"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 3-06-2020, 07:24
Çağırılmamış qonaq
Gözlənilməyən və sürpriz gəlişilə hər kəsin həyatında iz qoyan,gündəmdən düşməyən, həyatımızın bir hissəsinə çevrilən mövzu məhz koronovirusdur. Artıq yarandığı ilk günə nəzərən istər virusla bağlı düşüncə tərzində,istərsə də bütövlükdə insanlarda gözlə görüləcək dərəcədə fərqliliklər nəzərə çarpır. İndi həyatımız ikiyə ayrılır: Koronovirusdan öncə və sonra. Bəli,mən belə deyərdim.Covid-19 virusu həyatımıza daxil olduqdan sonra həm dünyada, həm dəinsanlarda böyük dəyişikliklər qaçınılmaz oldu .Ekstrimal vəziyyətlərdə adət etdiyimiz,artıq formalaşaraq möhkəmlənən xüsusiyyətlərimizdə dəyişikliklərin
olması isə labüddür.
Gəlin, biz virusun insanlarda yaratdığı dəyişikliklərə nəzər salaq.İlk növbədə dəyişən məhz qavrayışımız oldu. Belə ki,qəbul etsək də,etməsək də həm həyat tərzimizdə,həm emosional ,həm motivasiya cəhətdən,həm də bu və ya digər şəkildə hadisələri qavramaq tərzimizdə,davranışımızda əhəmiyyətli dərəcədə gözlə görünür şəkildə dəyişikliklər həyatımıza sirayət etdi. Bəs bu dəyişikliklər nələrdir?Hansı sahələrdə özünü biruzə verir ? Bu dəyişikliklərin bizə nə kimi müsbət və mənfi təsirləri vardır və ümumiyyətlə bu dəyişikliklərin həyatımıza daxil olmasına ehtiyac vardımı?
İlk növbədə, virusdan öncəki həyatımızı nəzərdən keçirsək daha məqsədəuyğun olar. Qısaca xatırlasaq görərik ki,bir çoxumuzda emosional cəhətdən kasadlıq müşahidə olunurdu.Empatiya yox dərəcəsində idi.Belə ki, başqalarına qarşı duyarlı,həssas deyildik.Həyatımızla bağlı narazı, şikayətçi, yorğun ampulada idik. İstəklərimizdə doyumsuz,münasibətlərdə eqoist,daha çox “mən” iddiasında çıxış edirdik. Məqsədlərimiz hərisliyə,hədəflərimiz isə reallıqdan uzaqlaşmağa doğru sürətlə irəliləyirdi.Təsadüfi deyildir ki,belə psixologiya bəzi insanlarda natamamlıq kompleksləri ,bəzilərində isə narsistlik yaratmağa başlayır.Bu kimi emosiyalara əsir düşən insan xoşbəxtlik axtararkən özü də bilmədən bədbəxtliyə düçar olur.Belə yaşamaq isə insanda hüzün,yorğunluq,narazılıq,yetərsizlik hissinə qapılmasına səbəb olur.Bütün bunlara “Dayan” əmri vermək isə xüsusi iradə və qətiyyət tələb edir.Bir çox insanlar təbiətən daha çox tabe olmağa meyilli olduğundan özündən asılı olmadan hər hansı bir qüvvənin onu bu vəziyyətdən çəkib çıxarmasını ,həyatına sehirli dəyənəklə toxunmasını gözləyir .Narsist insanlar da isə doyumluluq hissi getdikcə nəzarətdən çıxır və absurd hədəflərə doğru yol alır.
Ailə və iş həyatımızın tarazlığında da getdikcə mütənasibliyi qorumaq xeyli çətin məsələyə çevrilirdi.Beləcə ailə daxili problemlər,valideyn övlad münasibətləri,işgüzar fəaliyyətimiz nəzarətdən çıxmağa başlamışdı.
