İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Baş prokuror Çinə səfər edib .....                       
Tarix : 30-07-2014, 20:10
İtaliyalı jurnalist ermənilərə cavab verdi
 
 

Romolo Martelloni: “Mən başqalarının mülahizə, arzu və istəklərinə görə deyil, konkret faktlara istinad edərək fikir yürüdürəm”


Modern.az saytı xəbər verir ki, jurnalist Romolo Martelloninin İtaliyanın nüfuzlu mətbuat orqanlarında və internet portallarında dərc olunmuş yazıları erməni diasporunun dünyanın müxtəlif ölkələrində yaşayan təmsilçilərinin etirazına səbəb olub. Ermənilər yazıların yayımlandığı media qurumlarına və jurnalistin özünə təhdid və böhtan dolu məktublar göndəriblər. Romolo Martelloni ermənilərin bu etirazlarını da cavabsiz qoymayıb. 
Jurnalistin nüfuzlu L'Opinione qəzetində və opinione.it portalında yayımlanmış cavab məktubunun tam mətnin oxucularımıza təqdim edirik:

Hörmətli cənablar,

Sizin etiraz hüququnuza hörmət edirəm və ümid edirəm ki, siz də mənimkinə hörmət edəcəksiz. İcazə verin deyim ki, mənim “Dağlıq Qarabağ haqqında mətbuatın sükutu” adlı məqaləmə sizin əsassız və qəzəbli reaksiyanız məni heç təəccübləndirmir ona görə ki, mən münaqişə haqqında həqiqəti üzə çıxarmaq istəyənlərə qarşı ölkəmdə aparılan hazırkı kampaniyalar barəsində məlumatlıyam. Təkzib etdiyiniz məqaləmin məhz bu məsələni işıqlandırması təsadüfi deyil və sizin etirazınız da buna bir daha sübutdur.

Məqaləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yer alan faktların heç birini sizin iddia etdiyiniz kimi Azərbaycan tərəfi təqdim etməyib. Mənə elə gəlir ki, bu, sadəcə olaraq öz “dəlil”lərini irəli sürmək istəyən və beynəlxalq sənədlərdə göstərilən məlumatları nəzərə almayanların özünə haqq qazandırmasıdır. Münaqişə haqqında aydın və obyektiv təsəvvür əldə etmək üçün nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, təkzibolunmaz faktlar var.

Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması və işğal nəticəsində 1 milyon insanın öz doğma torpaqlarından qaçqın düşmələri ilə bağlı fakt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən bütün beynəlxalq sənədlərdə öz əksini tapıb.

Lazım hesab etsəniz, bununla bağlı məlumatı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindən, ATƏT, Avropa Şurası, Avropa Birliyi parlament Assambleyasının qəbul etdiyi sənədlərdən, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatlarından və digər etibarlı mənbələrdən əldə edə bilərsiniz, necə ki mən əldə etmişəm.

Xocalıda erməni hərbi birləşmələrinin törətdiyi qətliam barədə məlumat əldə etmək üçün də Azərbaycan mənbələrinin təqdim etdiyi məlumatlara istinad etməyə ehtiyac yoxdur, cünki, bu məsələ ilə bağlı Human Rights Watch təşkilatının 1993-cü il tarixli hesabatı, 16  mart 1992-ci Time jurnalında dərc olunmuş “Xocalı soyqırımı faciəsi”, 3 mart 1992-ci il The New York Times “Ermənilər tərəfindən soyqırım”, Rusiyanın Memorial hüquq müdafiə təşkilatının Xocalı yaşayış məntəqəsində insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatı, jurnalist Jonathan Lyonsun 27 fevral 1992-ci ildə  «The Herald (Glasgow)» qəzetində dərc olunmuş Armenians take Azeri stronghold in Karabakh reportajı, jurnalist Anatol Lievenin 3 mart 1992-ci il The Times (London) qəzetində dərc olunmuş məqaləsi, Reuters agentliyinin fotoqrafı Frederique Lengaigne çəkdiyi şəkillər, journalist Francis X. Clinesin The New York Times qəzetində dərc olunmuş reportajı  və adlarını sadalamadığım çoxsaylı hesabat, məqalə, video və foto materiallar var.

