Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
23-12-2022, 17:59
Şəbistərdə Məhəmməd Tağı Zehtabinin anım mərasimi keçirilib

Şəbistərdə Məhəmməd Tağı Zehtabinin anım mərasimi keçirilib

Dekabrın 22-də bir qrup mədəni fəal Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərində tarixşi alim professor Məhəmməd Tağı Zehtabinin məzarını ziyarət ediblər. Aralarında tanınmış alim, sənət adamları, milli fəallar və ziyalıların olduğu ziyarətçilər Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Tehran və Kərəc şəhərlərindən alimin xatirəsini anmaq üçün Şəbistər şəhərinə toplaşıblar.
Qeyd edək ki, Azərbaycan tarixi və dili ilə bağlı dəyərli əsərlərin yazarı olan Məhəmməd Tağı Zehtabi 1923-cü ildə Şəbistərdə anadan olub, 1988-ci ildə Şəbistərdə müəmmalı şəkildə dünyasını dəyişib.
Onun adı Tehrana rejiminə müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.
18-12-2022, 17:57
İran hökuməti məşhur aktrisanı həbs edib


Butov.az xəbər berir ki, “Tasnim” agentliyi İranlı məşhur aktrisa Təranə Əlidustin həbs olunması barədə məlumat yayıb.
Aktrisa yalan məlumat yaymaq və antiiran hərəkatlarını dəstəkləməkdə ittiham olunur.
Qeyd edək ki, Təranə Əlidusti “Satıcı” (2016), “Gözəl şəhər” (2009), “Hər kəsin öz kinosu var” (2007) kimi filmlərdə rol alıb.
2002-ci ildə aktrisa "İnsan, Taraneh, panzdah sal daram" filmindəki roluna görə Lokarno Beynəlxalq Film Festivalında Bürünc Bəbir Mükafatına layiq görülüb.
18-12-2022, 11:01
İRANDA DÜNYƏVİ İNQİLABIN QALİB GƏLMƏSİNƏ MAKSİMUM 3 AY 17 GÜN QALIR

Vidadi Mustafayev:


