“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 14-08-2017, 14:28
Bilərsənmi?


Fərz et ki, ətrafında gördüyün hər nə varsa, xəyaldır. Sən, mən, yaxınların, başının üstündəki mavi səma, ayağının altındakı yaşıl torpaq. Düşündüyün hər hansı bir fikir də sənə aid deyil. Yazdığın yazılar, gəzdiyin yerlər, təsadüfi tanışlar, bunlar heç zaman yaşanmayıb. Böyük cahanda təksən... Oxuduğun kitabları sanki heç oxumamısan. Sevdiyin qadını heç bir zaman sevməmisən. Boş vaxtlarında, yaxud darıxdığında getdiyin, ətrini ciyərlərinə çəkdiyin, dərdləşdiyin mavi dəniz sənin dostun olmayıb.

Fərz et ki, dünyaya baxdığın zaman sevmədiyin rəngləri sevib, tanımadığın insanlarla ünsiyyətdə olmusan. Düşün! Geri dön! Keçmişin qaranlıq səhifəsini vərəqlə! Gör kim olmusan! Nəyin və kimin uğruna yaşamısan! Kimlərin kitablarını oxumusan! Hansı səhifədə ilişib qalmısan! Neçə gecə o kitabla bərabər uyumusan! İş görəndə, yemək yeyəndə, dostlarınla əylənəndə kimə söz verib, yerinə yetirməmisən!

Fərz et ki, sevdiyin insan tərəfindən atılmısan. Bir anlıq olsun, onu düşünməyəcəyəm söyləmisən... Onu unutmaq üçün əlindən gələni əsirgəməmisən. Bacara bilirsənmi?! Yaşaya bilirsənmi?! Sadaladığım bu qədər sözdən sonra həyata tutunub yaşaya bilərsənmi? Əzəldən yad olmaq yaxşıdır, yoxsa doğmalar içində yad kimi yaşamaq? Hec düşündün ki, haradasa səhv etmisən? Bəlkə bilmədən onu incitmisən? Hər zaman deyərdi axı, - "dünyaya necə baxırsansa elə də görürsən...". Açılan sabahın, doğan günəşin şəfəqləri ilə birgə oyanırsanmı? Bax o zaman həyata tutunmaq asan olur. Geri gədənlər qayıtmır deyə düşünmə! Onlar qayıtmasa da müəyyən vaxtdan sonra biz onlara doğru addım atırıq. Addım atırıq ki, o xatirələrdən, izdirablardan az da olsa azad olaq. Görəsən, bunu bacarırıqmı? Və sən itirdiklərinin dəyərini bilirsənmi?


Günel Ağayeva


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!