"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 14-08-2017, 10:55
Azərbaycanın parlament diplomatiyası – nələr etmişik?


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq fəaliyyətində önəmli rol oynayır.
Bəs, Azərbaycanla bağlı məsələlərin, həqiqətlərin çatdırılmasında Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılır?


Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-ABŞ, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qeyd edib ki, Braziliya parlementində Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazisinin işğalı ilə bağlı çıxışlar edib.

“İşçi qrupun Braziliya səfəri olub. Parlament rəhbərliyi ilə müxtəlif görüşlər keçirilib. Azərbaycan parlament diplomasiyası son illərdə öz işini gücləndirib. İşçi qruplarının sayı artıb və onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün iş görür, görüşlər keçirir. Bu istiqamətdə parlament diplomatiyasını gücləndirərək Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə çalışırıq. Həmçinin ABŞ və Avstriya parlamentariləri ilə görüşümüz zamanı da Dağlıq Qarabağla, Xocalı soyqrımı ilə bağlı məsələlər qaldırılır. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələr istiqamətində çox böyük nailiyyətləri var.

“Parlamentlərarası əlaqələrimiz daha da genişlənib. Dünyanın elə bir güşəsi yoxdur ki, orada Azərbaycan deputatları ilə həmin ölkənin parlamentariləri arasında görüşlər, qarşılıqlı səfərlər olmasın. ABŞ-ın bir sıra ştatında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, Xocalı soyqırımını anma mərasimi, həmçinin həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan-ABŞ əlaqələrinə həsr olunan bir sıra konfranslar keçirilib.

ABŞ-ın 20-ə yaxın şatatı Xocalı soyqırımını tanıyıb və düşünürəm ki, bu, ən böyük uğurlarımızdan biridir. Cənubi Amerika ölkələri sırasında Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Azərbaycan parlament heyətlərinin orada çıxışları zamanı Dağlıq Qarabağ bir nömrəli məsələ kimi öz əksini tapır.
Xüsusilə Avropa Şurası, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsinin qaldırılması çox böyük əhəmiyyət daşıyır. Azərbaycan haqqında reallıqları Avropa ictimaiyyətinə, avropalı həmkarlarımıza hər zaman deputatlarımız geniş məlumatlar verirlər. Ermənistanın işğalçı bir ölkə olmasını dünyaya sübut edirlər”.

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə deyib ki, bu qrup xətti ilə bir neçə dəfə Tacikistana səfər edib.

“Tacikistanda olduğum dövrdə parlamentin rəhbəri, rəsmi və ictimaiyyət üzvləri ilə görüşlər keçirmişəm. Həmin görüşlərdə Azərbaycan haqqında, Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı məlumat vermişəm. Eyni zamanda Azərbaycanda müddətini başa vurmuş Tacikistan səfiri ilə görüşlərim olub. Həmin görüşlərdə də Azərbaycan həqiqətləri ilə bağlı məsələlərə toxunmuşam.

Həmçinin Tacikistana etdiyimiz səfərlər zamanı, parlamentarilərlə görüşlər zamanı da Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı onlara məlumat vermişəm. Bildiyiniz kimi mən 8 işçi qrupunun üzvüyəm. Bununla bağlı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında heç bir ölkə ilə fərq qoymuram. Görüşlərimizin, münasibətlərimizin hər birində Azərbaycanla bağlı obyektiv və dolğun informasiyaların verilməsinə çalışırıq. Həmçinin ölkələrin parlamentariləri, universitet müəllimləri, tanınmış insanları, keçmiş dövlət xadimləri ilə görüşlərdə də bu məsələnin onların diqqətinə çatdırılmasına nail olmaq istəyirik. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!