Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                        Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ .....                       
Tarix : 16-01-2019, 16:02
Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi

AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat mərasimi keçirilib.
Butov.az xəbər verir ki, AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açır.
Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə edib. O, bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilib.
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil Fərzəlibəyli, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.
Təqdimat mərasimində BDU-nun Qafqazşünaslıq ixtisasında təhsil alan tələbə və magistrlar iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!