İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 27-05-2020, 13:05
Ona qovuşacağım günü səbirsizliklə gözləyirəm...

Bir zamanlar vaxtın azlığından, işlərin çoxluğundan və səs-küydən gileylənənlər elə bu günlərdə evdə oturmaqdan sıxılanlardır. Sözün doğrusu, insanların evdə qərar tutmaqdan bezməyi o qədər də qeyri-təbii hal deyil. Axı, ta qədimdən, tarix boyu bəşər övladı hər zaman çalışqan, iş-gücsüz qalmayan, əməksevər olub. Ancaq, şəraitin bu cür çətin olmasına baxmayaraq, gününü uğurla başa vuran, evdə qaldıqda belə boş dayanmayan insanlar olduqca çoxdur. Gününü faydalı keçirən və uğurlu başa vuran insanlar sırasında tələbələr də var. Onlar evdə qalsalar da, gündəlik dərsləri ilə məşğul olur, müəllimləri ilə onlayn formada müzakirələr aparırlar.
Bütün uğurlu addımların atılmasına baxmayaraq, tələbələr doğma universitetləri üçün darıxır, yenidən auditorialarda oturub müəllimlərinin mühazirələrini dinləmək üçün tələsirlər. Elə mən də bu duyğuları yaşayanlar sırasındayam. Üç ildir demək olar ki, hər qarışı ilə dostlaşdığım universitetim üçün çox darıxıram. Tez-tez müəllim və tələbə yoldaşlarımla əlaqə saxlayır, onlarla birgə olan fotoşəkillərə baxıram. Amma, deyəsən, bu ifrat darıxmaq hissindən o qədər də uzaqlaşa bilmirəm. Uzaqlaşmaq demişkən, karantin şəraitindən xeyli əvvəl qrup yoldaşımla söhbət əsnasında Bakı Dövlət Universitetinin (BDU) bizə necə doğma olmasından, ikinci evimizə çevrildiyindən danışmışdıq. Hətta, bir anlıq tələbəlik həyatını başa vurub, universitetdən ayrılacağımız anların bizi necə kövrəldəcəyini düşündüyümüzü də xatırlayıram. Əbəs yerə demirlər ki, tələbəlik illəri ömrün ən gözəl çağlarındandır. Doğrusu, uşaq yaşlarımda valideynlərimin mənə tələbəlik illərindən ağız dolusu danışmaları qəribə gəlib. Özlüyümdə düşünmüşəm ki, görəsən, mən də, eyni duyğuları yaşayacam? Görəsən, hələ yaxından tanış olmadığım bu məkan onlar dediyi qədər varmı?
İllər ötdü, zaman gəlib çatdı və mən də məktəbi bitirib, uşaqlıqdan bəri xəyalını qurduğum universitetə, arzuladığım ixtisasa qəbul oldum. Elə ilk gündən BDU məni xoş bir nəvaziş və mehribanlıqla qarşıladı. Mən artıq valideynlərimin danışdığı, illər keçsə də, unutmayacağım həmin universitetdə idim. Burda özümü daim nələrisə öyrənməli, deyilən və baş verənlərdən dərs çıxarmalı bir şəxs kimi hiss edirdim. Beynimdəki bütün suallar cavablanmış, qəlbim isə hələ uzun müddət davam edəcək rahatlıq içində idi.
Artıq iki aya yaxındır ki, mən doğma universitetimdən uzağam dünyanı bürümüş koronavirus infeksiyasının bitməsini və ona qovuşacağım günü səbirsizliklə gözləyirəm.

Gülçin Cəmil


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!