İRANDA DÜNYƏVİ İNQİLABIN QALİB GƏLMƏSİNƏ MAKSİMUM 3 AY 17 GÜN QALIR

Bu gün İranda Dünyəvi inqilabın 4-cü ayı başlanmışdır. Özünəməxsus formaya malik olan etirazların davam etməsi həmin hərəkatı 1978-1979-cu illər antimonarxist inqilabı ilə müqayisə etməyə imkan verir.
Sonradan dini, İslam inqilabı adlandırılan 1978-1979-cu illər antimonarxist inqilab 13 ay 3 gün davam etmişdir. İslam inqilabı tarixçiləri inqilabın 8 yanvar 1978-ci il tarixində başlandığını iddia edirlər. Belə ki 7 yanvar 1978- ci il tarixində “Ittilaat” qəzetində radikal sol (marksist-leninist) və radikal sağ (dini) qüvvələrə, üstüörtülü şəkildə isə Xomeyniyə qarşı “Qırmızı və qara irtica” adlı məqalə dərc edilmişdir. Qum şəhərində ruhanilər və tüllablar məqalənin hədəfinin nədən ibarət olduğunu başa düşərək, yanvarın 8-də etiraz aksiyası keçirmiş və hakimiyyət tərəfindən zorakılıqla yatırılmış, yaralanan və həlak olanlar olmuşdur. Deməli, o zaman inqilab hakimiyyətin nəticəsini görə bilmədiyi bir məqalədən başlanmış və 13 ay 3 gündən sonra (11 fevral 1979) qalib gəlmişdir.
16 sentyabr 2022-ci il tarixində isə inqilab nə az, nə çox, bir xanım vətəndaşın hicaba düzgün əməl etmədiyinə görə hakimiyyət tərəfindən öldürülməsi nəticəsində başlanmışdır. Fərqi görməmək olmaz. Bir məqalə hara, gənc bir xanımın öldürülməsi hara. Onda da hakimiyyət əvvəlcə etirazları ciddi qəbul etməyərək, öz hərbi-polis gücünə arxalanaraq etirazçılara qarşı repressiyalar həyata keçirirdi. İndi hakimiyyət daha böyük cinayət işlətsə də, etirazlara ciddi əhəmiyyət verməyib etirazçılara qarşı repressiyalara əl atdı.
1978-79-cu illər inqilabı başlayanda nə məqsəd, nə məram, nə proqram, nə şüar yox idi, rejimdən narazı qüvvələrin etirazı, qəzəbi və nifrəti vardı. Küçə və ya sahə etirazlarında əsasən dövlətin qiymətlərə nəzarət siyasətindən əziyyət çəkən bazar əhli (aşağı orta təbəqə) geniş iştirak edirdi, onlara şahın elan etdiyi siyasi və əqidə azadlığı, senzuranın götürülməsi, azad hərəkət etmək və nəfəs almaq şəraiti əldə edən ziyalı təbəqəsi, fəaliyyəti son dərəcə məhdudlaşdırılmış siyasi partiya və təşkiatlar siyasi və ideoloji dəstək göstərirdi.
İndi isə etirazların şüarı birinci günlərdən elan edilib: "Qadın, Həyat, Azadlıq”. Əvvəlki inqilabdan fərqli olaraq etirazlarda cəmiyyətin sayca əksəriyyətini təşkil edən yeniyetmə və gənc oğlan və qızlar (3 milyon tələbə, milyonlarla yuxarı sinif şagirdləri) iştirak edir, onlara hakimiyyətdən kənar edilmiş, lakin hakimiyyətin iki cəbhəsindən/cinahından birini təşkil edən İslahat cəbhəsi, bütün mədəniyyət və incəsənət xadimləri, məşhurlar deyilən təbəqə, 14 milyon ( o cümlədən 7 milyon xanım) ali təhsilli insan siyasi, ideoloji, əhalinin əksəriyyəti (məlumata görə 70%) mənəvi dəstək göstərir. Başqa sözlə, İran əhalisinin əksəriyyəti rejimdən narazıdır və siyasi sistemin kökündən islah olunmasını tələb edir.
Keçən inqilabda dönüş nöqtəsi kimi 1978-ci ilin fevral ayında (18 fevral) Təbriz üsyanı zamanı ilk dəfə “Şaha ölüm” şüarının səsləndirilməsi hesab olunur. Həmin şüar etirazların son hədəfinin şahlıq rejiminin devrilməsi olduğunu bəyan etmiş olurdu. İndiki etirazlarda ən çox səsləndirilən şüarlardan biri diktatora-Xameneiyə ölüm şüarıdır. Amma bu şüar ilk dəfə səsləndirilmir. Həmin şüar hələ 1999-cu ildə tələbə çıxışlarını zorakılıqla yatırarkən səsləndirilmiş və ondan sonrakı bütün etirazlarda daha geniş şəkildə təkrar edilir. Yəni İran əhalisinin müəyyən bir kəsimi inqilabdan 20 il sonra rejimin devirilməsi tələbi ilə çıxış etməyə başlamışdır və getdikcə həmin tələb daha ciddi və geniş şəkildə səsləndirilir.
Hazırkı etirazların şüarında ilk baxışda adi, lakin rejim tərəfindən ideoloji əsaslarla insanların son dərəcə məhdudlaşdırılmış fundamental ehtiyacları dilə gətirilmişdir. Şüarın “Qadın” elementi rejimin mədəni-məişət və mülki sahələrdə bərqərar etdiyi və qadınların hüquq və azadlıqlarını son dərəcə məhdudlaşdıran orta əsrlər (7-ci əsrdə meydana gələn) qayda və normaların aradan qaldırılmasını nəzərdə tutur, ”Həyat” elementi insanların gündəlik təhsil və iş fəaliyyətindən sonra həyat prosesini istədiyi şəkildə təşkil etmək imkanını nəzərdə tutur, “Azadlıq” elementi əvvəlki iki elementin icrasını təmin etməyə yönəlib. Xüsusi qeyd edilməlidir ki, antimonarxist inqilabından sonra ən çox məhdudlaşdıralan sahə insanların fərdi azadlığı sahəsidir və rejimin repressiv qurumları tərəfindən həmin məhdudiyyətlərin icrasına nəzarət olunur və repressiyalar həyata keçirilir. Yəni indiki etirazlarla başlanan və getdikcə iğtişaş və inqilaba çevrilmiş hərəkatın son məqsədi mülki, vətəndaş azadlıqlarının tanınması, insanlara normal və azad həyat şəraiti yaradılmasına nail olmaqdan ibarətdir.
Əvvəlki inqilabda hadisələrin sonuna yaxın irəli sürülən “İslam”, “Azadlıq” və “İstiqlal” şüarı da əhalini tam qane edirdi, lakin onda “İslam” anlayışının arxasında ruhanilərin monopol hakimiyyət məqsədinin gizləndiyi aydın deyildi. Amma indiki şüarda heç bir gizli məqsəd yoxdur.
İndiki hərəkatın təşkil olunmaması, vahid rəhbərliyin olmaması onun əsas xüsusiyyətlərindən hesab edilir. Zahirən məqsədsiz, rəhbərsiz, nifrət və qəzəbdən doğan etirazlar davam etməkdədir. Bununla bağlı onu əlavə etmək olar ki, əvvəlki inqilab da eyni xüsusiyyətə malik idi, hətta bəzi tədqiqatçılar həmin inqiabı qəribə inqilab adlandırırlar. Əvvəlki inqilab zamanı ilk inqilabı təşkilat-İnqilab Şurası inqilabın qələbəsindən cəmi iki ay əvvəl (22dey 1357/12 yanvar 1979), şahın İranı tərk etməsi məsələsi, demək olar ki, həll edildiyi ərəfədə, təşkil edilmiş, gizli fəaliyyət göstərmiş və inqilabın qalib gəlməsindən xeyli sonra varlığı aşkar edilmişdir.
Hazırda inqilabi hərəkata rəhbərliyin olmaması fikrini ehtiyatla səsləndirməlidir. Həqiqət qələbədən sonra üzə çıxacaq.
Məqsəd və iştirakçılar baxımından əvvəlki inqilabdan əsaslı şəkildə fərqləndiyini nəzərə alaraq, hazırkı dünyəvi, gənclər, gələcəyə yönəlmiş inqilabın müəyyən şərtlərin ödənilməsi halında, iranlılar demişkən, daha tez səmərə verəcəyini güman etmək olar.
17-12-2022, 22:02

