Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
Tarix : 26-05-2014, 16:34

 

Beynəlxalq Mətbuat Mərkəzində 2015-cil də “Kitabi Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 iliyinin tamam olması münasibətilə “Dahi Dədə Qorqudun Həyat və Yaradıcılığına” həsr olunmuş dəyirmi masa təşkil edilib. Ədəbi konfrans “Azərbaycan Mütəfəkkirləri və Dahilərin Tanıdılması” İctimai Birliyi tərəfindən keçirilib.

      Azərbaycan dövlət himninin oxunması ilə başlanan tədbirdə Dədə Qorqud Dastanı haqqında çəkilmiş sənədli filmə baxdıqdan sonra “AMDT” İB-nin sədri Elçin Zeynalov Dədə Qorqud dastanındakı insanlığı nümunə çəkib: “Bu dastanın müəllifi məhz Dədə Qorqud olduğu ehtimal edilir. Dastanların süjet xətti on iki boyda əks olunub. “Dirsə xan oğlu Buğacın boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “ Duxa Qoca oğlu Dəli Domrulun boyu” və digər boylarda oğuz igidlərinin keşməkeşli həyat yolları əks olunub.

     Dədə Qorqud dastanını bugünləri gənclərimiz, ümumiyyətlə, insanlarımız yalnız informasiya olaraq öyrənirlər. Lakin dastandakı gözəllikləri yaşamırlar. Dədə Qorqud bizim milli kimliyimizdir, irsimizdir. Bu irsi  gələcək nəsilllərə aşılamalıyıq”.

        “AMDT” İB-nin sədr müavini Amid Bağırov dastanda səslənən fikirlərdən söhbət açaraq Dədə Qorqudun inancı haqqında danışıb. Onun sözlərinə görə, Dədə Qorqud ilahi eşqdən faydalanaraq Oğuz igidlərinə tövsiyələr verib.                                                                                                                Qonaq qismində çıxış edən “Sumqayıt Şəhər Təhsil Şöbəsi”nin əməkdaşı Əlhəddin Paşayev, Gülnarə İsrafilqızı, “Şərq” qəzetinin müxbiri Vüqar Şahinoğlu və digər çıxış edənlər  Dədə Qorqudun Azərbaycan ədəbiyyatında xüsusi yerinin olduğunu vurğulayaraq bu dastanın Azərbaycan xalq ədəbiyyatının ilk yazılı qədim abidəsi olduğunu qeyd ediblər, vurğulanıb ki: “Biz irsimizi qorumalıyıq, yalnız gözəl danışmaqla deyil əməldə də bizə qoyulan əmanətə sahib çıxmalıyıq. Bu dastanla Azərbaycan ədəbiyyatının dünyada nə qədər zəngin mədəniyyətə malik olması göstərilib”.

 

 Gülnarə xanım öz torpaqlarımızı bu dastandakı kimi döyüşərək düşməndən geri alacağımıza inandığını bildirib.



Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!