UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 4-03-2014, 15:35

 

 

 

GUAM Ukraynanın Ərazi bütövlüyünü müdafiə edib

 

 

“Rusiya hakimiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də öz beynəlxalq öhdəliklərinə zidd addımlar atıb”

“Ukrayna Ali Radasında yeni çoxluğun formalaşmasından, yeni hökumətin təsdiqlənməsindən və Ukraynanın Avropa Birliyi ilə yaxınlaşmasına əsaslanan xarici siyasət kursunun bərpasından sonra Rusiya hakimiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Rusiyanın beynəlxalq öhdəliklərinə zidd addımlar atıb”. APA -nın xəbərinə görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin bəyanatında bildirilir.  

Baş katib bəyan edib ki, GUAM məkanındakı münaqişələr təşkilata üzv ölkələrin dövlət başçılarının 2006-cı il 23 may tarixli Bəyannaməsinə uyğun həll olunmalıdır. Həmin Bəyannaməyə əsasən GUAM ölkələrində münaqişələrin həlli bu dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həyata keçirilməlidir: “Dövlətlərin əraziləri beynəlxalq hüquqa zidd olaraq güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək yolu ilə hərbi işğal obyekti ola, yaxud başqaları tərəfindən ələ keçirilə bilməz. Heç bir qanunsuz ilhaq və bunun nəticəsində əmələ gələn qondarma qurumlar heç bir vəchlə qanuni qəbul edilə bilməz”. 

V. Çeçelaşvilinin bəyanatında dövlətlərin daxili işlərinə qarışmağın, ona hərbi, siyasi, iqtisadi və ya başqa xarakterli təzyiq göstərməyin yolverilməzliyi vurğulanır: “Əminəm ki, GUAM-a üzv ölkələr bundan sonra da ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə beynəlxalq təhlükəsizliyin qorunması baxımından əsas kimi əməl olunmasında israr edəcəklər”.

Xatırladaq ki, Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat – GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 

Butov.az



Paylaş



Bölmə: Dünya / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!