyə səfərləri
Azərbaycan SSR-dən Türkiyəyə ezam olunan elm, incəsənət, ictimai xadimləri ilə Dostluq və Kultur Mərkəzində görüş təşkil edilir. Nümayəndələr Hasan bəy İsmayıllı (Səxavət İsmayılov) və mərkəzin üzvləri tərəfindən rəğbətlə qarşılanır, lazımı xidmət- lər göstərilir...
Müharibədən bir gün öncə ailəsi ilə Türkiyəyə köçmüş azərbaycanlı qadın Həmidə xanım bir neçə günlüyə vətənə qonaq gedəcəyini Səxavət bəyə bildirir. Həmidə xanım əslən Şəkidən (Nuxa) idi. Azərbaycanın Xalq Artisti Məmməd Rza Şeyxzamanovun bacısıydı. Həmidə xanım- dan eşitdiyi bu sözdən qəhərlənən Səxavət bəy gözləri yol çəkirmiş kimi susur, sevincini gizlətmədən yaxşı yol arzu edir. Həmidə xanım Bakı səfərində Səxavət bəyin yaxınlarını arayıb tapır. Onun Hasan bəy kimi sağ olduğunu, yaşadığını deyir və telefon nömrəsini yaxınlarına verir.
Bakıdan gələn üçüncü gecənin zəngi...
Gecədən xeyli keçmiş aramsız çalınan telefon zənginə hövlnak yuxudan oyanan Səxavət bəy dəstəyi götürür. Xəttə qadının amiranə səsini eşidib çaşqınlıq içərisində susur. Qadının: - “Bakıya cavab verin” - xəbərini eşidən Səxavət bəy həyacanlı halda susur və qorxudan səsini çıxarmır. Bu zəng ikinci gün yenidən gecə yarısı təkrar olunur. Telefonda kövrək və hayqırtılı bir qadının səsi kəsilmək bilmirdi. Səsi tanıyan Səxavət bəy yerində donub qalır, səsini çıxara bilmir, boğazı sanki tıxaclanır. Cavab verməyə taqəti qalmır. Çıxılmaz vəziyyətə düşən Səxavət bir anlıq güman edir ki, bəlkə də bu ona qarşı düşünülmüş tələ ola bilər. Və nəhayət üçüncü gecə də telefonun aramsız zəngi hamını yuxudan oyadır. Telefon dəstəyini dərhal götürən Səxavət bəy özündə güc toplayıb hıçqırtı ilə “alo” deyə bilir. Gözlərindən axan göz yaşlarını saxlaya bilməyib qəhərdən boğulan Səxavət bəy, - dəstəyi oğlum Şamilə verin, - deyir. Bir qədər özünü ələ alan Səxavət bəy uzun ayrılıqdan sonra həsrətində olduğu el-obası, ömür gün yoldaşı, qohumlarının ətrini alırmış kimi hönkürtü ilə ağlayır. Xəttin hər iki tərəfində sevincdən tökülən həsrətli göz yaşlarının müjdəli parıltısı aydın sezilirdi. Bir azdan qısa söhbəti sona çatdıran Səxavət bəy tam əminliklə, - tezliklə görüşərik! - deyib dəstəyi qapadı...
Həsrətin sonu varmış!
Dostluq və Kultur Mərkəzinin üzvləri Azərbaycandan gələn məşhur cərrah, professor İbrahim Topçubaşovu qarşılamağa hazırlaşırdı. Elmi simpoziumlarda, xəstəxa-nalarda görüş keçirən professoru Səxavət bəy müşayiət edirdi. Bir gün minnətdarlığını bildirən professor razılıqla Səxavət bəydən arzu və istəyini soruşdu. Səxavət bəy, - professor, çox istəyirəm ki, Bakıya, vətənə gedib kəndimi, ailəmi, yaxınlarımı, qohumlarımı görüb ziyarət edim, - söylədi. Professor, - Səxavət bəy, bu elə də çətin məsələ deyil. Narahat olmayın. Bu məsələ ilə bağlı mən özüm məşğul olacam. Yaxşı olar ki, siz vətənə, yola çıxmağa hazırlaşın, - deyə əminliklə Səxavət bəyə eşitdirdi...
Vətənə sarı...
Maşın karvanı uzun səfərdən sonra Bakıya yetişdi. Öncə professor İbrahim Topçubaşov və Flora xanım Kərimova müsafiri - Səxavət bəyi ciddi nəzarət altında qonaq evndə yerləşdirdilər.
Professor arxayınlıqla, - heç nədən çəkinmədən özünüzü tam sərbəst hiss ediın və tezliklə istəkləriniz həyata keçəcəkdir, - deyəndə Səxavət bəyin sevinci yerə-göyə sığmırdı...
Qısa zaman kəsiyində doğmaları və övladları ilə görüşüb rahat olan Səxavət bəyin ətrafında böyük qələbəlik yaranmışdı. Sevimli dayısı Murad müəllim, Savalan kişi, tanınmış alim Oruc Qüdrətov və onlarla əzizləri Səxavət bəyin ziyarətinə gəlib göz aydınlığı veriridilər. Respublikanın tanınmış, məşhur ictimai xadimlərinin ardı-arası kəsilmədən Səxavət bəyin görüşünə gəlməsi fərəhli hal kimi hamını sevndirirdi. Daim onu müşayyət edən professor İbrahim Topçubaşov, Xalq şairi Süleyman Rüstəm, bəstəkarlar Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, İslam Rzayev, Zaur Rzayev və tanınmış məşhurların ziyafətlərində, tədbirlərində iştirak edən Səxavət bəydə xoş təəsürat yaranmışdı...

