Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 25-01-2018, 08:44
Hərbi hissədə bir gün


“Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür”. Bu ifadəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğuna dair çıxışlarının birində söyləyib.


Müdafiə Nazirliyindən verilən xəbərə görə, ötən ilin sonlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi N nömrəli hərbi hissədəyik. Burda yaradılmış yüksək təminat şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, nizam-intizamın, fiziki hazırlığın yüksəldilməsi və mədəni-asudə vaxtın düzgün təşkil edilməsinə imkan yaradır. Əsgərlər həftədə bir dəfədən gec olmayaraq hamamdan istifadə edirlər. Camaşırxanada quraşdırılmış paltaryuyan və quruducu maşınlar şəxsi heyəti istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edir.

Qazanxana ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunub ki, bu da şəxsi heyətin sosial şəraitinin müasir tələblərə cavab verdiyini sübut edir. Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissənin yeməkxanasında hər bir şərait yaradılıb. Hərbi hissəyə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir. Xanım aşpazların qayğıkeş münasibəti sayəsində yeməklər ev yeməyindən heç də fərqlənmir.

Yüksək nizam-intizam hər bir hərbi hissənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Şəxsi heyətin nizam-intizamını və sıra vərdişlərini təkmilləşdirmək məqsədi ilə həftədə iki dəfə bir saat ərzində sıra hazırlığı məşğələsi keçirilir. Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş hazırlığını mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu məqsədlə plana əsasən əsgərlərə həftədə iki dəfə ictimai-siyasi hazırlıq dərsləri tədris olunur ki, bu da onlarda ruh yüksəkliyinin artmasına, hərbi bilik və bacarıqların döyüş zamanı düzgün istifadəsinə səbəb olur.

Ön xətdə xidmət hər bir hərbçi üçün məsuliyyət və xüsusi bacarıq tələb etdiyi kimi eyni zamanda şərəf və qürur mənbəyidir. Hərbi hissənin ön xətdə yerləşən bölmələrində də xidmət günün nizam qaydalarına uyğun olaraq davam edir. Döyüş növbətçiliyi aparan şəxsi heyət bir müddətdən sonra arxa bölmələrlə əvəz olunur. Şəxsi heyətin döyüş bacarığı və ruh yüksəkliyi, dövlətimizin dəstəyi, xalqımızın iradəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə bizi bir daha əmin edir.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!