Azərbaycan əsilli İran vətəndaşı riyaziyyatçı Məryəm Mirzəxani “Nobel mükafatı”na bərabər tutulan “Filds” beynəlxalq medalını alan ilk qadın olub.
"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Beynəlxalq Riyaziyyat Birliyi ABŞ-ın Kaliforniya ştatında Stanford universitetində dərs deyən Məryəm Mirzəxanini Filds medalı ilə təltif edib."Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Ümid edirəm gələcəkdə bu mükafatı alan xanımların sayı artacaq", deyə xanım riyaziyyatçı bildirib.
Qeyd edək ki, "Filds" medalı 1936-cı ildə Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən təsis olunub. Medal Nobel mükafatı ilə müqayisə edilir. Bu günə qədər "Filds" medalı 56 nəfərə verilib. Lakin Məryəm Mirzəxani mükafatı olan ilk qadındır.