Bu sıraya Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras parlamentlərinin, ABŞ-ın Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkansaz, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Connecticut və Florida ştatlarının Xocalı qətliamını “soyqırım” kimi tanımaları barədə qərarlarını da əlavə etsək Xocalıda baş verənlər barədə obyektiv informasiya əldə etmək üçün kifayət qədər müstəqil mənbələrin mövcud olduğunu təsdiq edə  bilərik.

Azərbaycanda mətbuat azadlığı barədə iddialarınıza gəldikdə isə qeyd etmək istərdim ki, bir ölkədə mətbuatın azad olma dərəcəsi başqa ölkələrə onun ərazisini işğal etməyə haqq vermir. Azərbaycanda mətbuatın vəziyyəti barədə fikirləriniz   məqaləmdə yer alan faktlar qarşısında nə qədər məntiqsiz olduğunu göstərir. Düzgün dəlilləriniz olsaydı, Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyatı olmayan köməkçi vasitələrə əl atmazdınız. Bununla belə, Azərbaycanda söz  və mətbuat azadlığının vəziyyətinə gəldikdə  xatırladıram ki, Azərbaycanda   müstəqil mətbuatlar mövcuddur, internet azaddır, burada 1.300.000 Facebook istifadəçisi, 30 min blogger, 50 internet radio və televiziyası var. Arzu etsəniz, siz də bu məlumatlara beynəlxalq media institutlarının son hesabatlarında rast gələ bilərsiniz.

Məndə olan məlumatlara görə, Azərbaycanda yox, məhz Ermənistanda 1999-cu ildə  Parlament iclasında  baş nazir və digər erməni siyasətçiləri qətlə yetiriliblər. Yaxud  Azərbaycanda deyil, məhz Ermənistanda 2008-ci ildə  parlament seçkilərinin nəticələrinə etiraz edən 10 nəfər dinc nümayişçini öldürüblər. 2013-cü ildə prezidentliyə namizədi öldürmə cəhdi də elə Ermənistanda baş vermişdi, Azərbaycanda yox. Zənnimcə, sadaladığım bu faktlar sizin demokratiya və söz azadlığı barədə təsəvvürlərinizə daha da aydınlıq gətirdi.

Erməni xalqının öz müqəddəratını təyin etmə hüququ barədə mülahizələrə gəldikdə isə erməni xalqının özü müqqəddəratını 1991-ci ildə təyin etdiyini və Ermənistan dövlətini yaratdığını siz məndən yaxşı bilirsiniz. Beynəlxalq birlik işğal altında olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın ərazisi hesab edir və bir jurnalist olaraq beynəlxalq hüququn prinsiplərinə hörmət etmək mənim peşə borcumdur. Mən başqalarının mülahizə, arzu və istəklərinə görə deyil, konkret faktlara istinad edərək fikir yürüdürəm. 

Bir jurnalist olaraq sizi qəzəbləndirən məqaləni yazmaqda məqsədim İtaliya cəmiyyətini həll olunmadığı təqdirdə fəlakətli nəticələrə səbəb ola biləcək bir münaqişə haqqında məlumatlandırmaqdan ibarət olub. Qeyd etmək istəyirəm ki, mən təkcə jurnalist kimi yox, ilk öncə bir insan kimi Cənubi Qafqazda və dünyada müharibə və ədavətin olduğu  digər  ölkələrdə sülhün və əmin-amanlığın bərqərar olmasını arzulayıram.

http://www.opinione.it/esteri/2014/07/26/martelloni_esteri-26-07.aspx



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!