UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 22-09-2017, 15:50
MƏDƏNİYYƏT MÜŞAVİRLİYİ ŞƏHİD ÖVLADLARINI SEVİNDİRDİ



Şəhid və qazilərin övladlarına mübariz Çanaqqala Ruhunu hiss etmələri üçün gözəl imkan yaradılıb. Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Müşavirliyinin dəstəyi ilə Azərbaycan Qazi Qadınlar Dərnəyi Qarabağ şəhid və gazilərinin övladlarından ibarət 25 nəfərlik heyətin Türkiyənin bir neçə şəhərini də gəzməklə Çanaqqala şəhərinə səfərini təşkil edib.

"Sherg.az" xəbər verir ki, Mədəniyyət Müşavirliyinin azərbaycanlı uşaqlar üçün həyata keçirdiyi bu layihə Türkiyədə "Qazilər Həftəsi” çərçiəsində baş tutur.

"Qazi Övladları ilə Çanaqqala Gəzintisi" uşaqlar tərəfindən fotoşəkil və videoçəkilişlər vasitəsiylə yaddaşlara həkk olunacaq. Sonradan onların arasından seçilən bir çox şəkil və videogrüntülər mediada yayımlanacaq və xüsusi sərgidə nümayiş etdiriləcək.

Layihə iştirakçıları Türkiyədə bayram edilən "Qazilər Həftəsi" çərçivəsində İqdırdan Çanaqqalaya qədər ziyarət etdikləri şəhərlərin rəsmiləri və QHT təmsilçiləri bir sıra görüşlər keçirəcək, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Qarabağ qazi və şəhidlərinin övladları Bakıdan sentyabrın 13-də Türkiyə səfirliyinin qarşısında xatirə fotoşəkili çəkdirərək yola çıxıblar. Heyətin ilk dayanacağı Türkiyənin İğdır şəhəri olub. Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Müşavirliyinin dəstəyi ilə həyata keçirilən səyahətdə qonaqlar İğdır soyqırım abidəsi qarşısında şəhər rəsmiləri və geniş ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıb, onlara hədiyyələr verilib. Iğdır'da bir neçə saat istirahət etdikdən sonra qonaqlar Uşağa yola düşüblər.

Səfərdə iştirak edən Qarabağ qazi və şəhid övladlarının bu gün Uşakda görüşlər keçirəcəkləri gözlənilir. Səyahət iştirakçıları sentyabrın 18-də Çanaqqalada olacaq, sentyabrın 19-da burada Qazilər Günündə iştirak edəcəklər. Qarabağ qazi və şəhid övladları eyni zamanda Manisa, Afyon və İzmirə də baş çəkəcək, oralardakı şəhidliklər və tarixi yerləri də ziyarət edəcəklər ... Sentyabrın 22-də Bakıya dönməsi planlaşdırılan layihə iştirakçılarının proqramlarn imkan verəcəyi təqdirdə Ankaraya da baş çəkmələri gözlənilir...





Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!