“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 6-07-2014, 21:57

 

      

 

                     Bəzən insanlar həyatdan çox bezdiklərində “incə bir cizginin üzərindəyəm” deyirlər, bəs o “incə bir cizgi” nədir? Bu “incə cizgi” həyatdır, yoxsa ölüm?...

                        Əslində insan dünyaya gəldiyi gündən bəri incə bir cizginin üzərindədir. Bəli, mənə görə “incə bir cizgi” həyatdır, amma adi bir həyat yox, yolu daralmış və incəlmiş, yəni hər an məhv ola bilən bir həyatdır “incə cizgi”. Bəs niyə bu cizgi biz dünyaya gəldiyimiz gündən bəri mövcud olur? Niyə bu cizgi biz dünyaya gəldiyimiz gündən bəri incəlir? Ona görə ki, insanoğlu həyatı haqqında heç vaxt öncədən seçim edə bilmir. İnsan dünyaya gəlməmişdən əvvəl öz anasını, atasını və ya dostlarını seçə bilmir. İnsan yaşadığı və mənsub olduğu ölkəni, xalqı və ya mənsub olduğu dini, danışacağı dili özü seçmir, bu ona həyat tərəfindən edilən bir hədiyyə olur və bəzən bu hədiyyə insanı “incə bir cizgi”nin üstünə gətirir...

       Dövrümüz mənə görə “şikayətlər dövrü”dür. Niyə 21-ci əsri “şikayətlər dövrü” adlandırdığımı soruşsanız, deyərəm ki, hal-hazırda vəziyyətinə şükür edən  az, halından qeyri-məmnun olan çox insan var. Bu gün kimə yaxınlaşırsınız yaxınlaşın və bir sual verin ki, yaşayışınızdan məmnunsunuzmu? Çox böyük ehtimalla aldığınız cavab “xeyr” olacaq.

 Bəs bunun günahkarı kimdir?

 Günahkar olan insanlardır, yoxsa dövran?

 Günahkar olan yaşadığımız mühitdir, yoxsa o mühiti seçən bizlər?

 Günahkar olan insanın özüdür, yoxsa onun qaranlıq nəfsi?

 Baxın bu suallara cavab tapsaydıq, bəlkə də, heç vaxt halımızdan narazı olmazdıq və bəlkə də, heç vaxt o “incə cizgi”nin eşiyinə gəlib çıxmazdıq. İstəsək də, istəməsək də “şikayətlər dövrü”ndə yaşamağa məcburuq. Çünki, hər kəs həyatının və yaşayış tərzinin onun istədiyi tərzdə olmağını arzulayır, bu alınmadıqda şikayət edir, fərqi yoxdur ki, şikayətinə məhəl qoyan olacaq və ya şikayət edəndə nə isə düzələcək, amma bir ehtimaldır, “bəlkə düzələr” deyib şikayət edirik, səsimizi ucalara çatdırmaq istəyirik, bəs görəsən ən ucada olan Allah hər kəsin şikayətini dinləyir və ona baxırmı? Bir söz var:”Allahın hikmətindən sual olunmaz”. Mən də bununla tamamilə razılaşıram. Yəqin ki, Allah həqiqətən də, bu dünyanın və insanlığın yaxşılığı üçün edilən şikayətlərə cavab verir və bəndəsini ağ günə çıxarır. Təbii ki, qalanlarının da duasını, şikayətini eşidir, amma Ulu olan Allahdan “bəndə”nin istədiyi kimi bir cavab gəlməyəndə, aha, bəndə nə olur? – bəndə “ateist” olur. Yeri-göyü Yaradanın varlığına inanmır. Bəs bunun səbəbi nədir deyə soruşsanız, deyərdim ki, bunun ən böyük səbəbi bəndələrin öz dualarını və şikayətlərini Allaha düzgün tərzdə çatdırmamalarıdır. Misal götürək, insanların ziyarətgahlarda divarlara qənd yapışdırıb və ya ziyarətgahda yerləşən şəxsin qəbrindən bir şey ummaqlarını. Təbii ki, səhv bir dua şəklidir, insanoğlu unudur ki, o qəbirdəkini də bir Yaradan var, insan qəbirdəkindən yox, qəbirdəkinin üzü-suyu hörmətinə onu Yaradandan kömək istəməlidir. Belə-belə dualar və şikayətlər düzgün və yerində edilmir, ona görə də, çox vaxt hər şeydən əl üzülür və yenə dönüb dolaşıb gəlirik hara?-“İncə bir cizgi”yə.

Və sair və ilaxır, “incə bir cizgi”dən danış-danış bitməz, amma insanoğluna bir məsləhətim var:”Dünyaya gəldiyinizdən bəri “incə bir cizgi”nin üstündə olsanız da, çalışın bunu xatırlamayın, çünki xatırladıqca o cizgi daha da incələr və gün gələr ki, cizgi belə sizdən “qalın” olar”...

 

 Nurlan Səlim



Paylaş



Bölmə: Köşə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!