Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 5-09-2017, 11:09
Əlinin müqəddəs əmanəti


Qarabağ döyüşçülərinə həsr edirəm

Çinarlı kəndində böyükdən kiçiyə kimi hamı sevinirdi. Cəbhədən əsgər qayıtmışdı. Dörd ildən yuxarı olan müddətdə kəndə sağ və salamat qayıdıb gələn birinci əsgər idi. Bu qaranquş Ömər idi. Hamının deyib gülməsinə, əl-ayaq etməsinə baxmayaraq o, susurdu, bir kəlmə olsa belə danışmırdı. Ətrafındakılar nə qədər çalışsalar da xeyri olmadı. Ona verilən sorğu-suala çox qısaca, necə deyərlər can dərdi cavab verirdi. Elə bil gülüşünü, danışığını Qarabağda – cəbhədə qoyub gəlmişdi. İyirmi üç yaşı hələ tamam olmamasına baxmayaraq, tanımayanlar ona 35-40 yaş verərdilər. Saçının ağı qarasından çox idi. Səhərisi günü hərbi komissarlığa qeydiyyata gedəcəkdi. Bacısı Fatimənin təkidi ilə əsgər geyimini çıxararaq ütüləməyə vermişdi. Bu məclisdə ən çox canfəşanlıq edən, deyib-gülən də elə Fatimə idi. Göz aydınlığına gələnlər yavaş-yavaş dağılışırdı. Ömər onun üçün süzülmüş çayı içməli olmağına baxmayaraq içməyə tələsmirdi. Tək qalmaq istəyirdi. Elə bil illər uzunu bu kəndin səsi, küyü, toyu, düyünü üçün darıxan o deyildi. Nə üçün tək qalmaq istədiyinin səbəbini bilmirdi. Yox o tək deyil, öz xəyallarıyla birgə idi. Bu xəyallar idi ona rahatlıq verməyən. Əslində bunlar xəyal yox, geridə qalmış reallıq idi. Ölümün belə bu keçmişi, bu reallığı onun yaddaşından silməyə gücü çatmayacaqdı. Ölsə də belə bu reallıqlar onun ruhunun yaddaşına qalacaqdı. O həmişəlik bu yaddaşı daşımağa məhkum olunmuşdu. Elə bu vaxt bacısı Fatimə əlində ağ parcaya nə isə bükülü yavaşca Ömərə yaxınlaşdı.

-Qardaş, bu nədir?

Diksindi.

Fatimə heç özü də səbəbini bilmədən bükülünü açdı. Elə bil hansısa məlum olmayan bir qüvvə bükülünü açmağı ona əmr etmişdi. Öməri sanki bu an ildırım vurdu. Bükülü neçə il bundan qabaq bükülən idi. Həmişə onu ürəyinin üstündə, qoltuq cibində saxlayırdı. Bu bükülü ona cəbhə yoldaşı olmuş və birinci dəfə idi ki, açılırdı. Quruyub qalmışdı. Bacısına cavab vermək iqtidarında deyildi.

….Əli və Ömər hərəsi Azərbaycanın bir bölgəsindən idi. Onlar kəşfiyyat bölüyünə gəldikləri gündən dostlaşmışdılar. Təlimlər qurtardıqdan sonra kəşfiyyata bir yerdə gedirdilər. Yenə də növbəti hərbi tapşırıq alaraq kəşfiyyata yollandılar. Düşmən çox hiyləgər və məkrli idi. Havadarlarından istifadə edərək güclü silahlanmışdı. Demək olar ki, minalanmamış cığır, yol qalmamışdı. Əli və Ömər üçün hərəkət etmək çox çətin idi. Düşmən kəşfiyyatı da duyuq düşmüş və müdafiəni qat-qat artırmışdı. Hərbi tapşırığı mütləq yerinə yetirməli idilər. Bir neçə gün keçmsinə baxmayaraq heç bir məlumat əldə edə bilməmişdilər. Ancaq gecələr hərəkət edirdilər. Bu gecənin qaranlığına duman da qarışmışdı. Kəşfiyyat üçün münasib vaxt idi. Yemək yeyib davam etməyə qərar verdilər. Su və ərzaq ehtiyatı tükənmişdi. Əli əsgər çantasından kiçik bir ağ parça çıxarıb otun üstünə süfrə əvəzi sərərək əsgər payını çıxardı. Cəmi bir dilim quru çörək qalmışdı.

– Bölüb yeyək. Atalar deyib ki, bir tikə bir dağı aşırar.

Elə bunu demişdi ki, sükut pozuldu. Mərmilərin partlayışından yer titrəyirdi. Elə bil bu dəqiqə yerin bağrı çatlayacaqdı. Süfrə ortalıqda qaldı. Nə edəcəklərini hələ müəyyənləşdirib bir qərara gəlməmişdilər. Yerə uzanmışdılar. Birdən Əli nə isə fikirləşərək cəld düşmənin səngərinə tərəf sürünməyə başladı. Ömər onu çağırdı:

-Əli, hara gedirsən? Belə şeyləri çox görmüşük. Qayıt, çörəyimizi yeyib sonra gedək.

-Ömər, sən ye. Mən gəlib yeyərəm.

-Qardaş, sən nə danışırsan? Bu da təzə çıxdı. Bilmirsən ki, mən sənsiz bir tikə də yemərəm.

Əli iki barmağını qoşalayaraq qulağını göstərərək, sonra isə şəhadət barmağını dodaqlarına yapışdırdı. Bu hərəkəti ilə yerində qal, “sus düşmən eşidər” işarəsini verərək sakitcə pıçıldadı:

-Yaxşı, onda gözlə, indi qayıdıram, bir yerdə yeyərik.

-Oldu, gözləyirəm. Qayıdarsan bir yerdə yeyərik. Sənsiz bu tikəni yedi yoxdu.

-Qayıdacağam.

-Əli!

-Dedim ki, qayıdacağam.

Ömər quru çörəyi həmin “süfrəyə” büküb cibinə qoyub bir daha açmadı. Özünə söz verdi ki, o bükülünü Əli gələndə açacaq və iki cəbhə qardaşı birlikdə yeyəcəklər.

Fatimənin səsi onu xəyaldan ayırdı.

-Qardaş, səninləyəm.

Ömər dərindən nəfəs alaraq, dilləndi:

-Bacı, bu çörək əmanətdir-Əlinin müqəddəs əmanəti. Gözləyirəm ki, gəlsin bir yerdə yeyək.

Fatimə titrək səslə soruşdu:

-Qardaş, Əli gələcək?

-Bacı, söz verib ki, gələcəyəm. Söz veribsə mütləq gələcək.

Məhərrəm Mustafa
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!