İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 29-08-2017, 18:14
“İRƏLİ” İctimai Birliyi “SAY: All Star” layihəsini həyata keçirib


Butov.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının növbəti “ALL STAR” layihəsi baş tutub.

Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər.

Gənclərin təşəbbüsü nəticəsində baş tutan “SAY: All Star” layihəsi “İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 6-cı layihəsidir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində 6 komanda müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıb. Komandalar: “Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Buta” olmaqla ümumilikdə Azərbaycanın atributlarını özündə əks etdirib.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin 1-ci günü futbol çempionatı olub. Həmçinin gün ərzində praktiki sessiya: komanda təqdimatları və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin 2-ci günü təlimçi Anar Məmmədovun təlimi baş tutub. Daha sonra Hiking və həmrəylik oyunları keçirilib. Ip dartma, Voleybol yarışı olub, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər. Layihənin 3-cü günü Axtar tap, NHN kimi intellektual oyunlar həyata keçirilib.
Daha sonra Simulyasiya oyunu baş tutub. Layihənin sonuncu günü iştirakçılar arasında müxtəlif istiqamətlərdə fərqli mövzular üzrə ictimai müzakirə keçirilib. Müzakirə zamanı gənclər öz fikirlərini səsləndiriblər.

Layihənin sonunda “Muğam” komandası layihəni 1-ci olaraq bitirib.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi bundan öncə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volunteering Festival”, “SAY: Solidarity: kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.
Qeyd edək ki, gənclərlə görüşdə iştirak edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!