Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 4-10-2014, 19:26

Strasburqdan təzə xəbər...


 Qənirə Paşayevanın fikirlərini oxuculara təqdim edirik:
"Cənab Prezidentimiz başda olmaqla Avropa Şurası Parlament Assamleyasındakı heyətimizi bu gün AŞPA-da çox vacib bir sənəd- “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabat hazırlamaq üçün məruzəçinin təyin olunması münasibəti ilə təbrik edirəm.
 Böyük və gərgin əməyin nəticəsi idi bu. Bir az əvvəl Siyasi Komitədəki gərgin müzakirələr başa çatdı və səsvermə nəticəsində cənab B.Volterin məruzəçi təyin olunması barədə qərar qəbul olundu. Ermənistan nümayəndə heyəti və havadarlarının bütün səylərinə, cəhdlərinə baxmayaraq nə sənədin adını dəyişə, nə də məruzəçinin təyin olunmasının qarşısını ala bildilər. Ermənistan nümayəndə heyəti sənədin adını heç cür qəbul etməyəcəklərini dedi. Çünki sənədin adında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş bölgələri" ifadəsi Ermənistanın işğalçılığını birmənalı olaraq göstərir. Amma nə qədər cəhd etsələr də adı dəyişə bilmədilər. 
Azərbaycan nümayədə heyəti və ədaləti dəstəkləyən bəzi Avropalı həmkarlarımızın ciddi arqumentli çıxışlarından sonra səsvermədə ad olduğu kimi saxlanıldı. Ermənistan nümayəndə heyətinin məsələni gündəlikdən çıxarma cəhdi də uğursuzluqla nəticələndi. Bu zaman Ermənistan nümayəndə heyəti adından çıxış edən H.Nağdalyan Avropa Şurasını şantaj etməyə başladı və Ermənistanın təyin olunacaq məruzəçi ilə əməkdaşlıq etməyəcəyini bildirdi ki, bu da komitədə çoxları tərəfindən çox mənfi qarşılandı. Ermənistan nümayəndə heyətinin əksər üzvlərinin səsvermə zamanı zalı tərk etməsi də... Məruzəçi olmağa iki namizəd- B. Voltrer və J.K. Minyonun namizədliyi səsə qoyuldu və B. Volter daha çox səs toplayaraq məruzəçi təyin olundu. Ümid edirik ki, B. Volter obyektiv bir məruzəçi olacaq və məruzə hazırlayacaq. Ermənistan isə artıq anlamalıdır ki, işğalçılığı davam etdirməklə bütün beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bundan da ağır vəziyyətə düşəcək. Çünki Azərbaycan bütün istiqamətlərdə güclənir və torpaqlarının işğaldan azad edilməsi üçün mübarizəsi daha da sərtləşəcək. Cənab Prezidentimizi təbrik edirəm. Çünki məhz onun AŞPA-dakı nümayəndə heyətinə rəhbərliyi dövründə gördüyü böyük işlər, 1416 saylı qətnamənin qəbulu bu günkü işlərin əsasını qoyub. Eyni zamanda cənab Prezidentin işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində gördüyü işlər,yürütdüyü xarici siyasət də bu günkü nəticədə böyük rol oynayır. Bununla yanaşı Milli Məclisimiz tərəfindən bu istiqamətdə görülən çoxlu işlər də özünün müsbət nəticələrini göstərir. Uzun illərdir nümayəndə heyətimizə rəhbərlik edən və bu istiqamətdə ciddi işlər görən Səməd Seyidovu, nümayədə heyətimizin üzvü və bu sənəd üzərində ciddi çalışan Elxan Süleymanovu, işğal olunmuş ərazilərimizlə bağlı davamlı olaraq Assambleyada işlər görən, çıxışlar edən, sənədlər hazırlayan bütün həmkarlarımı Rafael Hüseynovu, Rövşən Rzayevi, Əli Hüseynovu, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Fazil Mustafa, Sabir Hacıyev, Fəzail İbrahimli, Aydın Abbasovu və eyni zamanda katibliyimizi, dəstək göstərən bütün dostları və hər birimizi təbrik edirəm. İnşallah bir gün işğal altında olan torpaqlarımızı da Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyik və əsl təbriklər də, əsl bayram da onda olacaq. Bunun üçün isə hamımız əl-ələ verməli və hər birimiz gücümüzün çatdığı qədər bu istiqamətdə işlər görməli, üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!