Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 27-09-2017, 11:23
Gənc politoloqların "Gənclər Düşərgəsi"


Gənc Politoloqlar Mərkəzi “İctimai iştirakçılığın təmin olunması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsində gənclərin rolu” - Gənclər Düşərgəsinin təşkili layihəsinin icrasına start verdi.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən təlim proqramı dörd gün davam etmişdir. Layihənin əsas məqsədi gənc liderlərə şəffaflıq, hesabatlılıq, ictimai iştirak və məsuliyyətli vətəndaş prinsiplərini aşılayan bilik və bacarıqları tədris etməklə onların açıq və məsuliyyətli idarəetmənin müdafiəçiləri olmasına nail olmaqdır.

Dörd günlük düşərgə müddətində 20 gənc təlim və müzakirələr ilə yanaşı interaktiv tədris sessiyaları və praktiki oyunlardan ibarət proqramdan da yararlandılar.

“Hüquqi dövlətdə demokratik institutların möhkəmləndirilməsində ictimai nəzarət və şaffaflıq kimi prinsiplərin rolu mühümdür. İctimai nəzarət demokratik institutların əsas atributlarından olub, əsasən sosial davranış qaydalarını tənzimləməklə, cəmiyyətdə davranış normalar sistemini təsbit edir.İctimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılmasında ictimai sektor ilə yanaşı vətəndaş cəmiyyəti institutları - QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri və gənclərin rolu əsasdır”, Gənc Politoloqlar Mərkəzinin rəhbəri İkin Əliyev konfransın açılışında bildirdi.

Gənc Politoloqlar Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!