Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 26-05-2014, 18:50

Proqnozlar özünü doğrultmadı

 

Ekspertlər idxalın azalmasını Avro-4 standartlarının tətbiqi ilə əlaqələndirsələr də azalma tendensiyasının yanvar ayından başlaması bunu təsdiq etmir

Ekspertlərin ölkədə “Avro 4” standartına keçiddən sonra avtomobil bazarında kəskin qiymət artımının olacağı proqnozları özünü doğrultmadı. Hazırda ölkəyə idxal olunan avtomobillərin sayında da azalma müşahidə olunur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 26 732 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4005 ədəd və ya 13% azdır.

Bəzi ekspertlər idxalın kəskin azalmasını aprelin 1-dən atmosferə işlənmiş qazların tullantısına dair yeni Avro-4 standartlarının tətbiqi ilə əlaqələndirsələr də azalma tendensiyasının yanvar ayından başlaması bunu təsdiq etmir.

Xüsusilə də, yanvar ayından Gürcüstandan idxal olunan avtomobillərin sayının azalması bu prosesin başlanğıcı hesab oluna bilər. Nəzərə alanda ki, ölkəyə idxal olunan işlənmiş avtomobillərin əksəriyyəti bu ölkənin payına düşür, onda bu faktın idxal amilinə təsiri qaçılmaz görünür. Bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50 faizdən yuxarı hissəsini təşkil edir. 

Lakin idxalın azalması fonunda tələbatın artmaması başqa mətləblərə aydınlıq gətirir. Belə ki, bankların vaxtı keçmiş borclar portfelində avtomobil kreditlərinin payının böyük olması, üstəlik bu növ kreditin heç bir arayış tələb olunmadan verilməsi olduqca ciddi problem yaradıb.

Bu məqsədlə də bu ilin əvvəlindən Mərkəzi Bank yerli banklara “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə uyğun olaraq bank sektorunda maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə “məsuliyyətli borc vermə” prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi sahəsində işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırmışdı.

Bu isə təminatsız kreditlərdə tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayışı tələb edir.

Nəticədə isə əhalinin krediti ödəmək imkanına sahib olan hissəsi də bu növ kreditdən yararlana bilmir. Buna səbəb isə əldə olunan gəlirlərin rəsmi şəkildə qeydə alınmamasıdır.

Proqnozlar özünü doğrultmadı

 

Bundan başqa avtomobil əldə etmək üçün lizinqdən istifadə oluna bilər ki, bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün daha əlverişli sayılır. Eyni zamanda ödəniş müddəti uzun olsa da faiz dərəcəsinin bankların faziləri ilə müyaqisədə yüksək olması əhali üçün sərfəli sayılmır.

Avtomobil bazarında yaranmış müştəri qıtlığı ilkin bazarda fəaliyyət göstərən rəsmi nümayəndəlikləri, dilerləri də ciddi tədbirlər görməyə vadar edib. Bura ödəniş şərtlərinin yumşaldılmasını, qiymət endirimini aid etmək olar. Lakin qısa müddətli satış şərtləri avtomobil əldə etməyi əlçatmaz edir.

Ceyhun Piriyev



Paylaş



Bölmə: İqtisadiyyat / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!