Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 21-05-2018, 16:45
Tampliyer: Tufandan əvvəl sakitçilik


Yerüsəlim çox gözəl şəhərdir. Burada möhtəşəmlik və sadəlik uyğunlaşır. Üç dinin qovuşması, bu şəhərə xüsusi gözəllik verir. Müsəlmanlar, xristianlar və yəhudilər burada sülh və əmin amanlıqda yaşayır. Birlikdə yaşayır, bazarda ticarətlə məşğul olur, həyata sevinir və qan tökmədən öz problemlərini həll edirlər. Heç adamın inanmağı da gəlmir ki, Birinci Səlib Yürüşündə törətdiklərimizdən sonra, xristian və müsəlmanlar arasında sülhün bərqərar olması mümkün olsun. Əgər mən əvvəllər şayiələrə inanırdımsa, indi öz gözlərimlə görürəm ki, Yerüsəlim həqiqətən də cənnətdir.
- Necə fikirləşirsən, bizim törətdiklərimizdən sonra müsəlmanlarla necə sülhə nail olmaq mümkün idi?
- İndiyi kimi gözlərimə inana bilmirəm ki, bu mümkün olub. Biz ay şəhərindəyik və elə bil nağıldayıq, burada milliyyətindən və dinindən asılı olmayaraq, hamı bərabərdir. Mən bunu dərhal şəhərə daxil olarkən gördüm, burada milliyyətindən asılı olmayaraq hamı çox mehriban, öz ticarətləri ilə məşğuldular.
- Bütün bunlar hamısı Balduin IV, Renenin hökmranlığı vaxtında olub. O, Səlahəddinlə sülhə nail olmuşdu. Müsəlmanlar, xristianlar və yəhudilər təkcə Yerüsəlimdə deyil, bizim bütün krallıqda sülh və əmin-amanlıq içində yaşayırlar. Bütün gördükləriniz, hamısı onun əməyinin bəhrəsidir.
- Kralı gördüz?
- Bəli Rene, cavanlığına baxmayaraq, çox müdrik, ədalətli və ən əsası isə sadə insandır. Balduin on yeddi yaşında, kiçik bir qüvvə ilə Səlahəddinə qalib gəlmişdi. Bu kiçik bir hadisə deyil.
- Komandan, mən kralımızı görə bilərəmmi?
- Özünü göstər Rene, sübut et ki, çiynində daşıdığın xaça layiqsən, bax onda kralı görmək və bəlkə də şəxsi qvardiyasına düşmək şansın olacaq.
- Bəs mən komandan? O, Jozef, sənsiz bir günümüz olmasın. Sən bizim Təriqətimizin sadəlik və təvazökarlıq rəmzisən.
Komandan, heç olmasa bu müqəddəs şəhərdə məni lağa qoymayın. Yoxsa günlərin bir günü inciyib, təriqətdənçıxaram və gedib xahiş edərəm ki, məni özlərinə Qospitalyer qəbul etsinlər. Onlar məni qəbul edəcəklər, çünki yaxşı döyüşçü küçədə tökülüb qalmayıb.
- Jozef, çox çəkməyəcək ki, onlar özləri səni geri qaytaracaq, hələ üstəlik pul da verəcəklər.
-Siz çox mehriban insansız, komandan.
-Bilirəm, siz hələlik məşq edin, mən isə gedim Magistrin yanına, bəlkə bizə nə isə tapşırığı ola bilər. Çoxdandır bekar oturmuşuq.
- Necə məsləhətdi komandan. Biz iki saata yaxın məşq etdik. Mən və Jozef istənilən tapşırığa hazır idik. Bizim üçün əsas borcumuzu yerinə yetirib, evimizə qəhrəman kimi qayıtmaq idi.
-Rene, sən ev üçün darıxırsan?
- Xeyr Jozef, mən çalışıram ev barədə düşünməyəm və sənə də eynisini məsləhət görürəm. Bu insana çoxmane olur və haradasa səni zəiflədir.
- Sən sərtləşmisən qardaş və bu yaxşı əlamətdir, amma yenədə …. Keçmişi unutmaq olmaz.
= Mən unutmuram, sadəcə olaraq bu günkü günlə yaşamaq istəyirəm.
- Bizim məqsədimiz Müqəddəs Torpağı və onun üzərində sülhü qorumaq və əgər həyat üzümüzə gülərsə, evə sağ-salamat qayıtmaqdır.
- Necə buyurursuz, əlahəzrət.
-Bəsdi meymunluq elədin. Budur, səni artıq öldürüblər.