“Əsli və Kərəm” tamaşası
Növbəti tədbirlərin birində Mayestro Niyazi və xanımı Həcər xanım öz evlərində Səxavət bəyin şərəfinə verilən ziyafət zamanı, Mayestro Niyazi, - Səxavət bəy ziyafətdən sonra hamılıqla opera teatrında “Əsli və Kərəm” operasının tamaşasına baxmağa gedəcəyik. Hazırlaşın. Əsli rolunu Zeynəb Xanlarova ifa edəcəkdir, - deyə eşitdirdi.
Ziyafətdə iştirak edənlər hamılıqla teatrda xüsusi ayrılmış lojada tamaşanı maraqla izlədilər. Fasilədə Zeynəb xanım lojaya qalxıb bir daha hədsiz rəğbət bəslədiyi
Səxavət bəyi bərk-bərk qucaqlayaraq onunla mehribancasına görüşüb söhbət edərək evinə qonaq dəvət etdi...

Həsrət dolu nisgilin sonu.
Uzun ayrılıqdan sonra vətənə qısa müddətə təşrif buyuran Səxavət bəyi Türkiyəyə yola salmağa gələn insan selinin ardı-arası kəsilmirdi. Üzlərində təbəssüm, gözlərində sevincdən doğan göz yaşları görünən insanlarla bir-bir görüşən Səxavət bəy, - sağ olun. Zəhmətinizi halal edin, - deyə kövrəkliklə onlara cavab verirdi. Həyatında ən çox hörmət bəslədiyi, iki əsrin nümayəndəsi, iri cüssəli Savalan baba Səxavət bəyi qucaqlayıb, - görürsən də, bütün el-oba səninin ziyarətinə gəlib, - deyəndə Səxavət bəy kövrəlmişdi. Səxavət bəyə yaxınlaşan professor İbrahim Topçubaşov onu bağrına basıb bərk-bərk qucaqlayaraq, - qardaşım, vətənimizdən - vətətənimizə salamlar aparın, - dedi.
Bir azdan avtobus yola düşdü... Yola salmağa gələnlərin göz yaşlarının parıltısı sevinc dolu çöhrələri islatmışdı. Həsrət dolu ayrılıq illəri arxada qalsa da, “sağ-salamat get, yaxşı yol” arzulayanlar intizarla irəliyə şütüyən avtobusa əl edirdilər...
4-10-2022, 18:42
Görünməyən qəhrəmanla görüş

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.


Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib. Bildirib ki, Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədərin xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondda 15000 eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası iki zalda tərtib olunub.
Birinci mərtəbənin ekspozisiya zalında yaradılmış Heydər Əliyev guşəsində Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunub. İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, əmək qabaqcılları və s. haqqında məlumatlar, əşyalar yerləşdirilib. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və Sumqayıt şəhidləri əsərləri əks olunub.


Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron -Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıtın Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib.
Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi. Qarabağın yeni növrağı başlandı.
Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Sonra Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə bir çox şəhər və kəndlərimizi döyüşə-döyüşə azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun beli isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq.

Döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Məktəblilər muzeyin bütün guşəsini gəzdikdən, ayrı-ayrı bölmələr barədə ətraflı məlumat aldıqdan sonra muzeyin əməkdaşları və layihə iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti
30-09-2022, 07:56

"Nur ocağı" Süleyman Sultansəncərin şeirlərini təqdim edir:
"Nur ocağı" Süleyman Sultansəncərin şeirlərini təqdim edir:


Şəhidim
Vətən qorumağa cəbhəyə getdin,
Bu Vətən,bu torpaq mənimdi dedin,
Atilan gúlləyə, sinəni verdin.
Qızı qan içində yatan Şəhidim!

Yağı gûlləsindən dônmədin gerì,
Əlində qumbara getdin irəli,
Bir an seyr etdin sonsuz gôyləri.
Qızıl qan ıçındə yatan Şəhidim!

Sipər etdin hər gûlləyə sinəni,
Ana bildin doğma olan Vətəni,
Sən qorudun lazım olan cəbhəni,
Qızıl qan içində yatan Şəhidim!

Sultansəncər qəm, gədərlə ağlayır
Ah-naləsi sinələri dağlayır,
Gecə-gúndû sizlərə yas saxlayır.
Qızıl qan içində yatan Şəhidim!

Türk xalqını birləşdirək!
Üz sürtərək daşımıza,
Məqsəd qoyaq qarşımıza,
Çarə qılaq başımıza
Turk xalqını birləşdirək!

Biz qoruyaq mûsəlmani,
Qoy tôkûlsûn dûşmən qanı,
Təmizləyək bu cahanı.
Túrk xalqını birləşdirək!

Bayrağimiz dalğalansın,
Yurdumda tonqal qalansın ,
Yağı dûşmən noxtalansın.
Tûrk xalqını birləşdirək!

ALLAH sevən ordumuz var,
Həccə gedən yolumuz var,
Qılınc vuran qolumuz var.
Tûrk xalqını birləşdirək!

Səngər edək bu dağları,
Parçalayaq yağıları,
Yerə sərək dığaları.
Tûrk xalqını birləşdirək!

Tûrk Dûnyası qoy ayılsın,
Yer ûzûnə səs yayılsın,
Bayrağımız dalğalanşın.
Tûrk xalqını, birləşdirək!

Düz demişdi Kamal Paşa,
Həm dostlara, həm qardaşa,
Dünyanı gəz, azad yaşa.
Türk xalqını birləşdirək!

Ümüdümüz Türkiyədir,
Türklər üçün şəbəkədir
Haqqı deyən bir ölkədir.
Türk xalqını birləşdirək!

Bütün dünya azad olsun,
Ürəklərdə fərəh dolsun,
Süleyman, düşmənin ölsün,
Tûrk xalqını birləşdirək!

Ana ahı
Yandırdı qəlbimi bir ana ahı,
Pənah bildi göydə uca ALLAHI,
Dedi, - bu balamın nəydi gûnahı?
Çiçəyi burnunda haqqa qovuşdu.

Yaman dəyişibdir, Allah, halımız,
Şəhid qarşılayır,hər an Xalqımız,
Oda düşüb yanır yaman canımız.
Bizim başımıza gələn nə işdi?

Yatmadıq, gecələr nazını cəkdik,
Məşəqqətə düşdük, zülmlər əkdik,
Yenicə "Allaha şükürlər" - dedik.
Qara xəbər gəldi, bağrımız bişdi.

Nə vaxt qurtaracq bu qanlı dava,
Haçan kəsiləcək barıtlı hava,
İlahi, şadlansın bu el, bu oba,
Vallah, ah-nalələr qəlbimi deşdi.

Bilibdir
Oxu, şikəstəni,oxu, a qardaş,
Dağlarda gül açsın hər qaya, hər daş,
Ìsa bulağında , quranda bardaş.
Deyərik Vətənim geri dönübdür.

