Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                        Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ .....                       
Tarix : 12-12-2018, 17:52
21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı

1945-ci ilin dekabrın 12-də , günəş təqvimi ilə 1324-cü ilin azər ayının 21-də Vətənimizin Güneyində Azərbaycan Milli Hökuməti quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bəs 21 Azər haqda, ömrü bir ili aşmayan Milli hökumətimiz haqda toplum nə qədər məlumatlıdır? Həmin tarixdə baş verənlərə hansı prizmadan qiymət verilməsi obyektiv olar?
Ümumiyyətlə tarixə , tarixin yaranması ilə bağlı iki önəmli fikir sahibləri mövcuddur; tarixi təbii hadisə kimi dəyərləndirənlər, bir də tarixi insanların öz istək və iradələri əsasında onların həyatında mühüm dəyişikliklərə səbəb olan olay kimi dəyərləndirənlər. Vaxtilə Niçşe də “ tarix xeyir və ziyanların məcmusundan ibarətdir” deyərdi. Biz də 21 Azər olaylarına elə məhz bu aspektdən yanaşmağa çalışaq. 73 il öncə baş verənləri millətimiz üçün mühüm dəyişikliklərə səbəb olması , eləcə də xeyir və ziyanları baxımından dəyərləndirməyə çalışaq.
1945-ci ildə Təbrizdə Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü ilə qurulmuş Milli Hökumətlə bağlı opponentlərin bu gün də ortaya qoyduğu əsas arqument bu proseslərin bilavasitə Moskvadan idarə olunmasıdır. Yəqin kimsə etiraz etməz ki, 1945-ci ildə İkinci Dünya savaşının qalibi olan Sovet İttifaqının vaxtilə Almaniya ilə müttəfiqlik edən Pəhləvilərə qarşı İrandakı solçu qüvvələrin aktivləşməsində xüsusi rolu olub. Buna da şübhə yoxdur ki, Milli hökumət də məhz 1945-ci ildəki ictimai siyasi proseslərin sonucu olaraq ortaya çıxdı. Milli hökumətin solçu mahiyyətini isə kimsə inkar edə bilməz. Hətta 21 Azərin süqutunun 1946-cı ildə Sovet qoşunlarının İran ərazisindən çıxması ilə əlaqələndirənlərin də məntiqinə hörmətlə yanaşmaq olar. Amma sonucda bu faktın özü də sovetlərin millətimizə, eləcə də öz müttəfiqlərinə növbəti xəyanəti kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Milli hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdı. Bu haqda amerikalı araşdırmaçı Con Furon yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hpkumət bir il ərzində gerçəkləşdirmişdi. İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, Milli ordunun yaradılması, torpaq islahatının həyata keçiilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikalarının yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair kimi fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı. Mən diqqəti özəlliklə ana dilində məktəblərin yaradılması məsələsinə çəkmək istərdim.
Bu gün İran coğrafiyasında 35 milyondan artıq Azərbaycan türkünün əsas mübarizəsi Ana dilimizlə bağlı deyilmi?! Bu gün Güneyli soydaşlarımızın şovinizmə qarşı əsas şüarı “Türk dilində mədtəsə, olmalıdır hər kəsə” deyilmi? Elə isə gəlin yeddi onillik bundan öncə Vətənimizin güneyində bizə bu qüruru yaşadan Pişəvərilər, Firidun İbrahimilər, Kavyanlar, Biriyalar, Qulam Yahyalar, Cavidlərin millət qarşısındakı xidmətlərini də bu prizmadan dəyərləndirək. Güneyimizdə 1000 il şahlıq taxtında oturmasına baxmayaraq öz dilinə biganə yanaşan şahlarımızın belə gerçəkləşdirmək istəmədiyi Ana dilimizin dövlət dili statusu qazanması da məhz 21 Azərin sonucu idi. Bu gün 21 Azər Hərəkatının mahiyyətinə obyektivlikdən uzaq, yalnız öz pəncərəsindən baxanlar bunu da unudurlar ki, 21 Azər Güney Azərbaycan dövlətçilik ənənəsinə cumhuriyyət tipli dövlət formasını da ərməğan etmişdir. Belə ki, bu ənənəni 1918-ci ildə Vətənin quzeyində qurulan Cumhuriyyətin davamı kimi də dəyərləndirmək olar. Digər tərəfdən “21 Azər” bu gün Güney Azərbaycandakı milli azadlıq mübarizəsinə presedent kimi dövlət forması modeli təqdim etmişdir. Bu gün Güneydə milli haqları üçün mübarizə aparanların bir də 21 Azər Hərəkatına, onun məram və amallarına üz tutması 73 il öncə millət adına görülən işlərin bihudə olmadığının göstəricisidir. 21 Azər hərəkatı həm də bizim qan yaddaşımızdır.
72 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 7 onillik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır. 26 Azərdə (17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. O kitabların yeganə günahı isə yalnız Ana dilimizdə olduğu üçün idi. Pəhləvi qoşunları həmin günlərdə millətimizə qarşı gerçək bir etnosit həyata keçirdilər. Düşünürəm ki, tək bu acı olay 21 Azər hərəkatının gerçək mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Çünki Güneydəki soydaşlarımız bütün tarix boyunca cəmi bircə il öz ana dilində oxuyub yazma fürsətini həmin il qazanmışdılar. Cəmi bircə il və həmin il...




Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!