XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 8-09-2014, 15:44

 

 

4-7 sentyabr 2014-cü il tarixində Bolqarıstan Respublikasında Bolqarıstan Elmlər Akademiyasının, Bolqarıstan Elm və Təhsil Fondunun, Bolqarıstan Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil, Araşdırma və İnkişaf” adlı V Beynəlxalq Konfransda “ASAN xidmət” –in təlim sisteminin təqdimatı həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli-yinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi “ASAN xidmət”-in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış etmişdir.

Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının formalaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunmuşdur.

Müvafiq olaraq dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!