- Bu sayılmır, mənim başım söhbətə qarışdı, səndə bundan istifadə edib, qılıncımı əlimdən sala bildin.
-Döyüşdə qardaş, heç kim dayanıb gözləməyəcək ki, sən fikirlərini toplayasan, səni sadəcə öldürəcəklər.
-Dərsinə görə çox sağol. Mən bunu nəzərə alaram əlahəzrət.
- Sən hələ uşaq kimi də qalacaqsan, gedək yaxşısı yeyək.
- Bax, bu oldu əla.
- Bir balaca gözləyin, uşaqlar.
-Komandan.
- Azad.Mən Maqistrlə danışdım.Kral axşam ziyafət təşkil edir.Ziyafətə özünü göstərmiş cəngavərlər dəvət olunub və mən də qərara gəlmişəm ki, size də özümlə ora aparam.
- Bu bizim üçün böyük şərəf olardı.
- Özünüzü qaydaya salın, axşam saraya gedəcəyik.
- Baş üstə.
******
Kralın sarayı Yerüsəlimin mərkəzində yerləşirdi. Təriqət üzrə qardaşlarımız bizə danışırdılar ki, Səlib yürüşünə qədər saray şəhərin hökmdarına məxsus idi. Şəhər alındıqdan sonra, orada Yerüsəlim Krallığının hökmdarları yaşamağa başlamışlar. Saray şərq üslubunda tikilmiş, lakin bir balaca fransız üslubuna dəyişdirilmiş çox gözəl saraydır. Gözəlliyinə baxmayaraq, bu sarayda, Fransada və qərbin bir çox ölkələrində qəbul edilmiş dəbdəbəlik və ehtişamlıq yoxdur. Saraya gəldikdən sonra bizi tövlədə təriqətin serjantı* qarşıladı. Atları qulluqçuya təhvil verdikdən sonra, bizi birbaşa sarayın zalına yola saldı. Daxildən saray çöldəki kimi idi. Sarayın dəhlizlərinə çöldən işıq düşürdü, sanki heç axşam düşməmişdi. Bizim saraylarda əsasən zallar işıqlandırılır, dəhlizlərdə isə biz şamla gəzirik və yaxud bütün keçid boyu bir-iki şam yandırılır. Zalın girişində, sağ və sol tərəfdən, sinələrində ağ-qara xaç olan iki Qospitalyer dayanmışdı. Zala keçidikdən sonra biz serjanta minnətdarlığımızı bildirdik və o dərhal bizi tərk etdi. Zal çox işıqlı idi, böyük və bəzəkli masalar yan tərəfdən örtülü, ortada isə çoxlu boş yer var idi.
- Burada müxtəlif təbəqəli insanlar var, elə deyilmi komandan?
-Bəli Rene, bura bütün təriqətlərdən cəngavərlər, Yerüsəlim krallığının baron və qrafları dəvət olunublar.
-Qadınları çox gözəldir.
- Jozef, axı sən cəngavərsən və müəyyən mənada həm də zəvvarsan! Mübahisə etmirəm Rene, lakin mən nə edə bilərəm, mən cavan oğlan, onlar gözəl qadınlar, onları görməmək və dəyərləndirməmək mümkün deyil.
-Sənin sözlərindən elə çıxır ki, biz xədimik?
-Yox, Allax eləməsin, sadəcə siz daha təmkinlisiniz, mən isə sadəcə adamam.
- Deyəsən indi bir nəfər qayıdacaq yenidən kazarmanı yığışdırmağa.
-Susdum komandan, siz söhbətinizə davam edin, mən isə hələki, kral yoxdur, sizi bir müddətlik tərk edim.Xanımlara cəngavərlərin qəhrəmanlığı və onların ağır talehi barədə söhbətlər çox maraqlı olar.
-Get, amma muğayat ol, çaşıb evli qadına yaxınlaşarsan.
-Əsas odur ki, rahibə olmasın, bəlkə də olsun, fərq etməz.
-Kxe kxe.
-Susdum komandan, Rene.
-Get daha.
- Rene o bir gün özünü zibilə salacaq.
- Bilirəm komandan və bizonu xilas etməli olacağıq.
- Düz deyirsən, amma neyləmək olar, biz ona cavabdehik.Gərək fikirləşək, necə onu geri Fransaya qaytaraq.
- Onsuz biz çox darıxacağıq, həm də baxmayaraq ki, o zəhlətökəndir, amma yaxşı döyüşçüdür.
- Həmişəki kimi sən haqlısan Rene.
