Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 18-08-2017, 10:31
V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı


Son illər ölkəmizdə keçirilən festivallar regionlara yerli və xarici
turistlərin axının sürətlənməsi, milli adət-ənənələrimizin, zəngin
mətbəx mədəniyyətimizin və mədəni-tarixi abidələrimizin yerli və xarici
turistlər arasında təbliği, eləcə də hər bir rayonun öz dəyərli
nemətlərini nümayiş etdirməsi baxımından çox əhəmiyyətli rol oynayır.

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı


Daxili turizmin inkişafına təsir edən, ölkəmizin turizm potensialının
yüksəldilməsi məqsədini daşıyan və hər il mütəmadi olaraq Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan müxtəlif festivallar artıq
ölkəmiz üçün ənənə halına çevrilib.

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən Bütöv.az - a xəbər verilib ki, 26 avqustda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli KulinariyaAssosiasiyasınıntəşkilatçılığı ilə Qəbələ rayonunda növbəti V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı


Festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və
sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya
Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya
Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali
Trobolisinin iştirakı nəzərdə tutulur.

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı


Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək
məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli
mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar
üçün nümayiş olunacaq.

Bildirək ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında
iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə
çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına
və turizmin inkişafına səbəb olur.


Paylaş



Bölmə: Ana seife / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!