II Bütöv Azərbaycan Forumunun Bəyanatı  qəbul edilib.

Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçirilib.

Butov.az xəbər verir ki, tədbirdə çıxış edən Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin müavini Faiq Ələkbərlinin sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.

Tədbirdə çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin bildirib ki, hazırda İranda böyük çalxalanmalar var. Bu ölkədə demokratiya yoxdur. Əhali yeni həyat istədiyi üçün ayaqdadır. Əhalinin 86 faizi hazırkı hakimiyyəti istəmir. İranın iqtisadiyyatda qarşılaşdığı böyük sıxıntılar, həmçinin rejimə qarşı etirazlar bu ölkəni parçalayacaq.

O bildirib ki, Cənubi Azərbaycanın siyasi təşkilatları öz istəklərini addım-addım həyata keçirməyi arzulayır. "Biz İranda azadlıq istəyirik. Bizə qarşı hər tərəfdə ayrı-seçkilik var, ikinci planda qalırıq, ədalətsizlik mövcuddur. İran dövləti İslam dini adı altında farsçılıq siyasəti yürüdür. Biz Azərbaycanın yanımızda olduğunu görürük. Bununla fəxr edirik”,- deyə Mahmud Bilgin qeyd edib.
Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri çıxış edərək bildirib ki, İranda hazırda iqtisadi, siyasi və sosial böhran mövcuddur. Hər gün bütün şəhərlərdə mitinqlər, aksiyalar baş tutur. Rejim aksiyada iştirak edən insanları öldürür, onların içərisində uşaqlar və qocalar da var. Aksiyalar bu rejimin böhranını dərinləşdirir. Rejim edamlarla bunun qarşısını almaq istəyir, amma bu, mümkün olmayacaq.
“Azərbaycanlılar bu hərəkatda tədbirli və öz istəklərini qərarlı şəkildə səsləndirirlər: "Onların əsas istəkləri, millətlərin, kişi və qadın bərabərliyidir. Biz öz taleyimizi özümüz həll etməliyik. Buna görə də azərbaycanlıların tələbləri konkretdir", - deyə Abdulla Əmir Haşimi Cavanşiri diqqətə çatdırıb.

Milli Məclisim deputatı Ceyhun Məmmədov isə Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində davamlı işlər aparıldığını qeyd edib. Bildirib ki, Azərbaycan dövlətinin əsas hədəfi Cənubda yaşayan azərbaycanlıların yanında olmaqdır. Ən vacib məsələ İrandakı soydaşlarımızın hüquqlarının bərpa edilməsidir. “Dövlət, dövlətçilik və milli maraqlar hər şeydən üstün olmalıdır. Birliyimiz, həmrəyliyimiz qorunmalıdır. Hədəflərimiz konkret olmalıdır”, - deyə deputat qeyd edib.
Forum çıxışlarla davam etdirilib. Sonda II Bütöv Azərbaycan Forumunun şovinist İran rejiminə qarşı Bəyanatı qəbul edilib.
Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər.
16-12-2022, 11:29
Təbrizdə xanım fəal həbs edilib


