XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 27-08-2014, 15:08

 

“ASAN Könüllüləri” Gənclər Təşkilatının 1-ci Yay Məktəbinin açılış mərasimi keçirilib 

26 avqust 2014-cü il tarixində “ASAN Könüllüləri” Gənclər Təşkilatının 60 üzvünün iştirakı ilə 1-ci Yay Məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli, “IDEA” Təşkilatının nümayəndəsi Nəzakət İsayeva, YARAT Müasir İncəsənət Məkanının eksperti, rəssam Çingiz Babayev, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı iştirakçıları salamlayıb, məktəbin işinə uğurlar arzulayıblar

“IDEA” Təşkilatının nümayəndəsi Nəzakət İsayeva “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilən sosial aksiyalar barədə iştirakçılara məlumat verib. Bildirilib ki, “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq çərçivəsində “Hər kağızı bir yarpağa dəyişək”, Təbiəti qorumağın 10 ASAN yolu və s. kimi sosial məsuliyyət yönümlü layihələr həyata keçirilib.

 

Ekspert-rəssam Çingiz Babayev “ASAN xidmət” mərkəzlərində YARAT Müasir İncəsənət Məkanın rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların nümayiş etdirildiyini diqqətə çatdırıb. Qonaq, həmçinin “ASAN xidmət” mərkəzləri ilə birlikdə həyata keçirilmiş “Sağlam ol və YARAT” qaçış turniri haqqında iştirakçılara məlumat verib.

Digər çıxışlar və təqdimatlar üzrə davam edən tədbirdə iştirakçılar qruplara bölünərək komanda oyunlarında iştirak edib .

Yay Məktəbinin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İdeya Bankı üzrə müvəkkili Fariz Cəfərov tərəfindən layihələrin yazılışı, ideyaların layihəyə çevrilməsi və icrası prosesinə qoşulma imkanları barədə təqdimatın edilməsi nəzərdə tutulur. 

İştirakçılar, həmçinin Mingəçevir su anbarı və elektrik stansiyası ilə tanış olmaq, Kür Avarçəkmə kompleksində avarçəkmə idman növü üzrə öz bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

Yay Məktəbinin 3–cü günündə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov Komissiya tərəfindən həyata keçirilən işlər barədə məlumat verəcək və gənclərin korrupsiya qarşı mübarizədə rolu müzakirə olunacaqdır.

Yay Məktəbinin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi tərəfindən nitq söylənəcəkdir.

 

Qeyd edək ki, Yay Məktəbinin keçirilməsində əsas məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdir.

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!