İçək, Laçınımın buz bulağından,
Yeyək Əriməzin bal-qaymağından,
Baxaq Qaragôlû, Ìşıqlı dağdan.
Sanarıq göylərdən şəfəq enibdir.

Zövq alaq,Qarabağ, Mildən, Muğandan,
Pəri çınqılından, Lülpər dağından,
Bizim aşıb-daşan, Arpa çayindan,
Çalxanan ləpələr üzə gülübdür.

Mərd oğullar aldı, səni yağıdan,
Vətən, sinən dolub yağan ağıdan,
Sultansəncər, ölsün yurdum dağıdan,
Çəkdiyim həsrəti Allah görübdür.
Gedək
Biz hardan biləydik, qardı yolumuz,
Sınıb ayağımız, donub qolumuz,
Soyuqdan,şaxtadan solub gülümüz,
Şaxtalı dağlara biz necə gedək?

Yarali qar altda qalıb, inləyir,
Güclə ana deyir,ana səsləyir,
Ölüm göz ağardıb"səsin kəs"-deyir,
Ölümsüz çağlara biz necə gedək?

Süleymanin töküb yara sinəsi,
Məzarlardan başqa,yoxdu kimsəsi
Düşmənlərdə qalıb, cənnət guşəsi,
Səfalı bağlara biz necə gedək?

Şìrin õz yolu
Aslanlar qocalsın, şir qocalmasın,
Aslanın õöz yeri,şirin öz yeri,
Meşələr heç zaman şirsiz olmasın.
Aslanın öz yeri, şìrin öz yeri.

Şìrdi meşələrə ağalıq edən,
Bôyûk təhlûkənin üstûnə gedən,
Düşməni ovlayıb ətini didən,
Aslanın oz yeri,şırin õz yeri.

Meşədə gələrsə Aslan nəhrəsi,
Batır heyvanların o saat səsi,
Bu Aləm məst edir bil ki, hər kəsi,
Asıanın õz yeri,şirin õz yeri.

Sûleyman, gör burda nələr görürsən,
Təbiət qoynunda dövran sürürsən,
Qardaş, yaşadıqca sən də bilirsən,
Aslanın õz yeri, şirin õz yeri.

Yuxu
Kəhər atı minib yaylağa qalxdım,
Yerlə yeksan olmuş kəndlərə baxdım,
Əriməz dağında qala ucaltdım.
Sən demə bir şirin yuxu görürmüşəm.

Qaragöldə düşüb,atı suladım,
Daşın öpdüm,torpağını yaladım,
Ìşıqlı dağında tonqal qaladım,
Sən demə bir şirin yuxu görürmüşəm.

Findiqlidan Gõöy bulağa hərləndim,
Baxıb yurd yerinə yaman kövrəldim,
At otladı,qəm kədərlə əyləndim.
Sən demə bir şirin yuxu görürmüşəm.

Həkəri çayından qaçaraq keçdim,
Sərin bulaqların suyundan içdim,
Dəryazı götürüb,otundan biçdim,
Sən demə bir şirin yuxu görürmüşəm.

Kənardan Laçının havasın aldım,
Oturub daş üstə xəyala daldım,
Dağıldı dağ, dərə od tutdum yandım.
Sən demə bir şirin yuxu görürmüşəm.

Laçına bənzəyən bir şəhər gördüm,
Kəhəri çevirib, arxaya döndüm,
Tapmadım Laçını mən şamtək söndüm.
Sən demə bir şirin yuxu görürmüşəm.

Süleyman olaydı çin bu yuxun kaş,
Gələydi yanına yad qohum, qardaş.
Oturub Lülpərdə quraydın bardaş.
Sən demə bir şirin yuxu görmüşəm
Nə yatıb nə yuxu mən görəydim kaş.

LAÇIN HƏSRƏTI
Zirvəsində daş olaydım,
Səmasında quş olaydım,
Yaylasında kaş olaydım,
Laçınımin dağlarında!

Gôy bulaqdan su ìçəydim,
Fındıqlıda ot biçəydim,
Qara gõldə yer seçəydim
Laçınımın dağlarında!

Gava enib qoz çırpaydım,
Qalacığa,siçiriyaydım,
Əriməzə yol açaydım.
Laçınımın dağlarında!

Qara gôldən su çəkəydim,
Zəmilərə çiliyəydim,
Qırx bulaqda dincələydim.
Laçınımın dağlarında!

