Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 7-09-2017, 15:21
 Azərbaycanlı millət vəkili: "Hökumət “Təbriz 2018” üçün heç bir addım atmır"


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur. Buna səbəb hökumətin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır.

Mövzu ilə bağlı “Fars” xəbər agentliyinə danışan Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar “Təbriz 2018”lə bağlı vəziyyətin məyusedici olduğunu deyib.

“Aprelin 26-da yüksək dövlət orqanlarının birgə balansında olan büdcə vəsaitinin 10 faizinin “Təbriz 2018”ə ayrılacağı ilə bağlı qəbul olunub. Qərara əsasən, vəsait “Təbriz 2018” Komitəsinə təhvil verilməli idi, lakin 2018-ci ilə təxminən 3 ay qalmasına baxmayaraq bu günə qədər hətta bir rial belə pul ödənilməyib. Vurğulamaq lazımdır ki, ümumiyyətlə gələn il üçün Təbriz naminə heç bir iş görülməyib”, - deyə bildirib.

Millət vəkili bəyan edib ki, - “Təbriz 2018” üçün xüsusi komitə yaradılıb, komitənin katibliyi Turizm və Mədəni İrs Təşkilatının nəzdində fəaliyyət göstərir. Bir çox yüksək dövlət orqanları, o cümlədən bəzi nazirliklər “Təbriz 2018” Komitəsinə üzvdür.”

“Komitəyə üzv olan nazirliklərdən bu günə qədər yalnız Gənclər və İdman Nazirliyi öz proqramlarını təqdim edib, qalan nazirliklərdən isə heç bir xəbər yoxdur. 2018-ci ilə çox az bir müddət qalır, bu müddətdə müxtəlif proqramlar təqdim olunub büdcə vəsaiti ayrılmasa, o zaman Təbrizdə heç bir yeni hadisə baş verməyəcək”- deyə millət vəkili bəyan edib.

Ş.Bimiqdar sözlərinin sonunda deyib: “İranın heç bir səfirliyində “Təbriz 2018”lə bağlı təbliğat aparılmır. Halbuki, bugünkü dünya təbliğat və irtibatlar dünyasıdır. Təbrizi tanıtdırmaq və Şərqi Azərbaycana turist cəlb etmək üçün bu istiqamətdə geniş təbliğat işləri aparılmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!