“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 19-12-2018, 07:46
2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı

2019-cu ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.
Butov.az xəbər verir ki, DİM-dən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.
Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.
Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq.
Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.
Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları 26 yanvar (A növü) və 17 fevral (B növü) tarixlərində keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur.
Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.


Paylaş



Bölmə: Maarif / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!