Təbrizdə xanım fəal Vahidə Xanpur həbs edilib

Butov.az-a Güney Azərbaycandakı mənbələrdən verilən xəbərə görə, dekabrın 15-də Təbrizdə ictimai fəal Vəhidə Xanpur təhlükəsizlik məmurları tərəfindən yaşadığı ata evində saxlanılıb. Xalçaçəlıq üzrə İncəsənət Universitetinin tələbəsi olan Xanpurun nədə ittiham edildiyi və hara aparıldığı barədə məlumat verilməyib. Vəhidə Xanpurun ailəsi bundan əvvəl onun təhlükəsizlik məmurları tərəfindən bir neçə dəfə təhdid edildiyini bildirirlər.
Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son 3 ayda İranda etiraz aksiyalarında həbs edilən 18426 nəfərin 637-i tələbədir.
16-12-2022, 11:22
Güneyli idmançı 4 gündür aclıq aksiyası keçirir


Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə barəsində çıxarılan edam hökmünə etiraz olaraq oğlunun 3 gündür aclıq aksiyası keçirdiyini bildirib.
Cəfər Nurməhəmmədzadə "İmtidad" saytına verdiyi açıqlamada əldə olan bütün faktlar və videolara əsasən Səhəndin Tehranın Tirajə ticarət mərkəzində olduğunu və heç bir təxribat törətmədiyini deyib.
Azərbaycanlı gəncin vəkili də, "müharibə" ittihamı ilə çıxarılan edam hökmünün ədalətsiz qərar olduğunu və müvəkkilinə başqa bir məhkumun ifadələri əsasında ölüm hökmü verildiyini qeyd edib.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.
Onun yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam hökmünün çıxarılmasının ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.
29-11-2022, 08:19
Güney Azərbaycanın paytaxtında tarixi tikili dağıdılıb

Butov.az-ın verdiyi məlumata görə, Təbrizdə tarixi tikili dağıdılıb. Təbrizin tarixi hamamının mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasqulizadə bu barədə mediaya məlumat verib.
Onun dediyinə görə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hamamın təmirniə görə ayrılan büdcəni təyinatı üzrə xərcləməyib və Təbrizin qədim hamamlarından olan tarixi tikilinin bərpa işlərini yarımçıq buraxıb.
"Bu tarixi hamam İsfahan və ya Şirazda olsaydı belə aqibətlə üzləşməzdi",-deyə, hamamın mülkiyyətçilərindən biri olan Abbasqulizadə bildirib.
Onun sözlərinə görə, hamamın bərpası ilə 2005-ci ildə əlaqədar qurumnlara müraciətlərindən sonra bərpa işlərinə başlanılıb və hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb.
Qeyd edək ki, Qacarlar dövrünə aid olan hamamın 270 yaşı var.
28-11-2022, 06:43
Zindanda işgəncələr səngimir

Zindanda işgəncələr səngimir

Güney Azərbaycandakı mənbələrimizdən Butov.az-a verilən məlumata görə, Binablı gənc Ümid Ağacaniyə zindanda işgəncə veirilib.
Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan 22 yaşlı gənc Ümid Ağacaninin işgəncə edildiyi və vəhşicəsinə döyüldüyü bildirilir. Güneyli fəalların verdiyi məlumata görə, hazırda Marağa zindanında saxlanılan Ağacani 20 noyabr axşam saatlarında işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Ümidin yaxınlarının dediyinə görə, o, heç bir aksiyaya qoşulmadığı halda onun etiraz aksiyalarının liderlərindən biri olduğu barədə ondan məcburi etiraf almaq istəyirlər.
25-11-2022, 07:58
Ağ Ev İranda etirazçılara cinsi təcavüzü pisləyib


"Bu, iyrənc tədbirlərdir"-Ağ Ev İranda həbs olunan etirazçılara qarşı cinsi təcavüzü pisləyib
Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.
Prays nümayişçilərə, o cümlədən İslam Respublikası hökumət qüvvələrinin nəzarətində olan uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib və cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi iyrənc tədbirlər adlandırıb.
Noyabrın 21-də, şahidlərin və məlumatlı tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında CNN xəbər kanalı İslam Respublikası məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün zorakılıq faktlarını lentə aldıqlarını bildirib.
Dövlət Departamentinin sözçüsü bəyan edib ki, Amerika birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.
25-11-2022, 07:54
Əli Xameneyinin bacısı qızı həbs olundu

Əli Xameneyinin bacısı qızı həbs olundu

İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.
“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb.
O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.
Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.
Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.
2018-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!