“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 1-08-2014, 13:36

 

Nəsir Səttaroğlunun könül duyğuları

 

NƏSİR SƏTTAROĞLU

QƏZƏLLƏR

 

Gözləməkdən daraldım, intizarım hardasan?

Səbrim tükəndi, daha ruzigarım hardasan?!

 

Eşqinin atəşi gör neçə yandırıb-yaxır, canımı,

Söylə cənnət gülüm, yazım–baharım hardasan?!

 

Çox bəlalar çəksəm də, dönmərəm öz eşqimdən,

Axtarıram dünyanı, ey dildarım, hardasan?!

 

Ağrılar üzür məni, tənhalıqdan yoruldum,

Səndən başqa kimsəm yox, ey nigarım, hardasan?!

 

İlk eşqim, ilk sevgimsən, huri–mələksən mənə,

Həyat mənə bir zindandır vəfadarım hardasan?!

 

Nəsir, heyif zamanın hiyləsini duymadım,

Fələk saldı girdablara xilaskarım, hardasan?!

***

Bülbül görüb, bağça-bağı axı necə sevinməsin?

Heç olarmı, aşiqlər ilk görüşə getməsin?!

 

Dünyada varmı bir kəs ağlamasın– gülməsin?

Heç fəryad edər o aşiq ki, murada yetməsin?

 

Gül–gülə qovuşar, aşiqlə xoş olar,

Deyək–gülək, sevinək xoşbəxt günlər itməsin.

 

İnsanlığa biganələr məhəbbətdən uzaqdır,

Biganələr görüb bizi heç vaxt qınaq etməsin!

 

Dünyanın gedişinə aldanma sən,

Aramızda tikanlı qoy qanqallar bitməsin.

 

Cəfasını çox çəkdin səfasını görmədin,

Ay Nəsir bu ağrılar könlünü incitməsin!

 

 

***

Yadlaşıb həsrət qoyma gözü-gözə amandı,

Çox gəzib dolanma, gələrsən gözə, amandı!

 

Cənnət meyvəsisən, o bağçanın barısan,

Qoymaram, o meyvəni kimsə üzə, amandı!

 

Oğrun-oğrun baxıb kənardan seyr edib hərdən,

Sürmələnə qarşımda, gözün süzə amandı.

 

Çoxdur rəqib, qorxuram aramızı vuranlar,

Ehtiyat eylərəm məndən bezə, amandı!

 

Halımı soruşanım bil, kimsəm yoxdur mənim,

Öldürdü şövqün, durma üz-üzə amandı.

 

Nəsir, aşkara yandım, ellər məni qınayar,

Üz tutsa dözmərəm əğyarla gəzə amandı.

 

***

Əğyarla barışmağın bağrımı qan eylədi,

Gör cavan həyatımı necə viran eylədi!

 

Məni odlara salan, insafsız nazlı sənəm,

Verdinyi əzablara, qəlbi giryan eylədi.

 

Eşqimin ücbatından qəmə düçar olmuşam,

Dərdə düçar olmağım necə ziyan eylədi.

 

Nə ola vəfasız, tənələr etmə mənə,

Qəlbim ağlarkən, dar gündə imtahan eylədi.

 

Atdı hivran oduna, gendən baxıb güldü o,

Qanımı axıdaraq yerlə yeksan eylədi.

 

Niyə ucuz tutdu aşiqi Nəsir nə idi günahın?

Utanmadı dübarə tez də bəyan eylədi.

 

 

 

 

***

 

 

 

MƏNƏ

 

Ömrümün yazısı, qara oxundu,

Qəlbimin şüşəsi daşa toxundu,

Fələyin əlində bu nə oyundu,

Talehim vermədi, heç möhlət mənə.

 

Beyin işləməsə ürək duyarmı?

Bəxtimin qarasın Rəbbim yuyarmı?

Kasıb bilib, kimsə məni sorarmı?

Nədən qıyıb veribsən, zillət mənə?!

 

Qiymətim olarmı? Yaratsam, qursam,

Uf deyən olarmı? Görən yıxılsam,

Əgər təbiət, yaralar vursam,

Çal-çarpaz dağ vurar, təbiət mənə?!

 

Qadir Allah insaf eylə, məni dinlə,

Axı, sürünmüşəm hey pillə-pillə,

Ümidsiz arzumu yüksəlt bir pillə,

Sağam sağlığımda qoy hörmət mənə?!



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!