“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 22-08-2017, 10:44
Dünya ana fəryadına səbəb olanları cəzalandıracaq qədər ədalətli deyil!


Fevralın 26-sı... Bəli, hamımız xatırladıq: Xocalı faciəsi... O faciə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmişdi. O faciə ki, 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynindən birin itirib. Hələ mən yaralıları, əsir götürülənləri və bu günə kimi taleyi məlum olmayan girovları demirəm...

Artıq 25 il ötür həmin faciədən. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının xatirəsini anmaq üçün Xocalı abidəsi ziyarət olunacaq, qarşısına güllər düzüləcək. Yenə də bu abidə insan izdihamıyla dövrələnəcək. Neçə-neçə insan göz yaşı tökəcək, qəlblərindən qəzəb və nifrət, dillərindən isə od-alovlu sözlər süzüləcək.

İndi isə hər kəs öz işində: ötən ildən layihəsinə başlanan tikinti işləri davam edir, işıqforun rənglərinə müticəsinə əməl edən maşınlar şose yolda şütüyürlər, gənclər dekorativ ağac və gül kollarına diqqət edərək parkdan kənarlaşırlar. Başlarını aşağı salıb abidə önündən keçən təkəm-seyrək adamlar oradan sürətlə uzaqlaşırlar.

Ancaq çox yox, cəmi bir neçə aydan sonra o başlar abidəyə tərəf qalxacaq, bütün nəm gözlər heykələ zillənəcək, o gün hər kəs ana harayını eşidəcək, eşidəcək... Qulaqlarını tutacaq o haray!

Axı övladı üçün qışın ən sərt soyuğuna sillə çəkən ananın naləsini kim eşitməyə bilər ki?! Yox, hər kəs eşidəcək, ancaq....

Ancaq səs tellərini qırtlaqlarına düyünləyib susacaqlar, xısın-xısın... Çünki dünya ana fəryadına səbəb olanları cəzalandıracaq qədər ədalətli deyil!


Azadə Bayramova


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!