İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
Tarix : 3-10-2014, 09:55

 

Ermənistan xüsusi xidmət orqanlarının İnciqulyan şousu 

Müdafiə Nazirliyinin Məlumatı

Ermənistan kütləvi informasiya vasitələri 2013-cü ilin avqust ayında qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən saxlanılan və cari ilin avqust ayında Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın Yerevana geri qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıblar.
Müdafiə Nazirliyi bildirir ki, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk edərək silahı ilə birlikdə Azərbaycan həbçilərinə təslim olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan etmişdir.
İkincisi, A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib.
Üçüncüsü, o müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub.
Dördüncüsü, A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi Yerevanın hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər.
Beşincisi, erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A.İnciqulyanla guya "ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi" fikri arasında uyğunsuzluğu açıq aydın görünür və bu ermənilərin növbəti uydurması kimi qiymətləndirilməlidir.
AltıncısıAbeynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır.
Sonuncusu və ən əsası. Şübhə yox ki, A.İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə Yerevana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər.
Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın Yerevan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.

 


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!