Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 14-05-2014, 18:52

 

 

ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

 ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

  ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ! 

Azərbaycanımız Dövlət müstəqilliyini bərpa edəndən bəri çox hərbi hissələrdə- andiçmə mərasimlərində iştirak eləmişəm, verilişlər, reportajlar hazırlamışam.Duyğulu anlar yaşamışam. Amma bu dəfəki andiçmə mərasimində iştirakımdan  həmişəkindən fərqli bir qürur hissi keçirdim. Çünki ilk dəfə idi ki, doğmalarımdan biri – bacımoğlu Əfran Müstəqil Azərbaycan dövlətinə, Vətənimizə, xalqımıza sədaqət andı içirdi. Mən də bir dayı olaraq o Andın sədasında şərəflənirdim. Bundan daha gözəl nə olardı ki?! 

ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

 

ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

 

                 Dövlətimizin himninin səsləndirilməsilə başlanan mərasimdə Azərbaycanın müstəqilliyi, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu sükutla yad edildikdən sonra gənc əsgərlərimiz Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdilər. Komandirlər əsgərlərə  xidməti uğurlar diləyib valideynlərə gözaydınlığı verdilər. Bu gözəl məqamda diqqətçəkən daha bir qürurverici mənzərənin şahidi olduq. Hərbçi libası geyinərək polkovnik poqonu taxmış  balaca Nuray özündən də balaca qardaşının silahlı müşayiətilə mərasim iştirakçılarına qoşulmuşdu. Bu həm də gündən –günə qüdrətlənən  Azərbaycan Ordusunun gələcək uğurlarının müjdəsi idi. 

ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

 

ANDIN  MÜBARƏK,  AZƏRBAYCAN  ƏSGƏRİ!

                 Bu  şərəfli anların həyəcanını yaşayan valideynlər arasında Əfranın atası Əbülfət Nuriyev də  vardı.  Sovet ordusu sıralarında xidmət edən Ə. Nuriyev doğma Vətəni üçün  bir əsgər böyütdüyünə görə  daha çox fəxr hissi  keçirir.

 

Tamxil  Ziyəddinoğlu

 

Fotolar müəllifindir 

 

 

 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!