Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 4-08-2014, 19:27

Qondarma rejim sakinlərdən pasportları yığıb ki, əhali Qarabağı tərk etməsin

Cəbhədə döyüşlərin şiddətlənməsi və ölkədəki mövcud vəziyyətlə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyası xalqa ünvanlanmış müraciət yayıb. 
Butov.az saytı müraciətin mətnini təqdim edir:

Milli Dirçəliş Hərəkatı Partiyasının MÜRACİƏTİ

 


Milli Dirçəliş Hərəkatı Partiyasının MÜRACİƏTİ 

Son günlər cəbhədə erməni-rus birləşmələrinin aktivləşməsi nəticəsində, döyüşlər şiddətlənmiş və demək olar ki, dünya ictimaiətinin diqqətini özünə cəlb etmişdir. Heç şübhəsiz ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxınlaşdığı bir vaxtda cəbhədə gərginliyin artması tərəflərin marağına uyğun deyil. Lakin, Rusiyanın hazırda beynəlxalq münasibətlərdə düşdüyü çıxılmaz vəziyyətrdən dolayı, özünün yaratdığı münaqişə ocaqlarından istifadə etmək marağı və iyul ayının sonlarına doğru Ermənistanda yerləşdirilmiş 102-ci hərbi hissəsində dağ təlimlərinin keçirilməsi barədə yayılmış xəbərlər əslində maraqlı tərəfin aşkarlanmasının göstəriciləridir. 
Hardan qaynaqlanmasından asılı olmayaraq, düşmən cəbhədə yaratdığı gərginliyinin layiqli cavabını alır. Azərbaycan ordusunun cavab zərbələri Ermənistanda çaşqınlıq yaradıb. Qarabağda çoxsaylı itgi verən düşmən tərəfi ölkədə etiraz dalğası yaranmasın deyə, Ermənistanla Qarabağ arasında olan mülki rabitəni kəsib və itgilərinin sayını əhalidən gizlətməyə çalışır. Hətda, əldə etdiyimiz məlumatlara görə, vəziyyət o həddə çatıb ki, qondarma rejim sakinlərdən pasportları yığılıb ki, əhali Qarabağı tərk etməsin. Eynı zamanda, Ermənistan hərbi müttəfiqi ilə birgə hərəkətə keçərək, Azərbaycana qarşı informasiya təziqindən istifadə edirlər.
Biz, Milli Dirçəliş Hərəkatı Partiyası olaraq, xalqı mərkəzləşmiş məlumat xidmətindən yararlanmağa və təxribat xarakterli şaiələrə uymamağa çağırırıq. KİV-ni isə, xəbər qaydalarına və xəbər mədəniyyətinə riayiət etmnəyə səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa, cəbhədən gələn şayiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə isə düşmən agenturasının yaydığı yanlış informasiyadır. Ən azından, döyüş şəraitində birinin qəsdən, yaxid bilməməzlikdən ötürdüyü məlumatı dərc etməklə hərbi sirri yaymış ola bilərsiniz. Nəzərə alınmalıdır ki, bu hadisələr fonunda biz erməni mətbuatını necə izləyiriksə, düşmən də bizim mətbuatı elə diqqətdə saxlayır. Bu səbəbdən də media nümayəndələrimizi mətbuata çıxan hər bir xəbərin hansı fəsadlar yarada biləcəyinin məsuliyyətinin fərqinə varmağa çağırırıq.
Bunlardan əlavə, yaranmış gərgin vəziyyətdən kiçik siyasi maraqlar naminə yararlanmaq yolverilməzdir. Biz hakimiyyətin siyasi kursunu ən sərt şəkildə tənqid edən müxalifət partiyalarından biri olsaq da, bu gün üçün xalqa səslənirik ki, düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Toplum olaraq cəbhədəki gərginlikdən siyasi yararlar çıxarmağa çalışanlara qarşı olmaliyiq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq.
Bu sınaqda bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bu bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Bu gün cəbhədə gedən döyüşlər Azərbaycan ordusunun nəzarətindədir. Ordumuz düşmənin layiqli cavabını verir. . Ordumuzun düşmənə ağır zərbələr vurduğunu qarşı tərəf gizlətməyə çalişsa da artıq dünya mətbuatına bu bərədə xeyli xəbərlər sızmışdır.
Düşmənin diversiya qurupunun qəfil hücumunun qarşısını alarkən və sonrakı davam edən şiddətli atışmalarda Azərbaycan ordusu Şəhidlər verdi. Lakin Azərbaycan ordusu ermənilər kimi itgilərini morqlarda gizlətmir, onları Şəhid adına layiq şəkildə son mənzilə yola salır. Vətənimizin müdafiəsi uğrunda verdiyimiz Şəhidlər xalqımızı kədərə boğan qürurlarımızdırlar. Tanrının sevimli bəndələri imişlər ki, Tanrı onları Şəhidlik zirvəsinə ucaltdı. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq başımız sağ olsun deyirik və xalqımıza bu ağır sınaqlarda səbr diləyirik!

Milli Dirçəliş Hərəkatı Partiyası
04.08.2014


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!