Sultansəncər mərd olacaq,
Erməniyə od qoyacaq,
Yəhərləyib at çapacaq.
Laçınımın dağlarında!

Dünya
Kim bilir başına nələr gələcək,
Bəxtin ağlayacaq,yoxsa gûləcək,
Tanrı fərmanıdı hamı őləcək.
Çox karvanlar yola salacaq, dünya!

Ölüm qəfil gələn ömrə qonaxdı,
Görünmür zamanı bilinmir vaxtı,
Şahların altından alacaq taxdı,
Qurdla qiyamətə qalacaq, dünya.

Çıxan qan damarda durmaz bil onu,
Geydirib hərəyə bir fəndlə donu,
Süleyman, gələcək günlərin sonu,
Səndən də heyfini alacaq, dünya.

ƏMİMOĞLU
Dəmir bilək qurd ürəkli cəngavər
Rüstəm Zal misallı xan , əmimoğu.
Sinəsini sipər edən qoşuna,
Ay canımdan gedən can, əmimoğlu.

Nə deyim fələyə çərxi-zamana,
Yeyib içdiyimiz of döndü qana,
Yandı qohum-qardaş kül oldu ana,
Axdı gözlərimdən qan, əmimoğlu.

Sənsən Süleymanın özü, a Mehman,
Söndürmə ocaqda közü, a Mehman,
Gəl yalqız buraxma bizi, a Mehman,
Bax mənim halıma yan əmimoğlu
Eylə zülmətimi dan, əmimöğlu.

Salamlar olsun
Ordumuz önündə lal olub susur,
Titrəyir erməni irin -qan qusur,
Qısıb quyruğunu,tülkü tək pusur,
Şanlı Ordumuza salamlar olsun.

İlham dəmir yumruq çaxdı başına,
Ağır zərbə dəydi təməl daşına,
Acı zəhər qatdı yağlı aşına,
Şanlı Ordumuza salamlar olsun!

İgidlər yağını dirədi dağa,
Yerini göstərdi, qanmaz, axmağa,
Əbədi dərs verdi siz tək alçağa,
Şanlı Ordumuza salamlar olsun!

Süleyman, Laçındı Vətənin sənin,
Ürəkdən silinsin, qalmasın qəmin,
Xoş gəlsin dövranın, şad olsun dəmin,
Şanlı Ordumuza salamlar olsun!
Ulu Azərbaycan bəxtiyar olsun!

8-09-2022, 22:45
Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır


Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır

Salam hər kəsə sizlərə qısa məzmunda məlumat yazacam . İlk öncə onu deyim ki atam Quliyev Azad Novruz oğlu Qafanın Gərd kəndindəndir və illərlə Qafan şəhərində yaşayıb , anam rəhmətlik Vəliyeva Sürəyya Heydər qızı Qafanın Şabadin kəndindəndir o da ailəsi ilə xeyli müddət Qafan şəhərində yaşamışdır. Mən Quliyev Kamil Azad oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Sizə birbaşa bu paylaşdığım ZƏNGƏZUR loqosu haqda məlumat verəcəm. 1996-cı ildən Karate idman növü ilə məşğulam hal hazırda Milli komandanın idmançısı və ZƏNGƏZUR İDMAN MƏRKƏZİ - nin rəhbəriyəm. Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır;

Qaf (Qaf dağı) an isə (zirvəsində simurq quşu və ya qartal) 2015-ci ildən məşqçilik edirəm tələbələrim bir sıra beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmişdir. 2017 ci ildə Milli Karate Federasiyası KG FİGHT CLUB olaraq fəaliyyətə davam etdik bu yaxınlarda isə bütün idman növləri üzrə fəaliyyət göstərmək məqsədi və Qərbi Zəngəzuru, Qafanı bütün dünyada təmsil etmək və tanıtmaq məqsədi ilə rəsmi olaraq ZƏNGƏZUR İDMAN MƏRKƏZİNİ yaratdım. Hal hazırda Yasamal və Bakıxanovda filiallarımız fəaliyyət göstərir
7-09-2022, 19:06
Şərqi Zəngəzur üçün 2 milyon manat ayrılıb


Şərqi Zəngəzur üçün 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!