Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                       
Tarix : 6-06-2014, 16:37

 

Söz Azadlığını Müdafiə Fondundan Butov.az saytına verilən məılumata görə, Çörək muzeyinin fəaliyyətinin bərpası ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya mürasiət ünvanlayıb. Müraciətdə deyilir ki, fond işğal altındakı maddi-mədəni irsimizin araşdırılması, qədim abidələrimizin tədqiq edilməsi, o cümlədən ölkəmizə və xalqımızın tarixinə dəymiş maddi-mənəvi zərərin miqyasının araşdırılması, əldə olunmuş real fakt və rəqəmlərin yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir neçə layihənin həyata keçirilməsinə nail olmuşdur. Bu layihələr çərçivəsində keçmiş SSRİ dövründən fəaliyyət gostərmiş Ağdam Çörək Muzeyi ilə də bağlı geniş məzmunlu tədqiqat işi aparılmışdır. Son iki il ərzində isə fondun əməkdaşlarının ciddi səyi ilə muzeylə bağlı iyirmiyədək eksponat toplanmışdır. Müraciətdə deyilir ki, Ağdamda fəaliyyət göstərmiş dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərazisində bərpasının böyük əhəmiyyəti vardır. Çünki ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yandırılan bu muzeyin bərpası həm beynəlxalq aləmdə bizim haqlı mövqeyimizin sübutunda xüsusi rol oynayar, həm də gənclərdə çörəyə və hallalığa olan münasibətin müsbət istiqamətdə formalaşmasına, bu ruhda böyüyən gəncin vətən sevgisininə yetərincə şərait yaratmış olar. SAMF Mehriban xanım Əliyevaya müaraciət etməklə tariximizin bir parçasının eksponatlarını sərgiləyəcək muzeyin fəaliyətinin bərpasına dəstək verməyi xahiş edib. Qeyd edək ki, QHT bundan əvvəl Mədəniyyət və Turizm nazirliyinə, Ağdam RİH-ə və bir qrup Milli Məclis üzvünə eyni məzmunlu müraciət ünvanlayıb.

SAMF



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!