Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
Tarix : 29-04-2014, 15:43

 

 

 

         Rusiya paytaxtında Avropa çempionu, Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Açıq Şahmat turniri keçirilib.

         Moskva Millətlər Evində baş tutan turniri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyi təşkil edib. Əvvəlcə turnir iştirakçıları və tədbirin qonaqları mərhum Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor və beynəlxalq hüquq məsələləri üzrə müşaviri Aqşin Əliyev, Bakıdan turnirin açılışına təşrif buyurmuş qonaq, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun prezidenti Şamil Tağıyev, Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili çıxış edərək turnirin keçirilmə əhəmiyyətindən bəhs ediblər. 

         Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycanı Rusiya Federasiyasında layiqli təmsil etdiyinə və şahmat turnirinin keçirilməsində təşkilatçılığa görə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunu diplomla təltif edib. 

Rəsmi çıxışlardan sonra turnirə start verilib, 40 yaşadək 30 nəfərə yaxın şahmatçı güclərini sınayıblar. Oyunların nəticələrinə görə isə turnirdə birinci yeri Kalmıkiya təmsilçisi Andrey Ubuştevə nəsib olub, ikinci və üçüncü yerləri müvafiq olaraq Baykaldan olan Bato Şoyjinimayev və moskvalı FİDE ustası Konstantin Kostin tutdular. Qaliblər turnirin kubokları və diplomlarla mükafatlandırılıblar.

 

 Yeni Nəfəs Hərəkatı

Moskva Nümayəndəliyi



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!