Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 17-08-2017, 12:36
Qərbi Azərbaycanda qızıl mədəninin bağlanması 120 fəhləni işsiz qoyub


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Qərbi Azərbaycanın Tinatəpə məntəqəsində yerləşən Zərşuran (Zrehşuran) Qızıl Mədəninin bağlanması ilə mədəndə işləyən 120 fəhlə işsiz qalıb.

Mədən təxminən 1 ay öncə bağlanılıb, onun 5 aydır əmək haqqı almayan 120 fəhləsi işsiz qalıb.

“İlna” xəbər agentliyi bildirib ki, “İmidru” Şirkətinin nəzarətində olan Zərşuran mədəninin fəaliyyəti ilə bağlı Tikantəpə Şəhsəvarının mədən yollarını genişləndirən şirkət məsuliyyət daşıyır.

“Mədəndə çalışanların 51 faizi yerli əhali, 40 faizi isə ətraf kəndlərin sakinləridir. Qalan texniki və mütəxəssis qüvvələr yerli olmayan insanlardır”, - deyə xəbər agentliyi yaydığı məlumatda bildirib.

Fəhlələrin açıqlamasına görə, - “Zərşuran mədəninin bağlanması bir tərəfə, bu mədənin yaxınlığında dövlətin nəzarətində olan qızıl istehsalı fabrikinin də gələcək taleyi sual altındadır. Həmin sənaye müəssisəsinin işçiləri də işsiz qalacaqlarından nigarandılar.”

Qərbi Azərbaycan Kooperasiya, Əmək və İctimai Rifah İdarəsindən “İlna” xəbər agentliyinə bildirilib ki, “Zərşuran mədəni fəhlələrinin problemini diqqətdə saxlayırıq. Bu mədən, podratçının (peymankar) öhdəliyini yerinə yetirmədiyi və sahibkarın haqqını ödəmədiyi üçün, əsas sahibkar tərəfindən bağlı elan olunub.”

Qərbi Azərbaycanda qızıl mədəninin bağlanması 120 fəhləni işsiz qoyub


Əhalisinin çoxu yoxsulluq içərisində yaşayan Güney Azərbaycanın müxtəlif bölgələrində təbii sərvətlər və böyük mədənlər mövcuddur. Yaxın Şərqin ən böyük qızıl yataqları olan Zərşuran və Ağ-dərə mədənləri Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşir. Bölgədə həmçinin 80-dan çox qiymətli daşlarla zəngin olan mədənlər mövcuddur. Bütün bunlara baxmayaraq, Tikantəpə bölgəsi Güney Azərbaycanın digər bölgələri kimi ölkə üzrə ən yoxsul məntəqələrdən biridir. Mədən məhsulları xammal kimi İsfahan, Kirman, Yəzd və Tehran şəhərlərinə aparıldığı üçün bölgə əhalisinə heç bir qazanc gətirmir.

Zərşuran Qızıl Mədənində 2014-cü ilin payız aylarında qızıl istehsalına başlanılıb. Prezident müavini Cahangiri və Sənaye naziri Məhəmmədrza Nemətzadənin iştirakı ilə keçirilən açılış mərasimində mədəndə ilk olaraq ildə 3 ton qızılın istehsal olunacağı bildirilib. Həmin mərasimdə Mədənlərinin İnkişafı Təşkilatının rəisi Mehdi Kərbasiyan mədənin qızıl ehtiyatları barədə olduqca önəmli məlumat verib. “İlkin proqnozlara görə, mədəndə qızıl ehtiyatlarının 55 ton olduğu ehtimal edilirdi, lakin sonralar bu rəqəmin 110 ton olduğu elan olundu”, - deyə o, bəyan etmişdir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!