Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 1-08-2014, 14:57

 

Əsgərlərimizin şəhid düşməsi və təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlı Qarabağ Azadlıq Təşkilatı da bəyanat verib:

 

 "Cəbhə xəttində vəziyyətin gərginləşməsi, əsgərlərimizin həlak olması ilə bağlı xəbərlər artıq ciddi nəticələrin çıxarılmasını, qətiyyətli addımların atılmasını zəruri edir. 11 nəfərin həlak olması artıq əsl müharibədən xəbər verir. Düşmən torpaqlarımızdan geri çəkilmək istəmir, mütəmadi olaraq atəşkəsi pozur, hətta Azərbaycana qarşı hücum və diversiya-kəşfiyyat xarakterli hərəkətlərdən də çəkinmir. Dünya birliyi, beynəlxalq təşkilatlar da bu gün işğalçı dövlətlərə qarşı daha obyektiv mövqe tutmağa çalışır, Ukraynaya qarşı Rusiyanın işğalçılığını, Fələstinə qarşı İsrailin işğalçı hərəkətlərini pisləyir. Belə şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə, işğalçı dövlətə qarşı hərbi əməliyyatlara tam haqla başlaya və ciddi nəticələrə nail ola bilər. Indi beynəlxalq hüquq və beynəlxalq şərait Azərbaycanın tərəfindədir.

İşğalçı Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması, ölkəmizin içərilərinə doğru irəliləmək cəhdləri, əsgərlərimizi qətlə yetirməsi, dinc sakinləri girov götürməsi, girovları öldürməsi və meyitləri geri qaytarmaq istəməməsi - bütün bunlar bizə tam əsas verir ki, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlayaq. Biz Azərbaycan hakimiyyətindən müharibənin başlanılmasını tələb edirik. Indi ən əlverişli məqam yaranıb. Bu məqamdan istifadə olunmalıdır! Bu məqamdan yararlanmamaq xəyanətə bərabərdir! Hakimiyyət ya müharibəni başlamalı, ya da istefa verib kənara çəkilməlidir! Başqa yolumuz yoxdur!

 

    Ya Qarabağ, ya ölüm!" 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!