Xalq olaraq birlik,bərabərlik nümayiş etdirmək də mümkünsüzləşirdi.”Biz” yox “Mən” düşüncəsi hökmranlıq edirdi. Bir sözlə , həm mənəvi,həm də psixoloji cəhətdən tənəzzülə düçar olurduq. Belə bir zamanda bu virus sanki bizlər üçün Tanrıdan göndərilmiş bir xəbərdarlıqdır. ”Oyan və özünə nəzər yetir” - deyir sanki. Hədəflərin üçün cəmiyyəti,ailəni,özünü xərcləməyə dəyərmi?Bu həyatda varlığımızın əsas səbəbini sanki yenidən xatirlatdı. Virusun yeni yarandığı zamanlarda hər kəs də qorxu, panika, həyəcan, təşviş, təlaş, narahatlıq, gələcəklə bağlı ümidsizlik və s. kimi hisslər daha çox xarakterik idi.İnsanlar daha çox çaşqınlıq içində nə düşünəcəyini,nə edəcəyini tənzimləyə bilmirdi.Daha sonra yaranmış vəziyyətlə barışmağa və onunla birgə yaşamağa alışmağa başladıq.Düçar olduğumuz vəziyyətdən maksimum qazanclı çıxmağın yollarını araşdırıb həyatımızda tətbiqinə çalışdıq. Təbii ki,reallıqla arasına qoyduğu pərdəni aralayıb vəziyyətinin inikasını görüb, dərk edib dəyişməyə cəhd edənlər də oldu ,gəldiyi nəticəni qəbul etməyib yoluna davam edənlər də. Ailəsilə problemləri olanlar bu vəziyyətdən istifadə edib münasibətləri müsbət yöndə korreksiya etməyə çalışdılar.Özünə ,ailəsinə daha diqqətli olub zaman ayırmağa fürsət əldə etdilər.Həyatyanı sahəsi olanlar yaşıllaşmaya,ağac əkməyə daha çox diqqət və qayğı göstərməyə başladılar.Bu isə həm psixoloji ,həm də fizioloji cəhətdən müsbət təsir göstərir. Yaşıllıqla məşğul olmaq bir növ terapiya xarakteri daşıyır.Gündəlik rejimimizə daxil etsək və xronikiləşdirsək nəticə də daha yüksək və nəzərə çarpan olar. Mütaliəyə maraq daha da artdı.Elmi araşdırmalara,savadın daha da artırılmasına yönəlmə nəzərə çarpacaq səviyyədə müşahidə olundu .Kitablar daha yaxın sirdaşa çevrildi. Xalqda birlik,bütövlük müşahidə olundu. Ətrafında və ya heç tanımadığı insanlar üçün yardım kompaniyaları təşkil olundu. İnsanlara qarşı daha duyarlı, həssas davranılmağa başlandı. Təəssüf ki, yaranmmış vəziyyətdən özlərinə nəticə çıxara bilməyənlər də az olmadı. Virusun tərbiyə edə bilmədiyi insanları isə mövqelərinin,statuslarının itirilməsi bəlkə də islah edəcəkdir. Psixoloji cəhətdən dəyişikliklər də nəzərə çarpacaq səviyyədə təzahür etdi.Belə ki,empatiya daha çox müşahidə olunmağa başlandı.İstər qarşılıqlı münasibətlərdə,istərsə də ümumilikdə.Gərgin iş rejimi qarşılıqlı münasibətlərdə sərhəd yaratsa da karantin rejimilə bu problem aradan qalxdı.Kommunikasiya vasitələrilə ünsiyyət daha da əyləncəli və əlçatan oldu. Bütün bu müsbət hallarla,dəyişkənliklərlə yanaşı yaranmış vəziyyətin mənfi cəhətləri yenə də insanların narahatlığına səbəb olmağa davam edir. Karantin rejiminin davam etməsi insanlarda stress , panik atak,frustrasiya,həyəcan,pessimizim və s. kimi halları yenə də özündə ehtiva etdirir.Ancaq müsbət haldir ki,belə psixoloji vəziyyətlərin aradan qaldırılmasında insanlar daha həssas,şüurlu yanaşaraq psixoloqlara müraciət edirlər.Tək psixoloqa müraciətlə kifayətlənməyib psixologiyayla daha da yaxından maraqlananlar,təlimlərə qoşulanlar da kifayət qədərdir.Sevindirici haldır ki,bu və ya digər şəkildə psixologiyayla maraqlananların kəmiyyət fərqində artım müşahidə olunur. Psixoloqların cəmiyyətdə, əmək bazarında,iş yerlərində mövqelərinin,əhəmiyyətinin fərqinə varılması,düzgün yanaşma tərzinin formalaşması təqdirəlayiqdir.Ümid edirəm ,”Bir insana bir psixoloq” anlayışı bizim cəmiyyətə də sirayət edəcək və öz müsbət təsirini göstərərək psixologiyanın perspektivliyini artıracaqdır.Artıq teorem yox aksioma kimi qəbul edilməlidir ki, həm həyat fəaliyyətimizin , həm də işgüzar fəaliyyətimizin müsbət dinamik məhsuldarlığı sağlam psixikadan asılıdır. Nəticə etibarilə, bu virus göstərdiki həyatda ən önəmli olan sağlamlıqdır.Sağlamlığımız yerindədirsə deməli həyat qaydasındadır.İkincisi isə azadlığımızdır.Azadlıq da sağlamlıq qədər vacib və əsas şərtlərdən biridir. Bunların qədrini bilək və itirməmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışaq. Və sevdiklərimizin qədrini bilək ,çünki onlarsız həyat dözülməz olardı.Sağlamlıq,azadlıq və sevdiklərimiz yanımızda olmadan xoşbəxtlik
mümkünsüzdür , daim xatırlayaq bunu. Sonda bütün bunlarla yanaşı vurğulamaq istərdimki, həyatda ən böyük qazanc kamillikdir. Unutmayaq, kamil insan şərtlərdən,vəziyyətdən asılı olmayaraq bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır. Hər zaman sağlam, azad, sevdiklərimizin dəyərini bilmək və kamilləşmək ümidilə....

Könül Qocayeva
Psixoloq


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!