Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                       
Tarix : 4-06-2020, 09:46
Nitsşeni öldürən mərhəmət... - VİDEO

Ömrünün ən yaradıcı illərində mərhəməti zəiflik əlaməti olaraq kəskin tənqid edən Fridrix Nitsşenin həyatı ağlı başındaykən son gördüyü canlıya göstərdiyi mərhəmətdən sonra məhv oldu.
İtalyanın Torino şəhərində yaşayan Nitsşe şəhər meydanlarının birində gördüyü səhnə qarşısında öz fəlsəfi konsepsiyaları ilə birgə ağlayaraq çökmüşdü. Meydanda dayanan və olduqca yorğun görünən atı hərəkətə keçirtmək üçün faytonçu acımasızca qamçılayırdı. Bu səhnəni görən Fridrix faytona doğru qaçıb, faytonçunu uzaqlaşdırdıqdan sonra döyülmüş və bitkin atın boynunu qucaqlayaraq hönkürtüylə ağlamışdı.
Ağlayaraq bihuş olan Nitsşe ağlını tamamilə və sonsuzadək itirmişdi. Ondan sonra onun qısa həyatını dəlixana və bacısının evindəki xəstə yatağı, ardınca isə iflic keçirərək ölüm tamamlamışdı.
Nitsşenin içində boğduğu ya da boğmağa çalışdığı mərhəmət hissi dəlilik sərhəddini aşacaq səviyyədə partlamışdı. Zərdüştün artıq danışacaq və yazacaq halı qalmamışdı. İnsan sürüsündən “übermensch”(üst-insan/fövqəlbəşər) yaratmaqdan və Salome(Nitsşenin sevgisinə qarşılıq verməyən qadın) kimilərindən/kimi insanlardan sevilmək duyğusunu almaq yerinə bir atı qucaqlayaraq həyatdan bağını qoparmışdı.
Ağıllı Nitsşe son hərəkətilə belə bu günümüz üçün böyük fəlsəfi miras buraxmışdı. Mənfəəti üçün qamçı vuranları, eqo və boşluqları üçün insan duyğusunu və şəxsiyyətini qurban seçənləri yox boynu qucaqlanası canlıları, insanları sevmək lazımdır. Süni və kölə insanlar var olduqca bəşəriyyət daim xoşbəxtlik axtarışında tarix vərəqlərini dolduracaqdır.
O özünün ideal xoşbəxtliyinin iki formasından birinə çata bildi. Fridrixə görə ideal xoşbəxtliyi yaşamaq üçün; insan ya doğulmamalı ya da tez ölməlidir. Və o tez ölümə nail ola bildi. Əslində isə onun doğuluşu insanlığa xoşbəxtlik, ölümü isə sadəcə özünə xoşbəxtlik gətirdi...


Müəllif: Yaşar Shekari
Hazırladı və səsləndirdi: Röya İsrafilova


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!