“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 14-02-2018, 22:08
O duyğular, o hisslər indi mənə çox yaddır...


O duyğular, o hisslər indi mənə çox yaddır...

Evə təzə gəlmişəm,
Saat təxmini ondur,
Bu gün yaman yoruldum,
Reportaj, müsahibə...
Xeyli vaxtımı aldı.
Tünd bir çay içmək üçün,
Dedim mətbəxə keçim
Bilmədim, nə oldusa,
Qəfil yadıma düşdün,
Telefonu götürüb,
Düşündüm ki, zəng edim,
Bir səsini eşidim,
Kefini xəbər alım.
Axı neçə vaxtdır ki,
Sənə həsrət qalmışam.
Nə üzünü görürəm,
Nə sənə qulaq asıb,
Yanında dinc oluram.
...O duyğular, o hisslər
İndi mənə çox yaddır...
Görəsən, yatmısanmı,
Ya kimləsə danışıb,
Şirin şirin gülürsən?
Heç, ola bilsin ki, mən,
Yadına da düşmürəm.
Əl-ayağım əsərək,
Bir az da həyəcanla
Nahəyət, güc toplayıb,
Nömrənə zəng elədim.
Üç çağırışdan sonra
Bir səs gəldi o başdan
-"Alo, salam, kim idi"?
Bu səs, bu ton, bu ahəng
Məni keçmişə apardı,
Xatirələr bir anlıq,
Salam verib, yan ötdü.
"Eee..."-ömürlük fasilə
Heç bilmədim nə deyim,
Dil-dodağım qurudu.
Belə çətin nə var ki?
Heç özüm də bilmirəm.
Niyə çox darıxdığımı,
Səni istədiyimi
Birnəfəsə, durmadan
Hətta ən yaxşı, ülvi
Gözəl bir şeir kimi
Mən söyləyə bilmirəm.
-"Alo, alo, buyurun."
O səs yenə söylədi.
-"Necəsən, nə var, nə yox?
Mən o həmin oğlanam"
-"Hansı oğlan, kimsiniz?
Gecənin saatında
Narahat edirsiniz."
-"Bu mənəm, sənin dostun
Yarı yolda qoyduğun
Məni qoyub getdiyin,
Saf, dürüst həmin yoldaş ."
Danışdıqca elə bil,
Xeyli rahat olurdum.
Hər saniyədən sonra
Bir-iki söz gözləyirdim.
Mənimtək darıxdığını
Həmin gözəl günləri
Bir xatırlamağını
Yenidən bircə-bircə
Mənə söyləməyəni
Yaman çox istəyirdim.
-Hə, tanıdım, necəsən?
Elə bil, dəyişmisən...
-Şübhəsiz, düz deyirsən,
Sən gedəndən bu yana
Əlbəttə, dəyişmişəm,
Daha ağıllanmışam.
Heç kəsə bağlanmıram,
İnsanlara öyrəşib,
Ömrümü puç etmirəm.
-Bax, buna çox sevindim...-
Gülə-gülə söylədi,
Bəlkə də, heç gülmədi...
-Daha nələr etmisən?
"Kaş, bunu soruşmazdın,
Nələr etməmişəm ki?
Sənin getdiyin gündən,
Hər dəfə gecələri
Bircə səni düşünüb,
Xəyalınla yatmışam,
Ürəyim sıxılanda,
Onunla danışmışam.
Gündüzlər çətin olub,
Evdə, işdə, hər yerdə
Qəfil xatırlamışam.
Bir vaxtları birlikdə
Keçdiyimiz yollarda
Səni çox axtarmışam,
Tapıb və itirmişəm.
Daha nələr etmişəm?
Şəkillərə baxaraq
O günləri anmışam,
İlahi, hər şey gözəl,
Biz necə də xoşbəxtdik..."-
-Yox, heç düzəlməmisən,
Yadında o vaxtları,
Demişdim, anı yaşa?..
-Hə, hə, xatırlayıram,
İnan, elə edirəm,
Amma sənlə yaşamaq,
Hətta etiraf etsəm,
Yaşlanmaq istəyirəm.
-Yenə dostuq, unutma,
Həmişə yanındayam,
Nə vaxt kömək istəsən
Hamıdan tez çataram.
-Bəs bu zülm nəyə lazım?
Məni niyə özünlə
İmtahana çəkirsən?
-Məni diqqətlə dinlə,
Sabah uzağa getsəm,
Ya da necəsə ölsəm
Möhkəm olmağın üçün
Yenə əvvəlki kimi
Hamıya, hər şeyə
Meydan oxuman üçün,
Mən bax, belə edirəm,
Sənə qüvvət verirəm.
- Axı mənə qüvvət yox,
İndi məhz sən lazımsan.
Nə olar ki, qayıt, gəl,
Yenə mənə irad tut...
-Yox, daha çox gecdir,
Nə yaşadıqsa unut,
Unut bütün səhvlərtək,
Edilmiş günahlartək...
-Yaxşı, çalışaram ki,
Silim olan hər şeyi,
Sənlə keçən günləri.
-Hələlik. Lakin sonda,
Bircə xahiş də edim
Məni narahat etmə
Bu, mənə də, sənə də-
Bizə dəhşət, ziyandır.
-Biz qalıbmı hələ də?
-Əlbəttə. Dedim dostuq.
-Yaxşı, sən də çox sağ ol,
Gözəl günlər yaşadıq,
Yaşatdığın günlərçün,
Həqiqətən, çox sağ ol.
...Telefonu söndürdüm,
Çay lap çoxdan soyuyub,
Elə bil ki, nədənsə
O da küsüb, inciyib.
Çay nə fayda verir ki?
Gərək içki içəsən ,
Gedənləri unutmaqçün
Başqa dünya tapasan...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!