Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                       
Tarix : 5-12-2018, 15:12
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin yaradıcılıq sərgisi açılıb

Dekabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda memarlıq fakültəsinin tələbələri Mehdi Əzimzadə, Günay İsgəndərli və Muhammet Alinin yaradıcılıq sərgisi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində fakültənin dekanı Zahidə Məmmədova 3 istedadlı gəncin sərgisinin universitetdə təşkil olunmasını yüksək qiymətləndirib, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tələbələri təbrik edən digər natiqlər də universitetdə keçirilən sərgilərin istedadlı gənclərin üzə çıxarılmasında, ictimaiyyətə təqdim olunmasında əhəmiyyətinndən danışıb, belə tədbirlərin davamlı olmasını arzulayıblar.
Sonra iştirakçılar gənc rəssamların əl işləri ilə tanış olublar.
Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş 70-ə yaxın tablo, qrafik işi və maket yer alıb. M.Əzimzadənin kibrit çöpü ilə hazırladığı məscid maketi sərgi iştirakçıları tərəfindın maraqla qarşılanıb. Onun 5 ay ərzində ərsəyə gətirdiyi məscid maketi azan sədaları altında elektriklə işıqlandırılıb. Maketin hazırlanmasında kibrit çöpləri ilə yanaşı, karton və alüminiumdan da istifadə olunub, kümbəz hissəsi isə dekorativ qaşlarla bəzədilib. Maketin yığılmasına 10 mindən çox kibrit sərf edilib. Digər diqqətçəkən iş isə Türkiyədə 15 iyul hadisələrinə həsr edilən Şəhidlər körpüsü olub. G.İsgəndərli və M.Alinin yağlı boya və karandaşla çəkdikləri rəsmlər də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Sərgi dekabrın 20-dək davam edəcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin yaradıcılıq sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin yaradıcılıq sərgisi açılıb


Paylaş



Bölmə: Maarif / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!