“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 14-08-2017, 13:08
“Gənclərin Simulyasiya Akademiyası” başlayıb


“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin Simulyasiya Akademiyası” layihəsinin əsas məqsədi – ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etməkdən ibarətdir.

“Gənclərin Simulyasiya Akademiyası” başlayıb


Layihə müddətində “Biznes plan və sahibkarlıq”, “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” və “Dövlət strukturlarında qərar qəbulu” kimi mövzularda təlimlər peşəkar təlimçilər tərəfindən həyata keçiriləcəkdir.
Layihənin 1-ci günü təlimçi MirƏziz Əzizli tərəfindən “Biznes plan və sahibkarlıq” mövzusunda təlim keçirilib. İştirakçılar təlim mövzusu haqqında ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

“Gənclərin Simulyasiya Akademiyası” başlayıb


Layihə çərçivəsində Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş “Azərbaycan 2020 : gələcəyə baxış ” inkişaf konsepsiyası – strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunmamalıdır. Yüksək elmi-texniki yenilik və tərəqqinin istifadəsini uğurla tətbiq etmiş dünya ölkələri təcrübəsində sözügedən məsələnin əhəmiyyətini dərk edə bilərik. Eyni zamanda ölkənin iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Məhz yuxarıda sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyillərinin artırılması, qərar qəbul etmə prosesində risklərin idarəolunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq “Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası nəzərdə tutulub.

“Gənclərin Simulyasiya Akademiyası” başlayıb


Təlimlərdən sonra workshop(qrup işləri) ilə gənclər tərəfindən Simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanıb, müxtəlif qurumlara təqdim ediləcəkdir.

“Gənclərin Simulyasiya Akademiyası” başlayıb


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!