Biz dayanıb söhbətləşirdik.Vaxtaşırı təriqət üzrə qardaşlarımız və başqa cəngavərlər yaxınlaşıb salamlaşırdılar.Bir müddət keçdikdən sonra kral öz əsabəsi ilə göründü. Orta boylu, başı kapüşonla örtülü, üzündə gümüşü maska, geyimi və əlcəkləri isə düm ağ rəngdə idi. Şaiyələr özünü doğruldurdu, kral cüzəm xəstəliyinə düçar olmuşdu.Möhtəşəmliyinə baxmayaraq, bu cavan oğlan solurdu.Bu xəstəliyin çarəsi yox idi.
Onun arxasınca, qadının, böyük ehtimalla həyat yoldaşının əlindən tutmuş, iri bədənli, cəngavərdən daha çox donuza bənzər, kürən və dolu, xoşagəlməz bir görkəmli kişi gəlirdi. O gedə-gedə, qabaqdakı kişinin qulağına nəsə pıçıldayırdı. Onun arxasınca bir qadın rahibə və qız gedirdi.Onu gördükdə mənim sanki nəfəsim kəsildi, mən iflic oldum. O çox gözəl idi. Qeyri-adi qara saçları, əsrarəngiz gözəl gözləri.Şərqdə belə deyim var. Gözlər qəlbin güzgüsüdür. Onun baxışları təmiz və məsum idi, ağ donda isə, o sanki bir mələk idi.
- Rene, sən məni eşidirsən? Rene.
-Üzr istəyirəm komandan, fikrim yayındı.
- Eybi yox, olur, əyləş.
Kral əyləşdikdən sonra, biz də əyləşdik, tanrıya dua edib, yeməyə başladıq.
-Bir söz soruşmaq olar.
- Buyur Rene.
-Kralla gələnlər kimdir?
-Kralın sağındakı onun yaxın dostu Raymond Tripolitanskidir, sol tərəfdən kralın bacısı və kralın yerinə göz dikmiş və sarasinlərlə müharibə etmək istəyən yeznəsi Qi De Luzinyandır.Çox xoşagəlməz insandır.Onun yanında insan cildində iblis olan, libasında qırmızı xaç olan Rene de Şatinyondur.Onların hər ikisindən uzaq durmaq məsləhətdir.
- Bəs o qadın rahibə və qız kimdir?
- Rahibə bizim kralın dayəsidir, demək olar ki, ikinci anasıdır.
- Bəs qız? Belə de, necə də məharətlə söhbəti başlayıb, keçdin əsas mətləbə.
-O kralın qohumudur. Səhv etmirəmsə əmisi qızıdır.
- Üzr istəyirəm kobudluğuma görə, adını bilmirsiz?
- Mariya.
******
Biz dinməzcə yeyirdik. Birdən kral sükutu pozdu.
- Mən sizin hamınızı burada görməyə çox şadam. Qoy tanrı hamınızı qorusun. Mənim sizi bura yığmağımın səbəbi, Müqəddəs torpaqda əmin-amanlığın bərqərar olmasının növbəti ildönümünü qeyd etməkdir. Lakin təəssüflər olsun ki, bəzi insanlar bu sülhü istəmir. Mənim qulağıma xəbərlər çatıb ki, bizim dənizlərdə dəniz quldurları peyda olub. Onlar dənizdə azmış kimi, hələ bir sahilə yaxın kəndlərə də hücum çəkib, quldurluq edirlər. Bizim din qardaşlarımızı və müsəlmanları soyurlar, öldürürlər. Bu məsələni boş buraxmaq olmaz.
Komandan Jak de Rifor, buradasız?
- Qulluğunuzdayam mənim kralım.Siz və admiral Diyeqo bu məsələnin sonuna çıxmalısız. Admiral dənizdə, siz isə quruda.
- Bacaracaqsız?
-Bəli mənim kralım.Biz sizin əmrinizi canla-başla yerinə yetirəcəyik və torpaqlarımızda əmin-amanlığı bərpa edəcəyik.İcazənizlə sizi tərk edib, səfərə yollanım?
- Sizi ləngitməyə lüzum görmürəm, buyurun.
*******
Kazarmaya qayıdan kimi biz dərhal atların və ləvazimatların hazırlaması ilə məşğul olduq və sübhdən yola düşdük.Nəhayət ki ilk tapşırıq, özü də kralın özündən.

*Tampliyerlər təriqətinin serjantı - orduya dəstək üçün köməkçi dəstələr.
Tamerlan İldırım


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!