UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 1-12-2017, 07:28
Unudulmuş arzular



Qadın fədakarlığıyla tanınar, qəlbiylə sevər, ağlıyla hərəkət edər. Yaşamaqdan əvvəl, yaşamağı düşünər. Arzularıyla böyüyər, övladları üçün yaşayar. Ailəsi üçün bütün arzularından keçər. Sevdiyi adama görə xəyallarından imtina edər. Əzizlənər, hörmət edilməsini istəyər. Bacardığından artıq belə sevər, sevdirər. Ailəsini hər kəsdən, hər şeydən üstün tutar. Belə də olmalıdı, axı. Ailə müqəddəs məbəddi. Yad baxışdan, kənar fikirdən, özgə düşüncəsindən uzaq tutmağa çalışar. Lazım gəlsə, canından belə keçər. Səbr və təmkinlə övladlarını böyüdər. Həyatında hər hansı pis hadisə baş verərsə, belə övladları üçün dözər. İçin-için ağlayar, amma heç kim anlamaz. arzularınıunudar, özü belə xatırlamaz. Düşüncələri uzaqlaşar, hiss etməz.

Bilirsiniz niyə? Ailəsinə bağlandığı üçün. Yaşadığı müddətdə xəyanət kölgəsini, xoşbəxtlik şəfəqindən uzaq tutar.Artıq onun arzuları, düşüncələri övladları və sevdiyi adam olar. Ta ki, qəlbi qırıldıqda, xəyanət gördükdə, övladı naxələf olduqda, unudulmuş arzuları, sərt bir külək kimi üzünə vurar.Külək saçlarını daramaz, sanki yolar. Yazı yaşarkən, qışın ani gəlişi kimi saçları ağarar. Aynaya baxmağa belə tərəddüd edər. Fəda etdiyi ömrün, mükafatı bumu deyə, özündən hesab sorar. Yox, belə olmamalıydı! Bunları haqq etmədim, edəcəkdə heç bir iş görmədim. Hər gecə düşünər, cavab axtarar yaşadığı illərin sonluğuna. Lakin çarəsiz qalar. Axtardığı cavab indi ondan çox uzaqdadı. Unudulmuş arzular,sonsuz asimana yol alıb getmiş…



Günel Ağayeva


Paylaş



Bölmə: Ana seife
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!